Previous Next
Bağla

“Microsoft” Azərbaycanda startaplar üçün dəstək proqramını təqdim edib

16-01-2025 10:12
“Microsoft” Azərbaycanda startaplar üçün dəstək proqramını təqdim edib

Azərbaycan İnnovasiya Mərkəzində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “Microsoft” şirkəti və “Strategeast”in tərəfdaşlığı ilə “Microsoft for Startups Founders Hub” proqramına start verilib.

Xeberler.az məlumat verir ki, tədbirdə “Microsoft”un nümayəndələri, Azərbaycanın texnologiya şirkətləri, yerli startaplar, AİM Texnoparkının rezidentləri və İKT ekspertləri iştirak ediblər. İlk dəfə keçirilən bu proqramın məqsədi startapları, eləcə də kiçik və orta İKT şirkətlərini inkişaf üçün vacib olan resurs və alətlərlə təmin etməkdir.

Tədbiri salamlama nitqi ilə açan İRİA-nın sədr müşaviri Salar İmaməliyev qurumun təşəbbüsləri haqqında ümumi məlumat verərək “Microsoft”un startaplara dəstək proqramının yerli ekosistemin inkişafında əhəmiyyətli rol oynayacağını vurğulayıb. Belə ki, İRİA “Microsoft”la əməkdaşlıq çərçivəsində startap komandalarında bacarıqların təkmilləşdirilməsi, innovasiyaların təşviqi və rəqabətli bazarlarda sürətli inkişafı üçün imkanlar yaradan tədbirlər, ixtisaslaşdırılmış təlim proqramları və birgə seminarlar kimi təşəbbüslər həyata keçirməyi planlaşdırır.

“Microsoft” şirkətinin Mərkəzi Avropa və Mərkəzi Asiyada tərəfdaşlığın inkişafı üzrə müşaviri Adrian Georq proqramın mahiyyəti haqqında daha ətraflı məlumat verib. O, İRİA və “Microsoft”un əməkdaşlığı sayəsində qabaqcıl texnologiyaların transformativ potensialının reallaşması və Azərbaycanda yaxın gələcəkdə dayanıqlı innovasiyaların inkişafı üçün güclü zəmin yarandığını vurğulayıb.

Adrian Georq: “Bu mənim Bakıya ilk səfərimdir və aydın görürəm ki, Azərbaycan texnoloji innovasiyaları məqsədyönlü şəkildə inkişaf etdirmək və onların dayanıqlılığını təmin etməkdə qərarlıdır. Bu yanaşmaya fəal töhfə vermək fürsətinə nail olduğum üçün şərəf duyuram və əminəm ki, növbəti ildə birlikdə böyük məqsədlərimizə çata biləcəyik”. Tədbirin davamında İRİA-nın İnnovasiya ekosistemi departamentinin müdiri Yevgeniya Bikmurzina ölkədə sağlam innovasiya ekosistemi quruculuğu haqqında danışıb və “Microsoft”la əməkdaşlığın ekosistemin inkişafına önəmli töhfələr verəcəyindən əminliyini ifadə edib.

Qeyd edək ki, tədbir çərçivəsində “Microsoft for Startups Founders Hub” proqramının ətraflı təqdimatı baş tutub. Bildirilib ki, proqram startap təsisçilərini texnologiya, təcrübə və resurs baxımından dəstəkləmək məqsədini daşıyır. Proqrama ideya, minimal işlək məhsul və ya sürətlə miqyaslanma mərhələsində olan startaplar müraciət edə bilər. Seçilmiş startaplar “Azure” platformasına çıxış əldə etməklə platformanın süni intellekt və digər alətləri vasitəsilə ideyalarını sınaqdan keçirmək imkanından faydalana biləcəklər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Gürcüstan və Azərbaycan "Microsoft for Startups" vebinarı keçirəcək

Gürcüstan və Azərbaycan "Microsoft for Startups" vebinarı keçirəcək

06-02-2025
İnnovasiya ekosistemi oyunçularının akkreditasiyası proqramına başa çatıb

İnnovasiya ekosistemi oyunçularının akkreditasiyası proqramına başa çatıb

10-10-2025
“Microsoft”-dan  Azərbaycanın startap layihələrinə dəstək

“Microsoft”-dan Azərbaycanın startap layihələrinə dəstək

31-01-2015
Dünyanın nəhəng startaplarında təcrübə keçmək imkanı

Dünyanın nəhəng startaplarında təcrübə keçmək imkanı

05-07-2023
İRİA və KOİCA-nın təlimlərində 40-dan çox startapçı və startap mentoru məzun olub

İRİA və KOİCA-nın təlimlərində 40-dan çox startapçı və startap mentoru məzun olub

08-02-2024
İRİA ilin ən böyük texnologiya sərgisinə qatılıb

İRİA ilin ən böyük texnologiya sərgisinə qatılıb

20-10-2023
Microsoft startaplar üçün yeni proqram istifadəyə verib

Microsoft startaplar üçün yeni proqram istifadəyə verib

19-02-2018
"digital.azerbaijan: Nailiyyətlər və IDDA Awards 2024" tədbiri keçirilib

"digital.azerbaijan: Nailiyyətlər və IDDA Awards 2024" tədbiri keçirilib

13-12-2024
İRİA və Qlobal İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə Vörkşop keçirilib

İRİA və Qlobal İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə Vörkşop keçirilib

13-11-2024
Avropanın innovasiya platforması "Tenity" Azərbaycana gəlir

Avropanın innovasiya platforması "Tenity" Azərbaycana gəlir

17-10-2025
“İnnostart” layihəsinin “Grand Final” mərasimi baş tutub

“İnnostart” layihəsinin “Grand Final” mərasimi baş tutub

21-08-2025
Gəncədə Azərbaycan İnnovasiya Mərkəzinin açılışı baş tutub

Gəncədə Azərbaycan İnnovasiya Mərkəzinin açılışı baş tutub

05-12-2025
İRİA ekosistemin inkişafına yönəlmiş açıq tender elan edib

İRİA ekosistemin inkişafına yönəlmiş açıq tender elan edib

02-06-2026
“Xsolla” və Azərbaycanın aparıcı oyun studiyaları arasında görüş keçirilib

“Xsolla” və Azərbaycanın aparıcı oyun studiyaları arasında görüş keçirilib

13-03-2025
“IDDA Awards”ın mükafatlandırma mərasimi keçirilib

“IDDA Awards”ın mükafatlandırma mərasimi keçirilib

17-12-2025
KOB-ların Rəqəmsallaşması Proqramının açılış mərasimi keçirilir

KOB-ların Rəqəmsallaşması Proqramının açılış mərasimi keçirilir

30-09-2024
AzerTelecom Microsoft-un rəsmi tərəfdaşı oldu

AzerTelecom Microsoft-un rəsmi tərəfdaşı oldu

22-07-2019
İRİA ilə “Astana Hub” arasında anlaşma memorandumu imzalanıb

İRİA ilə “Astana Hub” arasında anlaşma memorandumu imzalanıb

28-11-2025
“Ecosystem Meetup” tədbiri keçirilib

“Ecosystem Meetup” tədbiri keçirilib

15-03-2024
Azərbaycan Ən böyük qlobal irəliləyiş" mükafatına layiq görülüb

Azərbaycan Ən böyük qlobal irəliləyiş" mükafatına layiq görülüb

05-12-2025
 Microsoft Bakıda böyük tədbir keçirəcək

Microsoft Bakıda böyük tədbir keçirəcək

15-02-2018
İRİA ilə “Google” şirkətinin nümayəndəsi arasında görüş keçirilib

İRİA ilə “Google” şirkətinin nümayəndəsi arasında görüş keçirilib

21-11-2024
İRİA ilə “Telecom Italia” arasında Anlaşma Memorandumu imzalanıb

İRİA ilə “Telecom Italia” arasında Anlaşma Memorandumu imzalanıb

19-03-2025
İRİA “Digital Azerbaijan” brendini təqdim edib

İRİA “Digital Azerbaijan” brendini təqdim edib

01-12-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə