Previous Next
Bağla

Dünyanın nəhəng startaplarında təcrübə keçmək imkanı

05-07-2023 09:57
Dünyanın nəhəng startaplarında təcrübə keçmək imkanı

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, “Future Education” şirkətinin təşəbbüsü ilə yaradılan “Founders Academy” proqramına qeydiyyat açıq elan edilir.

Agentlikdən Xeberler.az-a bildirilib ki, “Founders Academy” vasitəsilə yerli startap nümayəndələri və innovasiya proqramlarında operator qismində çalışan şəxslər dünyanın ən böyük və “unicorn” şirkətlərinin təcrübəsindən yararlana biləcəklər.

Proqram Bakıda baş tutacaq iki günlük “bootcamp” və ardınca ölkə xaricində 3 aydan 6 aya qədər davam edəcək təcrübə proqramını özündə birləşdirir. “Founders Academy” vasitəsilə yerli ekosistem nümayəndələri dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən nüfuzlu texnologiya şirkətlərində təcrübə proqramı keçəcəklər. Proqram çərçivəsində 10 startap və 2 proqram operatorunun seçilməsi nəzərdə tutulub.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnnovasiya Ekosistemi Departamentinin rəhbəri Yevgeniya Bikmurzina proqram haqqında qeyd edib: “Böyük məmnunluq hissi ilə bildirmək istəyirəm ki, agentlik olaraq dünyada ilk dəfə startaplar və innovasiya proqramlarında operator qismində çalışan şəxslər üçün beynəlxalq təcrübə proqramını həyata keçiririk. Proqram çərçivəsində Azərbaycan startapları dünyanın fərqli yerlərində fəaliyyət göstərən və yerləşdiyi ölkənin iqtisadi inkişafına böyük töhfələr verən “unicorn” startaplarda və eyni zamanda dünyaca tanınmış qlobal şirkətlərin əsas idarəetmə mərkəzlərində oflayn formatda təcrübə proqramı keçəcəklər. Bu da öz növbəsində proqram iştirakçılarına qazandıqları təcrübəni öz startaplarında və rəhbərlik etdikləri proqramlarda tətbiq etmək şansı qazandıracaq”.

Proqramın əsas təşəbbüskarı olan “Future Education” şirkətinin təsisçisi Sebastien Tupi proqramın məqsəd və missiyalarından danışıb: “Ekosistemin ən vacib resursu insanlardır. Elə bu baxışı əsas götürərək “Founders Academy” proqramının yaradılmasına təşəbbüs göstərdik. Əslində proqramın arxasında dayanan çox uzaqgörən missiya var. Biz bu proqram vasitəsilə eksklüziv öyrənmə təcrübəsi və tanınmış təsisçilər və startaplarla qarşılıqlı əlaqələrin asanlaşdırılmasını təmin edirik. Əsas məqsəd isə Azərbaycanın startap ekosisteminin böyüməsini sürətləndirmək və startapların öz potensiallarını tam şəkildə üzə çıxarmasını təmin etməkdir”.

Qeyd edək ki, proqram çərçivəsində son qeydiyyat tarixi 2023-cü il iyulun 7-dir.

Startaplar üçün qeydiyyat linki: https://airtable.com/shrcQIxE7nHickDDM

Proqram operatorları üçün qeydiyyat linki: https://airtable.com/shrsv8bVYCc3J3jyW

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Microsoft” Azərbaycanda startaplar üçün dəstək proqramını təqdim edib

16-01-2025

İnnovasiya ekosistemi oyunçularının akkreditasiyası proqramına başa çatıb

10-10-2025

Rəqəmsal tranformasiya üzrə təlim proqramı bu gün yekunlaşır

08-12-2023

Oyun studiyaları üçün ilk inkubasiya proqramına qeydiyyata start verilib

19-03-2025

Azərbaycanlı startapçılar üçün yeni fürsət

22-06-2023

Avropanın innovasiya platforması "Tenity" Azərbaycana gəlir

17-10-2025

BMU ilə “Sabah Academy” əməkdaşlıq edib

15-04-2024

Azərbaycanda İKT üzrə ixtisasartırma proqramına start verilir

21-11-2024

İRİA və “Plug and Play” "GOAL" proqramına start verir

23-03-2026

“Ecosystem Meetup” tədbiri keçirilib

15-03-2024

“Azərkosmos” ilk “Milli Kosmik İnkubasiya” proqramına başlayıb

14-05-2026

CAREC Azərbaycandan olan tələbələrin startaplarını dəstəkləyir

27-07-2023

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə ABB İnnovasiya Mərkəzi növbəti əməkdaşlığa start verir

06-06-2022

İyunun 1-də “Demo Day – Barama” keçiriləcək

17-05-2021

"Milli Proqram"a qeydiyyat davam edir

20-08-2025

Startaplar üçün “IGNITE” İnkubasiya Proqramına start verilib

15-01-2024

“Demo Day – Barama” çərçivəsində 5 uğurlu startapın təqdimatı keçiriləcək

31-05-2021

Türk dövlətlərin texnoloji startapları ABŞ-ın Silikon Vadisinə çıxış əldə edəcək

02-04-2023

İnnovasiyalar Agentliyində ilk onlayn təcrübə proqramı başa çatıb

09-12-2020

SUP ilk proqramına seçilən startapları açıqladı

26-01-2016

“Technest” Təqaüd Proqramına yeni qeydiyyat başlayıb

31-10-2023

EnterpriseAzerbaijan.com portalı Founders Space şirkəti ilə danışıqlara başlayıb

22-06-2021

Azərbaycanda ilk dəfə olaraq regional startap mərkəzləri yaradılır

04-11-2022

"INNOLAND" İnkubasiya proqramı elan edir

08-06-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə