Previous Next
Bağla

“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı açıqlanıb

14-12-2015 10:56
“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı açıqlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Elektron Hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətindən istifadə sayı ötən ay cari ilin yanvar ayı ilə müqayisədə 2,5 dəfədən çox artaraq 25570-ə satıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Xeberler.az-a verilən məlumata görə, ölkəmizdə mövcud olan elektron arayış sistemində xüsusi aktuallığı ilə seçilən və kağız arayışların elektron arayışlarla əvəzlənməsi prosesində mühüm rol oynayan “İş yerinə dair arayış” e-xidməti əhalinin ən çox istifadə etdiyi e-xidmətlərdən biridir. Buna səbəb hər bir vətəndaşın həmin e-xidmət vasitəsilə real vaxt rejimində istənilən vaxt öz iş yeri haqqında ümumi təyinatlı, yaxud konkret bir quruma təqdim etmək üçün e-arayış əldə edə bilməsidir.

Belə ki, “E-Hökumət” portalında autenfikasiyadan keçən hər bir vətəndaş müvafiq e-xidməti seçdikdən sonra portal tərəfindən avtomatik olaraq formalaşdırılan “İş yerinə dair arayış”ı müvafiq təşkilata elektron şəkildə göndərmək, yaxud çap edərək təqdim etmək imkanına malikdir.

Bununla da qeyd olunan arayışın alınması üçün vətəndaşın işlədiyi müəssisənin aidiyyəti şəxslərinə müraciət etməsinə, bunun üçün vaxt və zəhmət çəkməsinə ehtiyac qalmır. Arayışda işəgötürən barədə məlumatlar, habelə onun əlaqə nömrəsi, əmək müqaviləsinin bağlandığı tarix, işçinin şəxsi məlumatları və s. əksini tapır. Digər tərəfdən, arayışın təqdim edildiyi qurumlar onun üzərindəki ştrix-koddan istifadə etməklə "E-hökumət" portalında bu sənədin həqiqiliyini, oradakı məlumatların düzgünlüyünü yoxlaya bilirlər.

Ötən ilin dekabrında istifadəyə verilən “İş yerinə dair arayış” e-xidmətindən cari ilin 01 dekabr tarixinədək 203320 dəfə istifadə olunub.

 

Ruhəngiz Muradova

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı 36 faiz artıb

08-08-2016

“İş yerinə dair arayış” e-xidmətindən 240 min dəfə istifadə edilib

18-02-2016

“İş yerinə dair arayış” e-xidmətindən istifadə 10 faiz artıb

30-01-2017

İş yeri üçün elektron arayış alanların sayı artıb

14-09-2015

İş yerinə dair elektron arayış alanların sayı artıb

17-04-2017

107 minə yaxın şəxsə iş yerinə dair e-arayış verilib

12-08-2015

“İş yerinə dair arayış” e-xidmətindən istifadə 30 faizdən çox artıb

09-06-2016

“İş yerinə dair arayış” e-xidmətindən istifadə edənlərin sayı artıb

11-11-2015

“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı açıqlanıb

06-05-2017

Nazirlikdən 47 min 546 nəfər elektron arayış alıb

27-04-2015

“İş yerinə dair arayış” e-xidmətinə müraciətlər 17,4 faiz artıb

06-09-2016

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

15-07-2015

“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı artıb

12-12-2016

İş yerinə dair arayış e-xidmətindən istifadə sayı açıqlandı

09-08-2017

İş yerinə dair 270 minə yaxın elektron arayış verilib

06-04-2016

11 mindən çox istifadəçi elektron arayış əldə edib

17-02-2015

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

20-05-2015

Bu e-xidmətə 1 ayda 59 mindən çox müraciət olunub

13-06-2018

İş yerinə dair 111 mindən çox e-arayış alınıb

12-06-2017

Elektron arayışları necə əldə etmək olar?

06-10-2015

İş yeri üçün elektron arayış alanların sayı artıb

10-10-2016

“İş yerinə dair arayış” e-xidmətindən istifadə edirsiniz? -Sorğu

28-03-2017

İş yerinə dair e-arayış alanların sayı açıqlanıb

19-10-2017

İş yerinə dair 670 min e- arayış alınıb

26-09-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə