Previous Next
Bağla

“Kibertəhlükəsizlikdə İdarəetmə, Risk və Uyğunluq” tədbiri keçirilib

17-10-2025 19:26
“Kibertəhlükəsizlikdə İdarəetmə, Risk və Uyğunluq” tədbiri keçirilib

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı və Cybersign şirkətinin tərəfdaşlığı ilə 16 oktyabr tarixində “Kibertəhlükəsizlikdə İdarəetmə, Risk və Uyğunluq (“Governance, Risk and Compliance - GRC)” mövzusuna həsr edilən tədbir baş tutub. Tədbirdə dövlət və özəl qurumların məsul nümayəndələri və AKTA üzvü olan kibertəhlükəsizlik xidmət provayderləri iştirak edib. Tədbirin əsas məqsədi GRC sahəsində müasir yanaşmaların təqdim edilməsi və qarşılıqlı təcrübə mübadiləsi olub.  

Xeberler.az bildirir ki, tədbir çərçivəsində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) sədri Panah Musayev açılış nitqi ilə çıxış edib. Panah Musayev bildirib ki, “GRC-nin əsas strateji rolu risk əsaslı düşüncə tərzinin formalaşdırılması və resursların intuitiv deyil, ölçülə bilən risk dəyərlərinə əsasən yönləndirilməsidir. Bu, artıq “reaktiv” deyil, “proaktiv” GRC modelinə keçidin göstəricisidir.”

Tədbirdə çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin nümayəndəsi Elvin Balacanov kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair müvafiq qanunvericiliklə müəyyən edilmiş tələblər arasında idarəetmə, risk və uyğunluqla bağlı təsbit olunmuş normalar və həmin normaların tətbiq olunmasının əhəmiyyəti barədə danışıb. Habelə kritik informasiya infrastrukturunda təhlükəsizlik risklərinin müntəzəm olaraq müəyyən edilməsi və qiymətləndirilməsi, eləcə də bu risklərin maliyyə yükünün hesablanaraq idarəetmədə nəzərə alınmasının ciddi aktuallıq kəsb etməsi vurğulanıb. Tədbirdə həmçinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndəsi Elşad Zalov çıxış edərək, adı çəkilən qurum tərəfindən icra edilən tədbirlər barədə məlumat verib. 

Daha sonra, Kapital Bankın nümayəndələri Kamran Kərimov və Murad Şəfiyev GRC üzrə maarifləndirici təqdimat ilə çıxış ediblər. 

AKTA-nın icraçı direktoru Rauf Cabarov tədbirdə çıxış edərək, AKTA üzvü olan şirkətləri GRC üzrə müasir tələbləri öz şirkətləri daxilində tətbiq etməyə çağırıb. Onun sözlərinə görə şirkətlər qanunvericiliyin mövcud tələblərini təmin etməklə beynəlxalq çağırışlara cavab verməlidirlər. Bu məsələdə xidmət verən şirkətlərin İSO standartları üzrə sertifikatlaşmasının vacibliyi vurğulanıb. Mövzunun davamı olaraq, Keyfiyyət Assosiasiyasının sədri Samir Novruzlu informasiya texnologiyaları və informasiya təhlükəsizliyi üzrə vacib olan standartlar barədə məlumat verib və sertifikatlaşma prosesi haqqında danışıb.  

Tədbirdə AKTA-nın və Keyfiyyət Assosiasiyasının birgə təşəbbüsü ilə kibertəhlükəsizlik şirkətlərinin sertifikatlaşmasına mümkün dəstək imkanları barədə məlumat verilib. Belə ki, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Kiçik Bizneslərə Məsləhət Proqramının Azərbaycandakı rəhbəri Samir Həmidov öz çıxışında adı çəkilən proqram çərçivəsində kiçik və orta biznes subyektlərinə mümkün maliyyə dəstəyi barədə danışıb. O, KOB-ların fərqli standartlar üzrə məsləhət və sertifikasiya xidmətləri üçün EBRD vasitəsilə qrant dəstəyi ala biləcəyini qeyd edib. 

Tədbirdə Cybersign şirkətinin nümayəndələri Elvin Axundov və Elgün Bəxtiyaroğlu şirkətin kibertəhlükəsizlik məhsulları barədə təqdimat edib, bu məhsulların qurumlarda insan resursları üzrə hazırlığa müsbət təsirindən danışıblar. Tədbir iştirakçıların maraqlı müzakirələri ilə başa çatıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AKTA-nın tərəfdaşlığı ilə “Cyber Day” tədbiri keçirilib

26-11-2025

Bu il Azərbaycanda "Milli Kibertəhlükəsizlik İndeksi" təqdim olunub

19-12-2024

Saatlıda kibertəhlükəsizlik üzrə təhsil layihəsinə başlanılıb

17-09-2025

Milli Kibertəhlükəsizlik İndeksi təqdim olunub

01-11-2024

“Hibrid təhdidlərə qarşı mübarizə” layihəsinin ilk tədbiri keçirilib

06-11-2025

AKTA üzvü olan şirkətlər ilə görüş keçirilib

30-09-2025

AKTA il ərzində 8 mindədək mütəxəssisi bir araya gətirib

18-12-2025

XRİTDX tərəfindən BANM-in tələbələri üçün ustad dərsi keçirilib

01-12-2025

AKTA-nın 2025-ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib

18-12-2025

AKTA UNEC-də seminar təşkil edib

03-03-2026

Azərbaycanda banklara edilən kiberhücumlar müzakirə ediləcək

02-05-2017

Kibertəhlükəsizlik: kritik risklər adlı təlim keçirilib

21-10-2019

Naxçıvanda “Kiber Suverenlik” konfransı keçiriləcək

14-05-2025

Azərbaycan TDT ölkələri ilə kibertəhlükəsizliyin gücləndirilməsinə dair müzakirələrdə iştirak edib

13-09-2024

AKTA-ya icraçı direktor təyin edilib

22-04-2025

“Kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi” seminarı keçirilib

03-11-2025

II Beynəlxalq “Caspian Innovation Forum”u keçirilib

04-12-2025

Azərbaycan “Regional Kibertəhlükəsizlik Həftəsi”də təmsil olunub

16-09-2025

AKTA-nın 2024-cü il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib

21-12-2024

BMU tələbələri üçün kibertəhlükəsizlik sahəsi üzrə təlim keçirilib

11-10-2024

AKTA və "Femmes Digitales" arasında Memorandum imzalanıb

11-10-2025

XRİTDX “Gənclərin Kibertəhlükəsizlik Forumu 2025”də fəal iştirak edib

25-04-2025

AKTA “Kibertəhlükəsizlikdə qadınlar” tədbirində iştirak edib

25-09-2025

"Telekommunikasiya sektorunda kibertəhlükəsizlik" adlı dəyirmi masa keçirilib

07-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə