Previous Next
Bağla

“Jurnalistlər üçün düşərgə” adlı təlim kursunun açılışı keçirilib

06-10-2009 17:00
“Jurnalistlər üçün düşərgə” adlı təlim kursunun açılışı keçirilib

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (GTMŞ) ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Quba Olimpiya Komleksində “Jurnalistlər üçün düşərgə” adlı təlim kursunun açılışı keçirilib.

Qaynar.info-nun verdiyi xəbərə görə, mərasimin açılışında çıxış edən Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov bildirib ki, tədbir jurnalistikaya dəstək məqsədilə reallaşdırılıb.

Deputatın sözlərinə görə, ölkəmizdə hər bir sahədə nailiyyətlər əldə olunub, sadəcə onların cəmiyyətət çatdırılmasında bəzi problemlər var: “Bu tədbir həmin problemlərin aradan qaldırılması üçün gənc jurnalistlərə göstərilən dəstəkdir”-deyə, F.Muradov bildirib.

O, qeyd edib ki, Gənclər Təşkilatları Milli Şurası gələn il gənc jurnalistlərlə bağlı yeni layihə həyata keçirməyi planlaşdırır.

Prezident Administrasiyasının ictimai-suyasi şöbəsinin baş məsləhətçisi Vüqar Səlimov hüquqi dövlət və cəmiyyət arasında əlaqələrin qurulmasında KİV-in rolundan danışıb. O, jurnalistlərin peşə etikasına əməl etmələrinin  vacibliyini önə çəkib. V.Səlimovun fikrincə, bu gün Azərbaycan jurnalistlərinin peşəkarlığının artırılması mühüm əhəmiyyət kəsb edir.

Milli Televiziya və Radio Şurasının sədri Nuşrəvan Məhərəmli “Jurnalistlər üçün düşərgə” adlı təlim kursunu həm də region jurnalistikasının inkişafına dəstək hesab edib. N.Məhərrəmli KİV-in ictimai rəyə təsirini nəzərə alaraq jurnalistləri peşə fəaliyyəti zamanı məsuliyyətli olmağa çağırıb. O, bildirib ki, bu gün ölkədə jurnalistika ilə məşğul olanların sayı 5 min nəfəri ötüb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov da tədbirin jurnalistlərin hazırlığının artmasına kömək edəcəyini vurğulayıb. Ə.Amaşovun sözlərinə görə, Mətbuat Şurası gələn il Bakı Dövlət Universiteti ilə birgə jurnalistlərin yenidənhazırlanması layihəsini həyata keçirməyi planlaşdırır.

Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı keçirilən təlim kursunun jurnalistlərin həmrəyliyinə xidmət edəcəyinə əminliyini söyləyib. O, jurnalistlərin problemlərinə göstərdiyi diqqətə görə Gənclər Təşkilatları Milli Şurasına təşəkkür edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

GTMŞ “Jurnalistlər üçün düşərgə” adlı təlim kursu açır

06-10-2009

Mətbuat Şurası Ağsaqqal Jurnalistlər Məclisi yaradır

23-09-2010

«Azərbaycan mətbuatında peşə etikası prinsiplərinin gözlənilməsi» layihəsi təqdim edilib

14-02-2009

Cahangir Məmmədli: «Peşə etikası daha çox müxalifət və iqtidar mətbuatında pozulur»

05-12-2009

Azərbaycan Qadın Jurnalistlər Birliyi Milli Mətbuat Günü ilə bağlı tədbir keçirib

22-07-2009

Cənub bölgəsində jurnalistlərin hüquqi maarifləndirilməsi layihəsinin yekunları ilə bağlı mətbuat konfransı keçirilib

03-11-2009

Parlament seçkilərində jurnalistlərin maarifləndirilməsinə dair kitablar çap edilib

18-09-2010

KİV-in menecment problemlərinə həsr edilmiş tədbir keçirildi

23-10-2009

KİV-ə Dəstək Fondu Lənkəranda konfrans keçirib

11-11-2009

Mətbuat Şurası tələbələr üçün təlim kursları keçir

02-12-2009

“Jurnalistlərin peşə davranışı qaydaları”nın yeni variantı təqdim olundu

07-09-2010

Mətbuat Şurası “KİV-də milli-mənəvi dəyərlərin işıqlandırılması” mövzusunda təlim kursu keçirib

14-12-2009

“JURNALİSTLƏRİN DOSTU” MÜKAFATININ TƏQDİMATI DEKABRIN 29-da “GÜLÜSTAN”da OLACAQ

28-12-2010

Mətbuat Şurası jurnalistlər üçün təlim kursu keçirir

18-12-2009

İTV Yayım Şurasında səlahiyyət müddəti bitmiş üzvlərin seçimi keçirilir

05-03-2009

Hərbi jurnalistikaya dair tədbir keçirilib

28-10-2009

“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində növbəti treninq keçirilib

04-11-2008

Əflatun Amaşov Avropa Mətbuat Şuraları Alyansının XII toplantısına qatılacaq

11-10-2010

“Jurnalistlərin internet təhlükəsizliyi forumu” başlayır

10-04-2015

Azərbaycanda KİV-ə maliyyə dəstəyi müsabiqəsinin nəticələri açıqlanıb

01-09-2009

İnformasiya almaq və yaymaq hüququ ilə bağlı seminar keçirilib

20-05-2010

Azərbaycan jurnalistləri üçün təhlükəsizlik təlimləri keçirilib

10-11-2010

Azərbaycandakı internet-xəbər resurslarına nəzarət ediləcək

27-11-2010

Mətbuat Şurası Mətbuat Nizamnaməsinin 90 illiyini qeyd etdi

31-10-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə