Previous Next
Bağla

“Özəl provayder təkbaşına fiber optik internet çəkə bilmir”

02-11-2016 22:48
“Özəl provayder təkbaşına fiber optik internet çəkə bilmir”

Məlum olduğu kimi, uzun müddətdir ki, proveyderlər Bakıda və regionda zəif internet problemini həll etmək üçün müxtəlif yerlərə fiberoptik internet çəkməyə qərar verib. Təxminən 1 ilə yaxın müddətdir ki, prosesə başlayan şirkətlər ciddi problemlərlə qarşılaşıb. Belə ki, özəl provayderlər fiberoptik xəttin çəkilməsi zamanı lazım olan və dövlətə məxsus yeraltı kabel sistemindən istifadə etmək üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon İstehsalat Birliyinə müraciət edib. Ancaq şirkətlər birmənalı olaraq rədd cavabı alıblar. Nazirlik rədd cavabının verilməsini bu kabel kanal sistemindən istifadə ilə bağlı yeni standart və qaydaların hazırlanmasıyla əsaslandırıb. Provayder sahiblərinə bildirilib ki, kabel kanal sistemi qaydaya salınır.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz BakiPost.az-a məsələni şərh edib.

O, provayderlərin belə bir problemlə qarşılaşdığını və bunu tez bir zamanda həll edilməli olduğunu deyib:

"Ölkədə zəif internet problemi artıq illərdir ki, var. Provayderlər bunun həlli yolu kimi fiberoptik internet çəkmək istəyir. Lakin bunun üçün dövlətə məxsus kabel sistemindən istifadə olunmalıdır. Özəl provayder təkbaşına fiberoptik internet çəkə bilmir. Aidiyyəti qurumlar keyfiyyətli fiberoptik internetin çəkilməsi üçün zəruri olan bu kabel kanal sistemindən istifadəni qaydaya salmalıdır. Bunun hamı tərəfindən istifadəsinə imkan verən qaydalar yaradılmalıdır”.

O. Gündüzün sözlərinə görə, sözügedən kabel sistemindən istifadə ilə bağlı qaydaların hazırlanması Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tapşırılmamalıdır: "Hesab edirəm ki, bu standart və qaydaları nazirlik hazırlamamalıdır. Çünki Rabitə və Yüksək Texnologiyalar nazirliyi özü bazarda internet xidməti göstərir. Ona görə də istənilən halda bu bazarda maraqlı qurumdur. Bu baxımdan düşünürəm ki, qaydaları digər müstəqil qurumun hazırlaması doğru olardı”.

Xeberler.az

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Antiinhisar Dövlət Xidmətinin qərarı özəl provayderləri sevindirəcək

Antiinhisar Dövlət Xidmətinin qərarı özəl provayderləri sevindirəcək

16-08-2019
Sabah özəl provayderlərlə nazirliyin məhkəməsi başlayır

Sabah özəl provayderlərlə nazirliyin məhkəməsi başlayır

27-01-2020
Özəl provayderlər istifadəçilərə fiber optik internet verə biləcəklərmi?

Özəl provayderlər istifadəçilərə fiber optik internet verə biləcəklərmi?

14-03-2019
Kabel-kanal sistemindən istifadə qaydaları gündəmdədir

Kabel-kanal sistemindən istifadə qaydaları gündəmdədir

13-07-2018
Azərbaycan və İran arasında fiberoptik kabel çəkiləcək

Azərbaycan və İran arasında fiberoptik kabel çəkiləcək

16-03-2019
Azərbaycanda internet niyə zəifdir?

Azərbaycanda internet niyə zəifdir?

08-02-2018
Provayderlər yeni qaydaları gözləyir

Provayderlər yeni qaydaları gözləyir

25-09-2017
Ekspert: Nazirlik kabel kanalizasiya infrastrukturunu monopoliyada saxlayır

Ekspert: Nazirlik kabel kanalizasiya infrastrukturunu monopoliyada saxlayır

08-01-2020
“Dövlət provayderləri özəl provayderlərə imkan vermir”

“Dövlət provayderləri özəl provayderlərə imkan vermir”

04-04-2018
Bakıda kabel-kanal sisteminin təkmilləşdirilməsi davam edir

Bakıda kabel-kanal sisteminin təkmilləşdirilməsi davam edir

08-06-2016
Azərbaycanda niyə internetin sürəti zəif, qiyməti bahadır?

Azərbaycanda niyə internetin sürəti zəif, qiyməti bahadır?

22-04-2020
Ekspert Azərbaycan internet bazarındakı vəziyyətdən danışdı

Ekspert Azərbaycan internet bazarındakı vəziyyətdən danışdı

04-10-2018
Bakının telefon kabel sistemi təkmilləşdirilir

Bakının telefon kabel sistemi təkmilləşdirilir

25-04-2016
Provayderlərə nə üçün qadağalar qoyulub?

Provayderlərə nə üçün qadağalar qoyulub?

03-05-2016
 BTRİB-in kabel-kanal sistemində nə baş verib?

BTRİB-in kabel-kanal sistemində nə baş verib?

29-07-2016
Ölkənin telekommunikasiya və internet bazarında nə baş verir ?

Ölkənin telekommunikasiya və internet bazarında nə baş verir ?

12-10-2017
“Rabitə nazirliyində ciddi kadr islahatları aparılır" - Osman Gündüz

“Rabitə nazirliyində ciddi kadr islahatları aparılır" - Osman Gündüz

06-02-2021
Ekspert: NRYTN haqsız rəqabət aparır

Ekspert: NRYTN haqsız rəqabət aparır

00-00-0000
“Google” Çilidən Avstraliyaya fiberoptik kabel çəkəcək

“Google” Çilidən Avstraliyaya fiberoptik kabel çəkəcək

05-06-2025
Son illərdə İKT sektorunda baş verənlərin müqayisəsi

Son illərdə İKT sektorunda baş verənlərin müqayisəsi

04-06-2019
Ekspert Xəzərin dibi ilə fiberoptik kabel çəkilişi layihəsindən danışdı

Ekspert Xəzərin dibi ilə fiberoptik kabel çəkilişi layihəsindən danışdı

10-04-2019
Ekspert : İndiyədək İKT sektorunda olmayan bir şirkətə necə 14 milyon vermək olardı?

Ekspert : İndiyədək İKT sektorunda olmayan bir şirkətə necə 14 milyon vermək olardı?

28-02-2019
Azərbaycan dünya reytinqində internetin sürətinə görə geriləyib

Azərbaycan dünya reytinqində internetin sürətinə görə geriləyib

15-10-2019
Tısbağa sürətli internetimiz: Problem niyə həll olunmur?

Tısbağa sürətli internetimiz: Problem niyə həll olunmur?

06-03-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə