Previous Next
Bağla

Elektron Kitabxana Mərkəzi təkmilləşdirilir

16-09-2015 11:48
Elektron Kitabxana Mərkəzi təkmilləşdirilir

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Elektron Kitabxana Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində bir sıra işlər görülür.

AMEA-nın mətbuat xidmətindən Xeberler.az-a verilən məlumata görə, ötən gün AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında institutun şöbə müdiri Mədinə Səidova Elektron Kitabxana Mərkəzinin fəaliyyəti haqqında məlumat verib.  

Bildirib ki, müasir standartlara cavab verən və ən yeni texniki avadanlıqlarla təchiz olunmuş mərkəzdə kitabxananın təhlükəsizliyinin təmin olunması, resursların identifikasiyası, oxucuların özünəxidməti həyata keçirə bilməsi üçün 3M texnologiyasından istifadə olunur.

Onun sözlərinə görə, burada sifarişlərin idarə olunması, oxuculara xidmətin həyata keçirilməsi, müxtəlif tərkibli hesabatların hazırlanması məqsədilə Avropanın bir sıra ali məktəb və elmi təşkilatlarında uğurla istifadə olunan Exlibris şirkətinin Alephino Kitabxana İdarəetmə Sistemi tətbiq olunur. Resursların təsnifatı və predmetləşdirilməsi ABŞ Konqres Kitabxanasının təsnifat sistemi ilə həyata keçirilir.

Hazırda kitabxanada RFİD çiplərdən istifadə olunur. Burada kitab sifarişinin Alephino Acqusition bölməsindən avtomatik həyata keçirilir. Həmçinin, İEEE, ACM, Oxford English Dictionary Online, Oxford Reference Online, Royal Society Journals Collection və s. kimi rəqəmsal elmi bazalara mövcud çıxış imkanlarının daha da təkmilləşdirilməsi istiqamətində tədbirlər görülür.

Mərkəzdə Bibliometriya sektorunun yaradıldığını önə çəkən Mədinə Səidova bildirdi ki, institutun 13 saylı şöbəsi ilə bu istiqamətdə birgə tədqiqatlar aparılır. Mərkəzdə aparılan elmi araşdırmaları əks etdirən 6 ekspress-informasiya işıq üzü görüb.

 Sevinc Çəltikova

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron Kitabxana və Elmi Tədqiqatlar Mərkəzlərinin açılışı oldu

04-12-2014

Gələcək nəsil elektron kitabxanaların formalaşması araşdırılır

12-02-2016

E-kitabxana sistemlərinin təhlükəsizliyi müzakirə edilib

04-04-2016

Azərbaycanla bağlı məlumatlar “Milli rəqəmsal yaddaş” bazasına daxil ediləcək

15-05-2014

“Kitabxanada elektron kataloqların yaradılması işi başa çatmaq üzrədir”

14-10-2015

Elektron kitabxanalarla bağlı problemlər müzakirə edilib

18-03-2016

AMEA İnformasiya Texnologiyaları İnstitutunda görüş keçirildi

10-06-2015

Şimali Kiprin Prezidenti AzTU-nun Kitabxana İnformasiya Mərkəzində olub

02-07-2025

Mərkəzi Elmi Kitabxananın saytı yenilənəcək

09-02-2017

Azərbaycanda saxta jurnalları aşkarlayan alqoritm hazırlanır

10-04-2023

AMEA-da elektron elmin inkişafı problemləri: gələcəyə baxış

16-03-2023

Multimedia Qalereyasının maddi-texniki bazası gücləndirilir

25-02-2016

“Ölkədə distant tədris mərkəzlərinin sayı artırılacaq”

08-01-2016

Elektron elmi-intellektual bazanın yaradılması müzakirə edilib

29-02-2016

MEK-də elektron kitabxana və rəqəmsal xidmətlər genişləndirilib

15-12-2025

İnformasiya Texnologiyaları İnstitutunda Elmi Şuranın iclası keçirilib

20-04-2012

Elektron elmin mövcud vəziyyətinin monitorinqi keçiriləcək

10-03-2015

Elmi Şuranın 6-cı iclası keçiriləcək

10-09-2015

“E-kitabxanalarda bulud texnologiyalardan geniş istifadə edilir”

08-04-2016

AMEA-nın veb-saytlarının monitorinqi keçiriləcək

15-07-2015

AMEA-da Elektron akademiya şöbəsinin prioritetləri təsdiqlənib

15-02-2023

MEK Müasir kitabxana-informasiya sahəsində çağırışlar və trendlər mövzusunda tədbir keçirib

11-02-2019

AzScienceNet-in maddi-texniki bazası gücləndirilir

20-09-2015

Elektron kitabxanaların informasiya təhlükəsizliyinin təmin olunması müzakirə edilib

11-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə