Previous Next
Bağla

“Sağlamlıq elmləri və innovasiyalar” mövzusunda IV beynəlxalq konqres başa çatıb

06-07-2021 17:07
“Sağlamlıq elmləri və innovasiyalar” mövzusunda IV beynəlxalq konqres başa çatıb

İyulun 5-də öz işinə başlayan “Sağlamlıq elmləri və innovasiyalar” mövzusunda IV beynəlxalq konqres (Uluslararası Sağlık Bilimleri ve İnovasyon Kongresi) bu gün başa çatıb.

Xeberler.az bildirir ki, “Zoom” platforması üzərindən baş tutan onlayn tədbirin təşkilatçıları Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (İKSAD), AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi və bölmənin strukturunda fəaliyyət göstərən Molekulyar Biologiya və Biotexnologiyalar, akademik Abdulla Qarayev adına Fiziologiya və Genetik Ehtiyatlar institutlarıdır.

Qeyd edək ki, konqresin fəxri sədri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, sədri AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovadır. Elmi-təşkilat komitəsinə akademik Cəmil Əliyev, akademik Əhliman Əmiraslanov və digər tanınmış alimlər daxildir.

Konqresin ilk günündə birinci seksiya üzrə 5, ikinci seksiya üzrə 4, üçüncü seksiya üzrə 5 zalda, tədbirin ikinci günündə isə birinci seksiya üzrə 5, ikinci seksiya üzrə isə 3 zalda Azərbaycan, Türkiyə, İspaniya, Pakistan, Rusiya, ABŞ, İsrail də daxil olmaqla 18 ölkəni təmsil edən 300-dən çox alim və mütəxəssisin məruzələri dinlənilib.

Məruzələrdə  əhalinin sağlamlığı və təhlükəsizliyi məsələləri, onların həlli yolları kimi tibb elminin aktual problemlərinə toxunulub, təkliflər irəli sürülüb. Tibb elminin inkişafına real töhfələr verən məruzələr tədbir iştirakçıları tərəfindən böyük marağa səbəb olub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Big Data konfransı başa çatdı

25-02-2016

Yaşıl və rəqəmsal transformasiyalara həsr olunmuş konfrans başa çatıb

11-11-2024

İKT-nin tətbiqi üzrə AICT 2016 konfransı başa çatıb

17-10-2016

Milli Elmlər Akademiyasının elmi müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə verildi

28-07-2022

Beynəlxalq Ana dili Gününə həsr olunan respublika konfransı keçirilir

21-02-2023

Doktoranturaya qəbul üçün test nümunələri hazırlanır

05-10-2015

Bakıda e-tibbin problemləri ilə bağlı konfrans keçirilib

24-05-2016

Botanika İnstitutunun əməkdaşı beynəlxalq konqressdə iştirak edib

01-06-2022

İnformasiya Texnologiyaları İnstitutunun stendi nümayiş olunub

28-04-2017

AMEA-nın müəssisələri “Teknofest Azərbaycan”da iştirak edəcək

14-03-2022

AMEA “TEKNOFEST Azərbaycan” festivalında uğurla iştirak edir

26-05-2022

AMEA Yüksək Texnologiyalar Parkına baş direktor təyin edilib

05-02-2021

İnformasiya Texnologiyaları İnstitutunun alimləri ABŞ universitetinin qiymətləndirmə siyahısına düşüb

15-11-2021

Azərbaycan Almaniya ilə tibbi informatika sahəsində əməkdaşlıq edə bilər

17-04-2023

Akademik İsa Həbibbəyli Sinqapurlu alimlərlə görüşüb

17-02-2025

Nanotexnologiya dair məruzə dinlənilib

03-10-2018

Azərbaycan alimləri Stenford Universitetinin 2022-ci ilin reytinq siyahısında

21-10-2022

Yüksək Texnologiyalar Parkına direktor təyin olunub

21-08-2019

Azərbaycanda NATO-nun dəstəyi ilə beynəlxalq konfrans keçirilir

27-10-2021

AMEA və TÜBİTAK arasında 4-cü layihə müsabiqəsinin təşkili ilə bağlı müzakirələr aparılıb

30-05-2022

Rasim Əliquliyev: “Azərbaycan Soft Computing sahəsində tədqiqat mərkəzlərindən biridir”

03-02-2022

Akademik Rasim Əliquliyev TÜBİTAK-BİLGEM-in nümayəndə heyəti ilə görüşüb

15-02-2020

“Tibbdə İnternet” Beynəlxalq konqresi

27-08-2008

Bulud texnologiyası ilə bağlı tədqiqatlar aparılıb

18-07-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə