Previous Next
Bağla

“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı artıb

12-12-2016 12:19
 “İş yerinə dair arayış” e-xidmətindən  istifadə  sayı artıb

Noyabr ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətinə müraciətlərin sayı əvvəlki oktyabr ayı ilə müqayisədə 4,4 faiz artaraq 22 610-a çatıb.

Nazirliyinin  İctimaiyyətlə əlaqələr şöbəsindən Xeberler.az-a verilən məlumata görə, ümumilikdə cari ilin yanvar-noyabr aylarında əhali həmin e-xidmətdən 204 918 dəfə faydalanıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 11 faiz çoxdur.

Müvafiq hallarda müxtəlif qurumlar tərəfindən vətəndaşlardan ən çox tələb olunan arayışlardan biri də iş yerinə dair arayışdır. “İş yerinə dair arayış” e-xidməti əmək fəaliyyəti ilə məşğul olan vətəndaşa həmin arayışı işlədiyi müəssisənin məsul şəxslərinə müraciət etmədən və istədiyi vaxtda  onlayn rejimdə əldə etməyə imkan verir. İstifadəçi arayışı elektron formada aidiyyəti təşkilata göndərə, ya da kağız formasında çap edib təqdim edə bilər.

Arayışda işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, müddətli, yaxud müddətsiz olması, etibarlılıq müddəti və s. məlumatlar əhatə olunur.

Arayış hansı quruma təqdim edilirsə, həmin qurum bu sənəddə qeyd olunan ştrix-kod vasitəsilə “E-hökumət” portalındakı “Portal üzərindən verilmiş arayışların yoxlanılması” xidmətindən istifadə etməklə arayışda göstərilən məlumatların düzgünlüyünü yoxlaya bilir.

“İş yerinə dair arayış” e-xidməti 2014-cü ilin dekabr ayından əhalinin istifadəsindədir və əhali cari ilin 01 dekabr tarixinə qədər bu e-xidmətdən 425 828 dəfə faydalanıb.

Məltəm Talıbzadə

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İş yeri üçün elektron arayış alanların sayı artıb

14-09-2015

“İş yerinə dair arayış” e-xidmətinə müraciətlər 17,4 faiz artıb

06-09-2016

“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı 36 faiz artıb

08-08-2016

107 minə yaxın şəxsə iş yerinə dair e-arayış verilib

12-08-2015

“İş yerinə dair arayış” e-xidmətindən istifadə 30 faizdən çox artıb

09-06-2016

“İş yerinə dair arayış” e-xidmətindən 240 min dəfə istifadə edilib

18-02-2016

İş yerinə dair elektron arayış alanların sayı artıb

17-04-2017

“İş yerinə dair arayış” e-xidmətindən istifadə edənlərin sayı artıb

11-11-2015

“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı açıqlanıb

06-05-2017

“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı açıqlanıb

14-12-2015

İş yerinə dair 270 minə yaxın elektron arayış verilib

06-04-2016

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

15-07-2015

Nazirlikdən 47 min 546 nəfər elektron arayış alıb

27-04-2015

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

20-05-2015

İş yeri üçün elektron arayış alanların sayı artıb

10-10-2016

İş yerinə dair arayış e-xidmətindən istifadə sayı açıqlandı

09-08-2017

“İş yerinə dair arayış” e-xidmətindən istifadə 10 faiz artıb

30-01-2017

11 mindən çox istifadəçi elektron arayış əldə edib

17-02-2015

Bu e-xidmətə 1 ayda 59 mindən çox müraciət olunub

13-06-2018

İş yerinə dair e-arayış alanların sayı açıqlanıb

19-10-2017

İş yerinə dair 670 min e- arayış alınıb

26-09-2017

İş yerinə dair 111 mindən çox e-arayış alınıb

12-06-2017

“İş yerinə dair arayış” e-xidmətindən istifadə edirsiniz? -Sorğu

28-03-2017

Ən çox hansı sahə üzrə elektron arayış alınır?

19-02-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə