Previous Next
Bağla

Provayderlərə nə üçün qadağalar qoyulub?

03-05-2016 14:39
Provayderlərə nə üçün qadağalar qoyulub?

Əldə etdiyimiz məlumatlara görə, BTRİB və Aztelekom dövlətə məxsus kabel-kanal sistemindən özəl provayderlərin və digər özəl telekommunikasiya qurumlarının, hətta dövlət qurumlarının istifadəsinə qadağa qoyub.

Provayderlərə və telekommunkasiya qurumlarına, təşkilatlara  bu infrastrukturdan istifadə edərək internet və rabitə xidmətləri göstərmək üçün yeni kabel çəkilişinə icazə verilmir.

Bu isə özəl telekommunikasiya və internet sektorundakı qurumlarda ciddi narazılıq yaradıb. Hətta özəl telekommunikasiya qurumların nümayəndələri ilə yerli Telekommunikasiya qovşaqlarının arasında ciddi qarşıdurmaların da olduğu bildirilir.

Bu məsələni araşdırarkən həqiqətən də hazırda kabel-kanal sistemindən istifadə və mövcud tariflərlə bağlı ciddi narazılıqların olduğu üzə çıxıb .

Uzun müddətdən bəri əsas narazılıq kabel-kanal sistemindəki analoqu olmayan tariflərlə bağlı olub. Bu tariflər qonşu ölkələrdə tətbiq olunan analoji tariflərdən az qala 4-5 dəfə yüksəkdir. Ekspertlər  bildirir ki , indiyədək tətbiq olunan tariflərin heç bir hüquqi əsası olmayıb.

Provayderlər bildirirlər ki, BTRİB tərəfindən tətbiq olunan tariflər RYTN-in adi bir şöbə müdirinin tövsiyələri ilə qəbul edilib. Ortada hər hansı bir rəsmi qərarla təsdiqlənən tariflər yoxdur. İndi isə nəinki bu cür əsassız tariflərin tətbiqindən söhbət gedir, bütövlükdə özəl sektora dövlətə məxsus olan rabitə infrastrukturundan istifadəyə icazə verilmir.

Bu günlərdə BTRİB tərəfindən yayılan rəsmi açıqlamada bunun kabel-kanal sistemindən istifadə normalarının pozulması, infrastrukturun köhnəlməsi, təhlükəsizlik qaydalarının pozulması və normadan çox yüklənməsi ilə izah ediblər.

Araşdırmalar göstərir ki, doğurdan da, BTRİB -in açıqlamasında deyildiyi kimi, hazırda mövcud kabel-kanal infrastrukturundan effektiv istifadəyə ehtiyac var, quyulardakı mis kabellərin xüsusi çəkisi optik kabellərə nisbətən xeyli yüksəkdir.

Bununla belə məlumdur ki, indiyədək heç bir özəl sektor bu infrastrukturdan sərbəst istifadə edə bilməyib və mövcud qaydalara uyğun olaraq layihələndirmə və  istismar işləri BTRB-in qaydalarına uyğun olaraq həyata keçirilib. Və hər zaman da dövlət operatorlarına daha çox üstünlük verilib. İnfrastruktur ciddi nəzarət altında olub, hətta bir metr optik xətt də icazəsiz çəkilməyib.

BTRİB-in qərarını şərh edən ekspertlər bu qurumun rəsmi açıqlamasındakı bəzi məsələlərin anlaşılmaz olduğunu bildirirlər.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Xeberler.az-a bildirib ki, həqiqətən də uzun müddətdir ki, dövlətə məxsus kabel-kanal sistemindən istifadədə problemlər olub. O, ölkədə kabel-kanal sisteminin 90%-nin BTRİB və Aztelekom-un nəzarətində olduğunu diqqətə çatdırıb. BTRB-in açıqlamasından da görsənir ki, optik xətlərin xüsusi çəkisi xeyli azdır. O, bunun əsas səbəbinin də elə BTRİB-in özündə olduğunu bildirib.

Osman Gündüz kabel-kanal sistemindən istifadəyə qadağa qoyulmasını düzgün hesab etmir:

“İndiyədək Bakı şəhərində bu infrastruktura nəzarət edən, ondan istifadə edən və layihələndirmə işləri aparan yalnız bir qurum, BTRİB olub. Kənar qurumlar bu cür işlərə yaxın buraxılmayıb. Odur ki, bu nəhəng infrastrukturda qadağalar qoyulacaq səviyyədə texniki-texnoloji problemlərin olacağını düşünmürəm. Məncə, əsas problem kabel çəkilişində qiymətlərin hədsiz şişirdilməsində, optikin xüsusi çəkisinin azlığında, xərclərin ifrat dərəcədə artırılmasında, özəl sektora imkan verilməməsində, dövlət resurslarından şəxsi məqsədlər üçün istifadədə ola bilərdi.
İndi məlum olur ki, BTRİB-in köhnə rəhbərliyi bu qurumu öz şəxsi müəssisəsi kimi idarə edib.  Biz hesablamışdıq ki, təkcə internet xidmətlərindən bu qurum hər ay milyonlarla vəsait əldə edir. Hansı ki, aidiyyatı qurumlar da hazırda bu istiqamətdə araşdırmalar aparırlar. Bununla bağlı artıq rəsmi açıqlamalar da verilib. Amma bütün bunlar sistemdən istifadəyə qadağa üçün əsas ola bilməz”.

Ekspert hesab edir ki, hazırda əsas diqqət yetiriləcək məqam nə üçün dövlətə məxsus kabel-kanal sistemindən ədalətli istifadə imkanlarının olmaması, optik infrastrukturun zəif inkişaf etməsi və heç bir yerdə təsdiqlənməyən tariflərin tətbiq edilməsi ilə bağlı olmalıdır:

“Nədənsə BTRİB-in yeni rəhbərliyi diqqəti başqa istiqamətə yönəldib. Uzun illər bu sahədə ciddi problem, internetin inkişafını ləngidən, rəqabətə imkan verməyən amil məhz analoqu olmayan tariflərlə və kabel-kanal sistemindən istifadə Qaydaları ilə bağlı olub. Təbii inhisar subyekti olan bu cür infrastrukturdan istifadəyə qadağaların qoyulması internetin, bütövlükdə telekommunikasıyanın inkişafının qarşısını alır”.

Osman Gündüz mövcud infrastrukturun genişlənməsi üçün hazırda bu kabel-kanal sistemində, quyularda istifadədə olan mis kabellərin optik xətlərlə əvəzlənməsini vacib hesab edir:

“ BTRİB-in rəsmi açıqlamasında qeyd olunan on min kilometrlərlə mis xətlərinin əvəzinə 100 min kilometrlərlə optik infrastruktur qurmaq olar. İndiki halda əsas diqqət keçmişdən qalan mis  xəttlərin optiklə əvəzlənməsinə yönəlməlidir.  Yəni, hesab edin ki, bir mis kabelin fiziki olaraq tutuduğu yerə 30 optik kabel yerləşdirmək mümkündür. Bununla da 1000 dəfələrlə artıq ötürücülük qabiliyyətinə malik olan infrastruktur qurmaq olar. Odur ki, mövcud infrastrukturdan səmərəli və effektiv istifadə imkanları yetərincədir. Vəsaiti də elə bu quyulardakı resursdan əldə etmək olar. Hazırda quyularda, ayağımızın altındakı kabel-kanal sistemlərindəki 10 min kilometrlərlə mis kabelləri elə pula çevirsən, milyonlarla manat vəsait edər. Elə bu vəsaiti də optikə çevrib, optik xətlərin sayını artırsalar, xeyli faydalı olar”.

Osman Gündüz hazırda BTRİB və Aztelekom-da  kabel çəkilişi prosesininin özünün yenilənməsi və modernləşməsininin, mütəxəssislərə, mantyorlara lazımı qayğı göstərilməsinin daha vacib olduğunu bildirir.

Osman Gündüz indiki halda nazirliyin bu işə ciddi reaksiya verməsini, qadağanın aradan qaldırılmasını və dərhal da kabel-kanal sistemindən yeni istifadə qaydalarının hazırlanmasını, həmçinin yeni, əsaslandırılmış tariflərin qəbulu ilə bağlı Tarif Şurasına təkliflərin hazırlanmasını vacib hesab edib.

O, son dövrlərdə bu istiqamətdə bəzi problemlərin yarandığını, bir sıra hallarda yerli qovşaqlar tərəfindən özəl provayderlərə qarşı haqsızlıq edildiyini də diqqətə çatdırıb.

Forum prezidenti bildirib ki, bununla bağlı nazirlikdə maraqlı tərəflərin iştirakı ilə müzakirələrin aparılması daha faydalı olardı.

Osman Gündüz bununla bağlı AİF olaraq nazirliyə müraciət etdiyini, nazirlikdə bu istiqamətdə müəyyən işlərin də aparılması ilə bağlı məlumat verildiyini də diqqətə çatdırıb.

Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakının telefon kabel sistemi təkmilləşdirilir

25-04-2016

Provayderlər yeni qaydaları gözləyir

25-09-2017

“Özəl provayder təkbaşına fiber optik internet çəkə bilmir”

02-11-2016

Bakıda kabel-kanal sisteminin təkmilləşdirilməsi davam edir

08-06-2016

Antiinhisar Dövlət Xidmətinin qərarı özəl provayderləri sevindirəcək

16-08-2019

BTRİB-in kabel-kanal sistemində nə baş verib?

29-07-2016

Ekspert : İndiyədək İKT sektorunda olmayan bir şirkətə necə 14 milyon vermək olardı?

28-02-2019

BTRİB-də özəl provayderlərin, AİF və İnternet Cəmiyyətinin birgə görüşü keçirilib

17-02-2015

Sabah özəl provayderlərlə nazirliyin məhkəməsi başlayır

27-01-2020

BTRİB- in müəyyən etdiyi analoqu olmayan tariflər dəyişəcəkmi?

20-11-2015

Kabel-kanal sistemindən istifadə qaydaları gündəmdədir

13-07-2018

Nə üçün nazir AzTelekom və BTRİB-i ciddi tənqid edib?

28-01-2015

Özəl provayderlər istifadəçilərə fiber optik internet verə biləcəklərmi?

14-03-2019

Ekspert Azərbaycan internet bazarındakı vəziyyətdən danışdı

04-10-2018

Bakıda 10 minə yaxın quyu texniki normalara uyğunlaşdırılıb

10-03-2017

BTRİB  Tarif Şurasından xəbərsiz rabitə tariflərini necə müəyyən edib?

13-02-2015

İKT sektorunda mərkəzləşmənin müəllifi kimdir?

29-01-2018

Ölkənin telekommunikasiya və internet bazarında nə baş verir ?

12-10-2017

Bakinternet-də yaranan problemlərlə bağlı rəsmi açıqlama

08-12-2016

Aztelekom kənd ATS-lərində fiber-optik kabel çəkilişini həyata keçirir

14-03-2012

Azərbaycanda Kanal D-nin yayımı dayandırıldı

27-04-2016

Ekspert: Nazirlik kabel kanalizasiya infrastrukturunu monopoliyada saxlayır

08-01-2020

“Dövlət provayderi özəl provayderin müştərisini ələ keçirmək üçün fürsət gözləyir”

05-02-2016

BTRİB-in rəsmi saytı aylardır niyə yenilənmir?

31-08-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə