Previous Next
Bağla

“Milli Proqram” istifadəçiləri 13 mindən çox kursdan yararlana bilər

08-10-2025 13:13
“Milli Proqram” istifadəçiləri 13 mindən çox kursdan yararlana bilər

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”da daha 550 kurs və təlim istifadəçilər üçün əlçatan oldu. Proqram istifadəçiləri ümumilikdə 13000-dən çox təlimdən faydalana bilər.

Xeberler.az bildirir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən “4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”da istifadəçilərin yararlana biləcəyi kursların sayı artırılıb. Bu gündən etibarən proqram çərçivəsində daha 550 kurs ödənişsiz olaraq vətəndaşların istifadəsinə verilib.

Proqrama yeni əlavə edilən kurs və təlimlərin təminatçısı Kembric, Dyuk, Con Hopkins, London universitetləri kimi nüfuzlu təhsil müəssisəsələri və “Meta”, “IBM”, “Microsoft”, “Simenens” kimi aparıcı şirkətlərdir. Həmin kurslar modelləşdirmə, animasiya, süni intellekt, qrafik və vizual dizayn, data təhlükəsizliyi və s. istiqamətdə bacarıqların inkişafı üçün fürsətlər yaradır (yeni kursların siyahısı – https://shorturl.at/yYr5K). Beləliklə, “Milli Proqram” istifadəçiləri artıq “Coursera” platformasında 13 mindən çox kurs və təlimdən yararlana bilərlər. 

“Coursera” platformasında Oksford, Stenford, Yel, Edinburq, Mançestr, Miçiqan, İllinoys, Florida, Sidney, eləcə də “Google”, “AWS”, “Oracle”, “Gitlab”, “Intel”, “SAP”, “Salesforce” kimi dünyanın 350-yə yaxın ən nüfuzlu universitet və aparıcı texnologiya şirkətlərinin sahəvi kurs və proqramı “Milli Proqram” istifadəçiləri üçün əlçatandır. 

Bu günə kimi “Milli Proqram”dan 37500 vətəndaş yararlanıb. Aprel ayından başlayan proqramda istifadəçilər 66 min kursu uğurla başa vurublar. “Milli Proqram” istifadəçiləri daha çox süni intellekt, data elmi, layihələrin idarə olunması və biznes sahələri üzrə təlimlərə üstünlük verirlər. 

“Milli Proqram” istifadəçilərinin ən çox müraciət etdiyi TOP 10 təlim və kurslar:

  1. Süni intellekt hamı üçün (AI For Everyone) - 3192 nəfər
  2. Layihələrin idarəolunması əsasları (Project Management Fundamentals) – 1907 nəfər
  3. Layihələrin idarəolunmasının əsasları (Foundations of Project Management) -1609 nəfər
  4. Süni intellektə giriş (Introduction to Artificial Intelligence) – 1512 nəfər
  5. Data elminin əsasları: Data hər yerdə (Foundations: Data, Data, Everywhere) – 1426 nəfər
  6. Data elmi nədir? (What is Data Science?) – 1253 nəfər
  7. Süni intellekt, biznes və gələcəyin peşələri (AI, Business & the Future of Work) – 1084 nəfər
  8. Liderlik bacarıqları (Leadership Skills) – 1070 nəfər
  9. Layihələrin idarəolunmasına giriş (Introduction to Project Management) - 1062 nəfər
  10. İngilis dilində peşəkar email yazışmaları (Write Professional Emails in English) – 1032 nəfər

Proqramın məqsədi ölkədə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək üçün dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır. Azərbaycan vətəndaşları yaşından və məşğulluq vəziyyətindən asılı olmayaraq https://form.4sim.gov.az saytından qeydiyyatdan keçərək bu imkandan yararlana bilirlər. 

“Milli Proqram” istifadəçiləri platformada 2500 kursu Azərbaycan dilində altyazı ilə, ən çox tələb olunan 15 kursu isə “deep fake” texnologiyası ilə dublyajda izləyə bilərlər (kursların siyahısı - https://bit.ly/4ogG5Mw). 

Proqram çərçivəsində 1 il ərzində on minlərlə istifadəçinin dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”da təlimlərdən faydalanması nəzərdə tutulub. “Milli Proqram” SOCAR, “Paşa Holdinq”, bp, JOCAP və “Azerconnect Group” kimi aparıcı şirkətlərin tərəfdaşlığı ilə həyata keçirilir. 

Qeyd edək ki, “4Sİ Akademiyası”nın ilkin pilot mərhələsində 10000 nəfər “Coursera”dan faydalanıb, 4200-dən çox beynəlxalq sertifikat əldə olunub. Layihə 2024-cü ildə “Coursera” şirkəti tərəfindən “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin “Süni İntellekt İnnovasiyası” kateqoriyası üzrə qalibi olub.

 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Milli Proqram” çərçivəsində 22 500 nəfər təlimləri tamamlayıb

07-08-2025

“Milli Proqram” çərçivəsində 15000 nəfər 27000 təlimi uğurla tamamlayıb

01-07-2025

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18-09-2025

“Milli Proqram” çərçivəsində daha 7500 nəfər təlimlərə başlayıb

14-05-2025

“Milli Proqram”da daha çox süni intellekt və data elminə üstünlük verilib

07-05-2025

Milli Proqram” çərçivəsində 7500 nəfər təlimlərdən yararlanıb

26-04-2025

“Milli Proqram”a qeydiyyat davam edir

26-08-2025

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a start verilib

02-04-2025

“Milli Proqram”ın ikinci mərhələsi üçün qeydiyyat başlayıb

11-04-2025

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a start verilib

15-03-2025

“Milli Proqram” çərçivəsində 69 min beynəlxalq sertifikat verilib

27-10-2025

“Milli Proqram” istifadəçilərinin sayı 60 min nəfərə çatıb

26-01-2026

"Milli Proqram"a qeydiyyat davam edir

20-08-2025

“Coursera”da bir sıra kurslar ana dilinə dublyaj olunub

01-08-2025

“Milli Proqram”a qeydiyyat davam edir

13-08-2025

“4Sİ Akademiyası” layihəsinin pilot mərhələsinin bağlanış mərasimi olub

09-10-2024

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”ın açılış proqramı keçirilir

30-05-2025

“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” üzrə finala çıxıb

16-09-2024

“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024”ün qalibi seçilib

18-09-2024

"Milli Proqram” çərçivəsində 75 mindən çox kurs tamamlanıb

02-12-2025

Fariz Cəfərov: İşğaldan azad edilmiş ərazilərə köç etmiş vətəndaşlar üçün kurslar təşkil olunacaq

09-10-2024

“Course Builder” aləti ilə bağlı vebinar keçirilib

22-05-2026

4SİM 2025-ci ilin yekunlarına dair mətbuat konfransı keçirib

18-02-2026

Azərbaycanda 10 minə yaxın şəxs ödənişsiz 4Sİ texnologiyaları üzrə kursa qoşula biləcək

30-08-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə