Previous Next
Bağla

“Microsoft Imagine Cup 2016”-da milli finalın qalibləri açıqlandı

17-05-2016 14:07
“Microsoft Imagine Cup 2016”-da milli finalın qalibləri açıqlandı

Bakıda “Microsoft Imagine Cup 2016” irimiqyaslı beynəlxalq texnologiya müsabiqəsinin Milli Final mərhələsi keçirilib.

“Sosial layihələr”, “İnnovasiya” və “Oyunlar” nominasiyaları üzrə ən yaxşıları olmuş üç komanda müsabiqənin növbəti mərhələsinə vəsiqə qazanıb ki, bu mərhələdə onlayn səsvermə təşkil olunacaq və bununla da komandalar müsabiqənin əsas mükafatı – layihələrin inkişafı üçün 50 min ABŞ dolları uğrunda mübarizə aparmaq şansı əldə edib.

Xeberler.az-ın məlumatına görə, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Yüksək Texnologiya Parkının dəstəyi ilə Microsoft Azərbaycan və Nar tərəfindən təşkil olunmuş “Microsoft Imagine Cup 2016” müsabiqəsinin milli finalının qalibləri müəyyənləşib.

Layihələrin təqdimatı və müdafiəsinin nəticələrinə əsasən, münsiflər heyəti bu ilin may ayında keçiriləcək beynəlxalq müsabiqənin onlayn mərhələsində Azərbaycanı təmsil edəcək 3 komandanın adını müəyyənləşdirib.

"“Microsoft Imagine Cup” – innovasiya sahəsində gənclərin gələcək inkişafı, karyera yüksəlişi və yeni perspektivlərə təkan verən bir müsabiqədir. Məqsədimiz Azərbaycan tələbələrinin istedadını üzə çıxarmaq, onların sabahın bazar tələblərinə hazırlıqlı mütəxəssis kimi yetişdirilmələri üçün şərait yaratmaqdır. Biz tərəfdaşımızla birgə yenilikçi fikir və texniki həllərin yerli və beynəlxalq bazarlara çıxarıla bilməsi üçün elə bir ekosistem yaratmaq istəyirik”, - deyə Microsoft Azerbaijan şirkətinin baş meneceri Sərxan Həşimov tədbir iştirakçılarını salamlayaraq bildirib.

Müsabiqədə iştirak etmək üçün Microsoft platforması üzərində innovativ proqram layihəsi, Microsoft texnologiyaları əsasında müasir dövrün problemlərini həll edən tətbiqin prototipini və ya istənilən Microsoft Windows platformaları üzərində orijinal oyun hazırlamaq lazım idi.

Müsabiqə çərçivəsində ali və peşə təhsil müəssisələrinin tələbələrindən ibarət komandalar üç kateqoriya üzrə iştirak edib – “İnnovasiya”, “Sosial layihələr” və “Oyunlar”. “Sosial layihələr” nominasiyasında SABAH Qruplarından olan “TechSOS” komandası qalib gəlib.

Komandanın tərkibinə daxil olan Aytac Ağabəyli, Günay Abdullayeva, Nailə İsmayılova və Sənan Quluzadə 3 hissədən ibarət olan (smartfonlar üçün tətbiq, bulud tətbiqi və avadanlıq) yıxılmanın müəyyən edilməsi sistemini hazırlayıblar.

Kiçik həcmli peycerə bənzər avadanlıq yaşlı insanın kəmərinə bərkidilir, smartfon isə adətən sözügedən ahıl insanın qohumunda olur və o, yıxılma baş verdiyi halda bulud tətbiqi vasitəsilə hadisə və hadisənin baş verdiyi yer haqda dərhal məlumat alır. 

Bu məhsul məlumatlandırma və ilkin yardım proseslərini sürətləndirməyə yardım edir.

“İnnovasiya” nominasiyasında “JavaSet” komandası qalib gəlib. Komandanın üzvləri Nicat Cavadov və Yesset Jusupov sifəti müəyyənetmə funksiyası vasitəsilə emosiyaların identifikasiyası layihəsini təqdim ediblər.

Bu məhsul müəllimlərə dərslərin daha effektiv və keyfiyyətli olmasına yardım edəcək. Belə ki, auditoriyanın görüntüsünü çəkən bu məhsul məktəblilərin və ya tələbələrin sifətlərinin müəyyən edir və müəllim istənilən şagirdin emosiyasını təyin edə bilir. Məhsulun şagird və tələbələrin gərginlik və ya narazılığının müəyyən edilməsi onların dərsi başa düşməməsindən xəbər verir və belə olduğu halda müəllim fənni təkrarən izah bilir.

“Oyunlar” nominasiyasında ADA Universitetinin “The Corp” komandası qalib gəlib. Tələbələr Ülviyyə Məmmədzadə, Toğrul Rəhimli, Ramazan Süleymanlı və Əli Babayev görüntüsü olmayan səsli macəra oyununu hazırlayaraq təqdim ediblər. İnsan və tətbiq arasında aparılan dialoq vasitəsilə oyunun müxtəlif mərhələlərini keçmək mümkündür. Bu məhsul məkan təfəkkürü və məntiqin formalaşmasına yardım edir.

Qeyd edək ki, builki müsabiqədə iştirak edən 25 komandadan 15-i milli seçim turunu və onlayn yarımfinalı uğurla keçib və Milli Finala vəsiqə qazanıb. Ümumdünya Finalında olduğu kimi Milli Finalda da müsabiqədə iştirak edən ali və peşə təhsil müəssisələrinin tələbələrindən ibarət komandalar üç nominasiya üzrə yarışdılar: “İnnovasiya”, “Oyunlar” və “Sosial layihələr”. Bu nominasiyalar üzrə qalib gələn komandalar müsabiqənin beynəlxalq yarımfinalında və bu mərhələdə uğur qazanacaqları təqdirdə Azərbaycanı bu ilin iyul ayında keçiriləcək finalda təmsil etməyə şans qazanacaqlar.

ötən “Microsoft Imagine Cup 2015” müsabiqəsində Azərbaycanı təmsil edən komanda sözügedən yarışmada uğur qazana bilib. Bakı Dövlət Universitetinin və Xəzər Universitetinin tələbələri olan Nizami İsmayılov, Arif Mövsümzadə, Fidan və Ülviyyə Rüstəmovalardan ibarət NoObs komandası “İnnovasiyalar” nominasiyasında II yeri tutub. Bu müsabiqədə ilk dəfə iştirak edən Azərbaycanın komandasına “bluetooth-tənzimçilər” dəsti, həmçinin qaməti əymədən oturmaq və durmaq vərdişi yaradan Windows Phone platformalı smartfonlar üçün proqram təminatı olan Spinal layihəsi uğur gətirib.

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Microsoft Imagine Cup” innovasiya müsabiqəsinin seçim turu başlayıb

23-11-2015

Microsoft Imagine Cup 2017-də milli finalın qalibləri-Foto

03-05-2017

“Microsoft Imagine Cup 2015” müsabiqəsində Azərbaycan qalib gəldi

05-06-2015

“Microsoft Imagine Cup” -da milli turun qalibləri açıqlanacaq

16-05-2016

“Microsoft Imagine Cup”-ın yerli final mərhələsində 24 komanda yarışacaq

29-01-2016

Microsoft Imagine Cup- 2017 müsabiqəsi başladı

21-11-2016

“Microsoft Imagine Cup” müsabiqəsinin qalibləri açıqlandı- Fotolar

22-05-2015

Imagine Cup müsabiqəsinin qalibləri elan ediləcək

11-05-2018

Azərbaycanda bu İT müsabiqəyə qeydiyyat başladı

21-02-2018

Nar beynəlxalq innovasiya müsabiqəsinin tərəfdaşıdır

16-01-2016

ABŞ-da qalib olmuş layihəmiz məhsullarının istehsalına başlayır

07-12-2015

Azərbaycanlılar “Microsoft Imagine Cup 2015” də ikinci yerə çıxdı

31-07-2015

Imagine Cup 2018 müsabiqəsinin qalibləri açıqlandı

15-05-2018

“Microsoft Imagine Cup 2015”-in finalında Azərbaycan komandası iştirak edəcək

29-07-2015

”Microsoft Imagine Cup” müsabiqəsinin seçim turu başlayıb

17-12-2015

Nazir “Microsoft Imagine Cup 2015”-in qaliblərini mükafatlandırdı

07-08-2015

Microsoft Imagine Cup müsabiqəsi ilə bağlı tədbir keçirilib

17-03-2018

Komandamız Kiyevdə İT müsabiqəsində 2-ci oldu

25-05-2017

Nar Imagine Cup müsabiqəsinə dəstək verir

26-02-2018

Azərbaycan startapı xarici mentorlarla işləyəcək

04-11-2016

Nar Imagine Cup müsabiqəsinə dəstək olub

16-05-2018

Bakı Ali Neft Məktəbinin komandası müsabiqəsində ikinci yeri tutub

11-07-2019

“NoObs” komandasının üzvləri fəxri fərmanla təltif edilib

05-08-2015

Microsoft yeni məhsullarını təqdim edir

30-11-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə