Previous Next
Bağla

“Kağızsız hökumət” hökumətə necə yardım edəcək?

13-06-2023 09:19
“Kağızsız hökumət” hökumətə necə yardım edəcək?

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) dövlət qurumları arasında maneəsiz əlaqəni asanlaşdıran yeni həll təqdim edib. “Kağızsız hökumət” adlanan Elektron Sənəd Dövriyyəsi (ESD) sistemi özəl şirkətlər və assosiasiyalar üçün də açıq olacaq.

Yeni sistemin özəlliklərini şərh edən İRİA sədrinin müavini Rəşad Xalıqov bildirib ki, “Kağızsız hökumət” bir sıra innovativ həlləri təqdim edəcək.

“Məlum olduğu kimi, hazırda dövlət qurumlarında müxtəlif ESD sistemləri istifadə olunmaqdadır. Bu sistemlər vasitəsilə sənədlər çap edilərək kağız daşıyıcılarda digər qurumlara göndərilir. Eyni zamanda sənədi alan qurum da, həmin sənədi skan edərək öz ESD sisteminə əlavə edir.

Bu zamana qədər tətbiq olunan həll, əsasən, eyni sistemin bütün dövlət qurumlarında tətbiq olunmasından ibarət idi. Lakin biz bir sıra səbəblərdən dolayı bu yanaşmanın seçilməsini məqsədəuyğun hesab etmədik.

Birincisi hazırda İKT bazarında ESD sistemləri üzrə ixtisaslaşmış bir neçə şirkət mövcuddur. Vahid həllin seçilməsi bu şirkətlər arasında rəqabətin qarşısını almış olardı.

İkincisi dövlət qurumlarında daxili proseslərin fərqli aparıldığını nəzərə alaraq, vahid həllin tətbiqi ilə bütün dövlət qurumlarının funksional imkanları eyni olan sistemin tətbiqi narazılıq doğurmuş olardı.

Üçüncüsü vahid həllin dövlət qurumlarında tətbiqi vaxt baxımından da səmərəsiz olacaqdı, çünki, əməkdaşların yeni ESD sisteminə adaptasiya müddəti müəyyən zaman alacaqdı.

Dördüncüsü hazırda qurumlar tərəfindən istifadə olunan ESD sistemlərinin müəyyən maliyyə vəsaiti xərclənərək əldə edildiyini nəzərə alaraq, vahid həllin tətbiqi bu vəsaitin itirilməsinə səbəb olardı.

Sonuncusu vahid həllin tətbiqi bu istiqamətdə ölkə üzrə bir həlldən (şirkət və ya qurumdan) asılılığa gətirib çıxaracaqdı.

Tərəfimizdən tətbiq edilən inqilabi həll ondan ibarətdir ki, biz bütün qurumlarda mövcud olan ESD sistemlərini saxlayaraq vahid şlüz və standartlar tətbiq etməklə bu ESD-ləri əlaqələndirmək yolunu seçdik", - R. Xalıqov qeyd edib

Onun sözlərinə görə, hazırlanmış APİ-lər açıq mənbəli kodlardır, yəni hamı üçün qaynaq kodları açıqdır, eyni zamanda bu APİ-lərin inteqrasiya prosesi də çox rahatdır. R. Xalıqov vurğulayıb ki, bu APİ-lər inteqrasiya edildikdən sonra, müxtəlif qurumlarda mövcud olan ESD sistemləri vasitəsilə kağızsız sənəd mübadiləsinin təmin edilməsi mümkün olur:

"Həmçinin, ESD sistemini istifadə edən əməkdaşlar üçün də interfeys dəyişmədiyindən, istifadə rahatlığı qorunmuş olur. Yeni həllin əsas üstünlüklərindən biri də mübadilə olunan sənədlərin paket şəklində şifrələnərək mübadilə olunmasının təmin edilməsidir. Sənədlərin imzalanması üçün isə elektron imzadan istifadə olunur. Eyni zamanda, sənəd göndərilən quruma elektron imzanın həqiqiliyinin yoxlanılması üçün də servis təqdim olunur".

İRİA sədrinin müavini əlavə edib ki, yeni arxitekturanın digər əsas üstünlüklərindən biri də texniki olaraq genişlənə bilməsidir: "Yəni gələcək bu şlüz vasitəsilə dövlət orqanlarındakı digər proqram təminatları, özəl şirkətlərin, assosiasiyaların və s. yaradacaqları şlüzları da inteqrasiya etmək imkanı mövcuddur”. (Report)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Kağızsız Hökumət"ə keçid çərçivəsində yeni həll təqdim edilib

10-06-2023

İRİA: "Türkiyə ilə rəqəmsal sənəd dövriyyələrinin inteqrasiyasını planlaşdırırıq"

13-12-2024

Rəşad Xalıqov: Milli Elektron Hökumət Platformasında 500-dək dövlət xidməti rəqəmsallaşdırılıb

04-09-2024

Rəşad Xalıqov: "Rəqəmsal sənəd mübadiləsi hər il təxminən 2 min ağacı xilas edəcək"

04-09-2024

Elektron sənəd dövriyyəsi rəqəmsal transformasiyanı sürətləndirəcək-RƏY

02-08-2023

“digital.login” fəaliyyətinə “mygov ID” kimi davam edəcək

28-10-2025

İRİA: Vətəndaşlara “mygov”la 400-dən çox elektron xidmət təqdim olunur

02-02-2026

Milli Məlumat Mübadiləsinə 70 qurumun 100-dən çox informasiya sistemi inteqrasiya edilib

17-09-2024

Bütün məhkəmələr Rəqəmsal Sənəd Dövriyyəsinə inteqrasiya edilib

07-11-2024

Məhkəmələrin 61 faizi Elektron məhkəmə sisteminə qoşulub

30-04-2019

Ədliyyə naziri: İnteqrasiyası təmin olunmuş vahid rəqəmsal ədalət mühakiməsi sisteminə istiqamətlənmiş addımlar atmalıyıq

03-04-2024

"Mygov Checker" tətbiqi yaradılıb

11-03-2024

“Asan Login” üzərindən göstərilən dövlət xidmətləri SİMA ilə daha əlçatan oldu  

16-05-2022

Dövlət qurumlarının rəqəmsal layihələrinə vahid qiymətləndirmə mexanizmi tətbiq olunacaq

04-07-2025

Dövlət qurumlarında təhlükəsizlik boşluqları aşkarlanmışdır

22-01-2024

İRİA: İndiyədək 30 milyondan çox məlumat dürüstləşdirilib

28-04-2025

“Hökumət və texnoloji həllərin dayanıqlı gələcək üçün inteqrasiyası” mövzusu müzakirə olunub

17-11-2024

“digital.login” yeni inteqrasiya sayəsində daha da təkmilləşdirilib

24-06-2025

NMR dövlət qurumları İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sisteminə qoşulacaq

10-01-2023

Dövlət qurumları arasında sənəd mübadiləsi elektronlaşdırılır

01-08-2023

Elektron Hökumət İnformasiya Sisteminin Əsasnaməsi təsdiqlənib

18-08-2025

"kağızsız hökumət"ə keçid 2028-ci ilədək başa çatacaq

27-02-2026

Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub

17-03-2026

"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi ilə bağlı görülən işlər açıqlanıb

30-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə