Previous Next
Bağla

“Rəqəmsal İpək Yolu” layihəsi beynəlxalq diqqət mərkəzində

30-03-2022 18:38
“Rəqəmsal İpək Yolu” layihəsi beynəlxalq diqqət mərkəzində

“Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsi “Dubay Ekspo” ümumdünya sərgisində və “Capacity Middle East 2022” qlobal telekommunikasiya tədbirində təqdim edilib və beynəlxalq marağa səbəb olub. Layihənin məqsədi Azərbaycandan keçməklə Avropa və Asiyanı birləşdirəcək telekommunikasiya dəhlizinin yaradılmasıdır. NEQSOL Holding-in təşəbbüsü ilə AzerTelecom tərəfindən həyata keçirilən layihə Azərbaycanda informasiya texnologiyalarının və rəqəmsal ekosistemin inkişafı, eləcə də ölkənin regionun rəqəmsal mərkəzinə çevrilməsinə xidmət edir.

“Dubay Ekspo”da Azərbaycan Pavilyonunda “Rəqəmsal İpək Yolu - Sərhədləri Aşan Bağlantı” tədbirində layihənin təqdimatı keçirilib. Tədbirə Transtelecom, Türk Telekom International, Telecom Italia Sparkle, Telekom Malaysia, Gulf Bridge International - Telecom Qatar, OneWeb, Telegraph 42 Management Gmbh, Fastweb, NTT və digər nüfuzlu beynəlxalq şirkətlərin nümayəndələri qatılıb.

Xeberler.az bildirir ki, Dubayda “Capacity Middle East 2022” tədbirində beynəlxalq tərəfdaşlar layihəyə böyük maraq göstərib. Google, Cienna, Lumen, Neterra, China Telecom Global, China Mobile International, Vodafone Carrier Services, Turkcell Superonline, Vodafone Turkey, Batelco, STC və digər iri beynəlxalq şirkətlərlə danışıqlar aparılıb. Layihə üzrə müxtəlif telekommunikasiya operatorları və təchizatçıları ilə əməkdaşlıq modelləri razılaşdırılıb və anlaşma memorandumlarının imzalanması nəzərdə tutulub.

Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə formalaşan “Rəqəmsal İpək Yolu” regionda rəqəmsallaşmanın və bağlantı xidmətlərinin inkişafına mühüm töhfə verəcək. Qlobal tədbirlərdə layihənin təqdimatı, faydalı müzakirələr və əldə olunan razılaşmalar beynəlxalq tərəfdaşların ciddi marağını göstərib. Ölkənin enerji və nəqliyyat mərkəzləri statuslarına əlavə olaraq, layihə Azərbaycanın regionda rəqəmsal mərkəzə çevrilməsinə də töhfə verəcək.

“Rəqəmsal İpək Yolu” layihəsi 2020-ci ildə ABŞ-da “Qlobal Strateji İnfrastruktur Liderlik Forumu”nda Asiyada beş ən yaxşı strateji infrastruktur layihələrindən biri seçilib.

NEQSOL Holding-in tərkibində olan “AzerTelecom” Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatorudur və ölkəni beynəlxalq internet şəbəkəsi ilə bağlayır.

NEQSOL Holding beynəlxalq şirkətlər qrupu səkkiz ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Rəqəmsal İpək Yolu” layihəsi “Submarine Networks World 2021” konfransında təqdim edilib

08-10-2021

“Rəqəmsal İpək Yolu” layihəsi İqtisadi Əməkdaşlıq Təşkilatının tədbirində təqdim olunub

11-10-2023

“Rəqəmsal İpək Yolu” layihəsi Almatıda "GCCM 2023" tədbirində təqdim edilib

11-09-2023

“Rəqəmsal İpək Yolu” layihəsi “Türkmentel 2021” konfransında təqdim edilib

15-11-2021

“Rəqəmsal İpək Yolu” layihəsi” “İnnovasiya Dövrü 2021” forumunda təqdim edilib

13-12-2021

“Rəqəmsal İpək Yolu” layihəsinin icrası davam edir  

26-05-2022

Azərbaycanın “Rəqəmsal İpək Yolu” layihəsi maraqla qarşılanır

01-11-2022

“Rəqəmsal İpək Yolu” layihəsi birinci Özbəkistan-Azərbaycan regionlararası forumunda təqdim olunub

28-02-2023

“AzerTelecom” və “Sparkle” əməkdaşlıq edəcək

21-04-2022

“Rəqəmsal İpək Yolu” layihəsi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin İKT qurumlarının iştirakı ilə müzakirə olunub

17-04-2023

AzerTelecom Avropaya rəqəmsal dəhlizin yaradılması üzrə TTI ilə müqavilə imzaladı

12-10-2022

“Rəqəmsal İpək Yolu” layihəsi beynəlxalq konfransda təqdim edilib

14-11-2022

NEQSOL Holding-in təşkilati dəstəyi ilə Capacity Qafqaz və Mərkəzi Asiya 2022 tədbiri keçiriləcək

31-01-2022

“Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində birgə müəssisə yaradılıb  

23-06-2022

Avropa ilə Asiyanı birləşdirəcək “Rəqəmsal İpək Yolu” layihəsi diqqət mərkəzində

09-10-2023

Yusif Cabbarov: “Rəqəmsal İpək Yolu”nun yeni mərhələsi Avropa və Asiyanı birləşdirəcək

14-03-2025

"AzerTelecom" və "Kazakhtelecom" birgə müəssisə yaradıb

22-08-2023

NEQSOL Holding Caucasus Online şirkətinin alınmasını şərh edib

25-03-2021

“AzerTelecom” və “Kazakhtelecom” memorandum imzalayıb

28-09-2022

AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

01-12-2020

AzerTelecom və China Telecom Anlaşma Memorandumu imzaladı

26-04-2019

"AzerTelecom" və "Kazakhtelecom" Transxəzər Fiber-Optik Rabitə Xətti layihəsi çərçivəsində müqavilə imzalayıb

23-06-2023

AzerTelecom şirkətinin Baş direktoru Capacity Middle East tədbirində çıxış edib

15-02-2024

"Euronews"da Transxəzər Fiber-Optik Kabel Xətti layihəsi haqqında veriliş yayımlanıb

18-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə