İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təsis etdiyi “İqtisadi İslahatlar” elmi jurnalı Harvard Universitetinin kitabxana sisteminin HOLLIS (Harvard Library Online Information System) elektron kataloqunda indeksləşdirilib.
Xeberler.az məlumat verir ki, jurnal ISSN 2790-2196 nömrəsi ilə HOLLIS sistemində qeydiyyata alınıb. Bununla da nəşr Harvard Universitetinin kitabxana kataloqu vasitəsilə beynəlxalq elmi ictimaiyyət üçün əlçatan olub. HOLLIS Harvard Universitetinin əsas elektron axtarış platformasıdır. Platforma kitabları, elmi jurnalları, məqalələri və digər akademik resursları vahid sistemdə birləşdirir.
Harvard Universitetinin kitabxana sistemi dünyanın ən böyük akademik kitabxana şəbəkələrindən biridir. “İqtisadi İslahatlar” elmi jurnalının HOLLIS elektron kataloqunda indeksləşdirilməsi nəşrin beynəlxalq kitabxana və informasiya sistemlərində təmsil olunmasına imkan yaradır.
Jurnalın HOLLIS kataloqundakı səhifəsinə keçid vasitəsilə baxmaq
mümkündür.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları