Previous Next
Bağla

“İT xərclərin azaldılması informasiya təhlükəsizliyinə risk yarada bilər”

07-02-2023 18:52
“İT xərclərin azaldılması informasiya təhlükəsizliyinə risk yarada bilər”

İT xərclərin optimallaşdırılmasının bu xərclərin azaldılması kimi anlaşılması İT sektorun inkişafına, həm də informasiya təhlükəsizliyinə ciddi rikslər yaradır.

Xeberler.az məlumat verir ki, bunu İqtisadiyyat Nazirliyinin Elektron İdarəetmə şöbəsinin müdiri Anar Nərimanov bu gün Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) təşkilatçılığı ilə keçirilən “Dövlət Qurumlarının İT rəhbərlərinin I Zirvə Toplantısı”nda çıxışı zamanı deyib.

A.Nərimanov hesab edir ki, hər dövrün öz tələbləri var və bu tələbə uyğun davranmaq lazımdır: "Hər bir dövrün, hər bir zamanın tələbinə görə İT xərcləri dəyişir. Təxminən 10 il öncə "Desktop həllər” dövründə xərclər, tətbiq olunan texnologiyalar, avadanlıqlar və onların üzərində gələn lisenziyalar tamam başqa idi. O dövrə görə xərclər formalaşırdı. Hazırki dövrə görə, SMART və "Web həllər" var. Həmçinin çoxlu informasiya təhlükəsizliyi ilə bağlı kənar həllər var. Ona görə də biz İT xərclərinin optimallaşdırılması anlayışını İT xərclərinin azaldılması anlayışı ilə qarışdırsaq bu bizim üçün ciddi risklər yarada bilər. Bu risklər həm İT-nin inkişafına, həm də informasiya təhlükəsizliyinə tətbiq edilən həllərə təsir edər. İT xərclər optimallaşdırılmalıdır, amma inkişaf yönümlü!".

O qeyd edib ki, özəl sektorda İKT sahəsində qazanılan təcrübə dövlət sektorunda da tətbiq edilir:

“Mən də daxil olmaqla burada əyləşən bir çoxları dövlət sektoruna məhz özəl sektordan gəlmişik. Məhz özəl sektorda qazandığımız texnoloji bilikləri dövlət sektorunda tətbiq etməyə başlamışıq. Özəl sektorun əlaqələri və imkanları daha genişdir. Biz burada dövlət qurumları arasındakı əlaqələri müzakirə edirik. Amma nəzərə almalıyıq ki, hazırda bir çox dövlət qurumlarında özəl sektor həm texniki dəstək, həm şəbəkə həlləri, həm də proqram təminatı ilə bağlı həllər təqdim edirlər. Bəzən dövlət qurumlarının informasiya axınının bir çox hissəsi özəl sektordadır. Əslində bu da normaldır. Əslində dövlət qurumuna xidmət edən özəl sektor da olmalıdır”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda İnformasiya Təhlükəsizliyi Riskləri Reyestri yaradılacaq

21-02-2025

Dövlət qurumlarının informasiya sistemləri mütəmadi audit və monitorinq edilir

19-09-2024

Dövlət Qurumlarının İT rəhbərlərinin V Zirvə Toplantısı keçirilir

21-02-2025

Dövlət qurumlarının kibertəhlükələrə dayanıqlılığı yoxlanılacaq

19-09-2024

Ekspert resursların Data Mərkəzə miqrasiyasından danışdı

19-03-2019

Azərbaycanda dövlət qurumları üçün "wetransfer"ə alternativ resurs yaradılıb

07-02-2023

“Azerconnect" karbon emissiyalarının azaldılması ilə bağlı tədbirdə iştirak edib

07-10-2024

DTX yeni səlahiyyətlər əldə edib

07-07-2022

Dövlət qurumlarına olan bir çox kiberhücumlar elektron poçt vasitəsilə həyata keçirilir

07-02-2023

Dövlət qurumları bu il yeni elektron poçt sisteminə keçəcək

07-02-2023

"120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib"

23-09-2023

Bakıda informasiya təhlükəsizliyi ilə bağlı konfrans keçirilib

08-06-2016

“İnformasiya təhlükəsizliyi riskləri reyestrinin aparılma Qaydası” təsdiqlənib

26-12-2025

XRİTDX əlilliyi olan şəxslər üçün müyəssərliyə dair modul istifadəyə verib

21-02-2025

Azərbaycan Microsoft-a lisenziyaların qiymətini aşağı salınmasını təklif edəcək

07-02-2023

Nazirliyin gələn il üçün xərci açıqlanıb

08-12-2015

Dövlət Xidməti: "Təhlükəsizlik həlləri var ki, onlar xarici buludda yerləşdirilib"

13-04-2023

XRİTDX: Son 5 ildə dünyada kiberhücumların sayı artıb

05-09-2025

Dövlət qurumları məlumat bazalarını harada saxlamalıdırlar ?

19-01-2019

Nigar Arpadarai: Qadınların hər sahədə irəli getməsi dövlət siyasətinin bir hissəsidir

07-12-2024

Ötən il dövlət qurumlarına informasiya təhlükəsizliyi ilə bağlı 857 bildiriş göndərilib

21-02-2025

İnormasiya təhlükəsizliyi rəhbərlərinin VII Zirvə toplantısı keçirilir

23-12-2025

Ötən il dövlət qurumlarına yüzlərlə kiberhücumun qarşısı alınıb

07-02-2023

“AzInTelecom” “CIDC-2023”də “Qızıl sponsor” kimi stendlə çıxış edir

26-10-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə