Previous Next
Bağla

Bakının telefon kabel sistemi təkmilləşdirilir

25-04-2016 17:41
Bakının telefon kabel sistemi təkmilləşdirilir

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) kabel-kanal sisteminin düzgün istifadəsi və yeni kabel çəkilişini müvəqqəti olaraq məhdudlaşdırmaqla bağlı provayderlərə müraciət edib.

Nazirlikdən Xeberler.az-a  verilən  məlumata görə, Bakı şəhərində kabel-kanal sistemləri illər əvvəl inşa edilib: "Son zamanlar aparılan araşdırılmalar göstərir ki, yeni kabel-kanal sisteminin tikilməməsi, şəhərin müəyyən yerlərində tikintinin qeyri-mümkün olması, sisteminin uzun illər normativə uyğun düzgün istismar edilməməsi və bir çox digər səbəblər bu resursun gələcək texniki istismarını mümkünsüz edib".

Birliyin mütəxəssisləri tərəfindən aparılan araşdırmalar göstərir ki, paytaxtın kabel-kanal sistemi normadan çox yüklənib. Hazırda BTRİB tərəfindən kabel-kanal sisteminin auditi davam etdirilir. Bundan başqa, kabel-kanal sistemində kabellər səliqəsiz və sıx yerləşdirilib, kabellərin üzərində tanıtım nişanları vurulmayıb, kabellərin montajı normativ tələblərə cavab vermir. Bununla belə, kabellərin bu qaydada montajı qəza zamanı quyuya düşərək uyğun işin aparılmasına imkan vermir.

Kabel-kanalların çox yüklənməsi zədəli kabellərin demontajı zamanı digər kabellərin zədələnməsinə səbəb olur və yeni kabellərin çəkilməsini mümkünsüz edir. Bu da quyularda təhlükəsizlik texnikasının tələblərini, yanğın və partlayış təhlükəsizliyinin qarşısının alınmasını təmin etməyə imkan vemir ki, bu da öz növbəsində dövlət əhəmiyyətli rabitənin təminatlı işinə əngəl yaradır.

Bu qanunsuz fəaliyyətə yol verən şəxslərin cəzalandırılması ilə yanaşı, sözügedən nöqsanların aradan qaldırılması istiqamətində də yeni layihələrə start verilib. Nəzərdə tutulan işlərin nəticəsi olaraq bütün norma və tələblərə cavab verən, kəsintisiz, davamlı rabitəni təmin edən, istər dövlət qurumlarının, istərsə də özəl şirkət və təşkilatların inkişafına dəstək vermək məqsədi il kabel-kanal sistemi yaradılacaq.

Qeyd edək ki, hazırda BTRİB-nin balansında və istismarında 16 900 müxtəlif ölçülü quyu, 1 820 km telefon kanalizasiyası və 4 006 km kabel kanalı var. Kabel kanallarında BTRİB-ə məxsus 1 800 km fiber-optik (FO), 13 371 km fiziki (mis) kabel və digər təşkilatlara məxsus 3 500 km müxtəlif tutumlu FO kabeli mövcuddur.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakıda kabel-kanal sisteminin təkmilləşdirilməsi davam edir

08-06-2016

BTRİB-in kabel-kanal sistemində nə baş verib?

29-07-2016

Bakıda 10 minə yaxın quyu texniki normalara uyğunlaşdırılıb

10-03-2017

Provayderlər yeni qaydaları gözləyir

25-09-2017

Bakinternet-də yaranan problemlərlə bağlı rəsmi açıqlama

08-12-2016

Azərbaycan Kabel Operatorları Assosiasiyası yaradılıb

30-11-2010

“Özəl provayder təkbaşına fiber optik internet çəkə bilmir”

02-11-2016

Azərbaycanda Kanal D-nin yayımı dayandırıldı

27-04-2016

Kabel televiziyası ilə bağlı qanun gərəkdirmi?

06-12-2010

Provayderlərə nə üçün qadağalar qoyulub?

03-05-2016

Antiinhisar Dövlət Xidmətinin qərarı özəl provayderləri sevindirəcək

16-08-2019

Bakının ən peşəkar rabitəçisi müəyyənləşəcək

15-09-2010

Aztelekom kənd ATS-lərində fiber-optik kabel çəkilişini həyata keçirir

14-03-2012

Kabel televiziyaları ilə bağlı qaydalar hazırlanır

09-07-2009

Ermənistan internetsiz qalıb

13-09-2010

Azərbaycan və İran arasında fiberoptik kabel çəkiləcək

16-03-2019

Dünyada sualtı internet kabellərini təmir edən gəmilərin sayı azalır

03-07-2025

BTRİB-də daha 3 vəzifəli şəxs işdən çıxarıldı

20-04-2016

"Kabel televiziyası ilə bağlı qanuna ehtiyac var"

06-12-2010

BTRİB rəsmi saytını yeniləyir

27-09-2016

İnternetin taleyi necə olacaq?

29-06-2009

Ailə TV Masazırda

27-10-2015

BTRİB-in rəsmi saytı aylardır niyə yenilənmir?

31-08-2016

KATV1 internetin qiymətini endirib

29-09-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə