Previous Next
Bağla

“Milli Net-2009” müsabiqəsinin qeydiyyat prosesi başa çatıb

01-12-2009 17:14
“Milli Net-2009” müsabiqəsinin qeydiyyat prosesi başa çatıb

Azərbaycan İnternet Forumu (AİF) tərəfindən təsis edilən “Milli Net-2009” müsabiqəsinin qeydiyyat prosesi başa çatıb. Müsabiqənin təşkilat komitəsindən verilən məlumata görə, ilin əvvəlindən 1000 nəfərdən çox iştirakçı qeydiyyatdan keçib, 500-dən çox sayt müsabiqəyə təqdim edilib. Müsabiqəyə 300-dən çox sənəd qəbul edilib.

Təşkilat Komitəsindən xeberler.az-a verilən məlumata əsasən, müsabiqəyə daxil olan saytlardan 150-dən çoxu şərtlərə uyğun gəlmədiyinə görə müsabiqəyə buraxılmayıb. Saytların müsabiqəyə buraxılmamasının səbəbi saytlarda qanunvericiliyə uyğun gəlməyən informasiyaların yerləşdirilməsi, müəllif hüquqlarının pozulması, Azərbaycan dili versiyasının olmaması və müsabiqənin loqosunun indiyədək saytda yerləşdirilməməsidir.

Qeyd edək ki, müsabiqədə hər nominasiya üzrə 1-ci yerlərin qaliblərinə “Milli Net”in tuncdan hazırlanan xüsusi mükafatı- hörümçək əks olunan buta təqdim ediləcək.

Təqdimat mərasiminin dekabrın 2-ci ongünlüyündə keçirilməsi nəzərdə tutulub.

Məlumat üçün bildirək ki,Milli Net Azərbaycan İnternet Forumu tərəfindən ölkədə internet sektorunun inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızın  təbliğini aparmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirmək məqsədilə təsis olunan Milli İnternet mükafatıdır.

Milli Net-2009 Müsabiqəsinə Azercell, DeltaTelekom və HP şirkətləri dəstək verirlər.
Daha geniş məlumat
www.millinet.az  saytında yerləşdirilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Milli İnternet Mükafatının qeydiyyat prosesi yekunlaşmaq üzrədir

24-11-2009

Bu gün Milli Net-Milli İnternet Mükafatının qalibləri müəyyən olacaq!

18-12-2009

Milli Net 2010-da ilkin səsvermə 10 Noyabr tarixdə başlayacaq

06-11-2010

Milli net - Milli internet mükafatının ilkin nəticələri açıqlanıb

04-12-2009

Milli İnternet Mükafatının ilkin mərhələsinin yekunlarına dair mətbuat konfransı

03-12-2009

Milli Net -2009 Müsabiqəsinin qaliblərinin Təqdimat mərasimi keçiriləcək

12-12-2009

Milli Net-Milli İnternet Mükafatı Müsabiqəsinə start verilir

29-09-2009

Sabah Milli Net -2010-un qalibləri bilinəcək

03-12-2010

“Milli Net” İnternet mükafatının 2-ci səsvermə prosesi başa çatdı.

20-12-2013

Milli İnternet Mükafatının Nominantları seçilib

01-12-2012

Milli Net-Milli İnternet Mükafatı Müsabiqəsinə start verildi

30-09-2009

Milli Net - in Təşkilat Komitəsinin Müsabiqə Komissiyası ilə birgə toplantısı keçirilib

17-10-2009

Milli Net Müsabiqəsinə start verilir

24-09-2010

Milli Net - Milli İnternet Mükafatı Müsabiqəsinə qeydiyyat prosesi davam edir

08-10-2009

Milli Net - in Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib

12-10-2009

Milli İnternet resursların Qeydiyyat prosesi 20 Noyabr tarixdə saat 24.00 da başa çatır.

19-11-2011

Milli İnternet Mükafatı – Milli Net 2015 başlayır

30-09-2015

Milli Net 2010 - Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominatları seçilib

23-11-2010

Milli Net 2015 müsabiqəsinə qeydiyyat başladı

02-10-2015

MilliNet müsabiqəsinə qeydiyyat davam edir

21-10-2017

Milli Net 2010-da 1-ci səsvermənin müddəti 2 gün uzadılıb.

20-11-2010

Milli Net Müsabiqəsində qeydiyyatın başa çatmasına üç gün qalıb

20-11-2013

Milli internet resursların müsabiqəsində qeydiyyatın başa çatmasına 22 gün qalıb

30-10-2012

Milli Net 2013-də saytların qeydiyyatı başa çatıb

25-11-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə