Previous Next
Bağla

Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü ərəfəsində İİTKM-də ortaq fəaliyyət müzakirə olunub

03-10-2024 15:17
Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü ərəfəsində İİTKM-də ortaq fəaliyyət müzakirə olunub

Hər il oktyabrın 3-ü Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü kimi qeyd edilir. Bu tarix Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasını nəzərdə tutan Naxçıvan Sazişinin (3 oktyabr 2009-cu il) imzalanmasından etibarən qeyd edilir. Türk Dövlətləri Təşkilatı ortaq tarix, ortaq dil, ortaq kimlik və ortaq mədəniyyət kimi dörd təmələ əsaslanır və üzv dövlətlər arasında əməkdaşlıq və həmrəyliyin inkişafı baxımından mühüm regional platformadır.

Xeberler.az məlumat verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Prof. Dr. Vüsal Qasımlı Özbəkistanın Xarici İşlər Nazirliyi yanında Xarici Siyasət Araşdırmaları və Beynəlxalq Təşəbbüslər Mərkəzinin rəhbəri Sanjar Vəliyev, aparıcı elmi işçisi Abdulaziz Sadiqov, Özbəkistan Respublikasının Azərbaycandakı Səfirinin müşaviri Əhməd Mənsurovdan ibarət nümayəndə heyətini qəbul edib.

Görüşdə V.Qasımlı türk dövlətləri arasında qurulan strateji müttəfiqlik əlaqələri, iqtisadi əməkdaşlığın sürətli inkişafı, ortaq dostluq və qardaşlıq münasibətlərinə toxunub. O həmçinin Azərbaycan və Özbəkistan arasında imzalanmış müttəfiqlik münasibətləri haqqında müqavilənin iki ölkənin iqtisadi əməkdaşlığının sürətləndirilməsinə təkan verdiyini bildirib, ticarət dövriyyəsinin cari vəziyyəti və hədəfləri barədə danışıb. O, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Özbəkistanın həyata keçirdiyi investisiya layihələrini yüksək qiymətləndirib, kənd təsərrüfatı, toxuculuq və texnologiya kimi spesifik sahələrdə əməkdaşlıq potensialını xüsusi qeyd edib. Eyni zamanda ətraf mühit problemləri və iqlim dəyişikliyi ilə bağlı əməkdaşlığın zəruriliyini vurğulayan V.Qasımlı bərpa olunan enerji layihələrinə yönəlmiş birgə təşəbbüslərin araşdırılmasını və dayanıqlı inkişaf sahəsində ən yaxşı təcrübələrin beynəlxalq platformalarda bölüşülməsini təklif edib.

Özbəkistanın Xarici İşlər Nazirliyi yanında Xarici Siyasət Araşdırmaları və Beynəlxalq Təşəbbüslər Mərkəzinin rəhbəri Sanjar Vəliyev 2027-ci ildən etibarən Özbəkistanın Qoşulmama Hərəkatına sədrlik edəcəyini vurğulayaraq bu rolun üzv dövlətlər arasında sülh və əməkdaşlığı təşviq etmək baxımından əhəmiyyətini qeyd edib. O, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi və töhfəsini xüsusi qeyd ederək regional sabitliyinin gücləndirilməsi təşəbbüslərini alqışlayıb. Eyni zamanda iqtisadi inkişafı dəstəkləyən və yaşıl maliyyə, bərpa olunan enerji, nəqliyyat, ipək yolu kimi strateji sahələrdə tərəfdaşlıqları və tədqiqat layihələrini müzakirə etmək üçün mütəxəssislər şurasının yaradılmasını təklif edib və bu məqsədlə İİTKM ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Görüşdə Azərbaycan və Özbəkistan arasında tərəfdaşlığın artırılması istiqamətində ortaq məqsədlər və faydalı tədqiqat istiqamətləri müzakirə olunub. Sonda qonaqlara “Türk Dövlətləri İqtisadiyyatı” kitabı təqdim edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Vüsal Qasımlı Özbəkistan nümayəndə heyətini qəbul edib

Vüsal Qasımlı Özbəkistan nümayəndə heyətini qəbul edib

18-09-2024
Vüsal Qasımlı OECD nümayəndələrini qəbul edib

Vüsal Qasımlı OECD nümayəndələrini qəbul edib

30-10-2025
Azərbaycan TDT-nin media və informasiya üzrə 6-cı toplantısında təmsil olunub

Azərbaycan TDT-nin media və informasiya üzrə 6-cı toplantısında təmsil olunub

19-12-2024
“Azexport” və “QazTrade” arasında Anlaşma Memorandumu imzalanıb

“Azexport” və “QazTrade” arasında Anlaşma Memorandumu imzalanıb

30-10-2025
“Enterprise Azerbaijan” və “Astana Hub” arasında əməkdaşlıq qurulur

“Enterprise Azerbaijan” və “Astana Hub” arasında əməkdaşlıq qurulur

04-06-2026
Özbəkistanla sosial əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Özbəkistanla sosial əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

27-12-2024
Vüsal Qasımlı USAİD nümayəndə heyətini qəbul edib

Vüsal Qasımlı USAİD nümayəndə heyətini qəbul edib

29-11-2018
Koreya azad olunmuş ərazilərdə sərmayə yatırmaqda maraqlıdır

Koreya azad olunmuş ərazilərdə sərmayə yatırmaqda maraqlıdır

05-04-2022
TDT-nin Bakıda keçirilən görüşü çərçivəsində birgə bəyanat qəbul edilib

TDT-nin Bakıda keçirilən görüşü çərçivəsində birgə bəyanat qəbul edilib

02-04-2026
“Enterprise Azerbaijan”nın rəhbəri Azərbaycanın startap imkanlarından danışıb

“Enterprise Azerbaijan”nın rəhbəri Azərbaycanın startap imkanlarından danışıb

22-08-2025
Pakistan iş adamları Azərbaycana sərmayə yatırmaqda maraqlıdır

Pakistan iş adamları Azərbaycana sərmayə yatırmaqda maraqlıdır

04-09-2024
Vüsal Qasımlı Macarıstanın Pannonia Universitetinin rektoru ilə görüşüb

Vüsal Qasımlı Macarıstanın Pannonia Universitetinin rektoru ilə görüşüb

17-02-2026
Əhməd İsmayılov: Özbəkistanla qısa vaxtda möhkəmlənmiş media əlaqələrimiz nümunəvi səciyyə daşıyır

Əhməd İsmayılov: Özbəkistanla qısa vaxtda möhkəmlənmiş media əlaqələrimiz nümunəvi səciyyə daşıyır

24-09-2024
“Ortaq gələcək: sosial-iqtisadi innovasiyalar” konfransı işə başlayıb

“Ortaq gələcək: sosial-iqtisadi innovasiyalar” konfransı işə başlayıb

16-05-2025
"Enterprise Azerbaijan" Özbəkistan Ticarət və Sənaye Palatasında təqdim olunub

"Enterprise Azerbaijan" Özbəkistan Ticarət və Sənaye Palatasında təqdim olunub

05-06-2026
İİTKM Asiya İnkişaf Bankı İnstitutu ilə əməkdaşlığı genişləndirir

İİTKM Asiya İnkişaf Bankı İnstitutu ilə əməkdaşlığı genişləndirir

21-01-2025
Prezident: Biz ortaq regional informasiya platformalarının yaradılmasını dəstəkləyirik

Prezident: Biz ortaq regional informasiya platformalarının yaradılmasını dəstəkləyirik

21-11-2025
Vüsal Qasımlı Vyetnamın nümayəndə heyətini qəbul edib

Vüsal Qasımlı Vyetnamın nümayəndə heyətini qəbul edib

30-07-2025
Azərbaycanın proqram idarəetmə modeli daha bir ölkəyə təqdim olunub

Azərbaycanın proqram idarəetmə modeli daha bir ölkəyə təqdim olunub

17-10-2025
Azərbaycan və Pakistanın beyin mərkəzləri əməkdaşlıq edəcək

Azərbaycan və Pakistanın beyin mərkəzləri əməkdaşlıq edəcək

06-05-2021
BDU-da ICESCO-nun elm və texnologiya müşaviri ilə görüş olub

BDU-da ICESCO-nun elm və texnologiya müşaviri ilə görüş olub

25-04-2025
4SİM və DİF strateji əməkdaşlıq prioritetlərini müəyyənləşdirir

4SİM və DİF strateji əməkdaşlıq prioritetlərini müəyyənləşdirir

14-04-2026
MEDİA-da Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib

MEDİA-da Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib

08-04-2026
Qoşulmama Hərəkatına üzv dövlətlərin İKT nazirləri Birgə Bəyannamə qəbul edib

Qoşulmama Hərəkatına üzv dövlətlərin İKT nazirləri Birgə Bəyannamə qəbul edib

25-05-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə