Previous Next
Bağla

“Startup School 4: Five Continents – 500 Startups” proqramının finalı keçirilib

02-11-2026 09:43
“Startup School 4: Five Continents – 500  Startups” proqramının finalı keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Enterprise Azerbaijan” portalının “Startup School 4: Five Continents – 500 Startups” qlobal innovasiya proqramının final mərhələsi – “Demo Day” keçirilib.

Xeberler.az bildirir ki, 5 qitədən 500 startapı əhatə edən proqram 40 yerli və beynəlxalq tərəfdaşın, o cümlədən 9 vençur fondu və investisiya təşkilatının dəstəyi ilə reallaşdırıb. Üç ay davam edən təlimlərdən sonra 70 startap finala çıxıb. “Demo Day” tədbirində startapların minimum işlək məhsulları (MVP) sərgidə formatında nümayiş olunub.

Tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, bir sıra  ölkələrin səfirləri, yerli və xarici investorlar, vençur fondlarının, biznes və innovasiya ekosisteminin nümayəndələri iştirak ediblər.

Tədbirin mükafatlandırma mərasimində İİTKM-in icraçı direktoru, professor Vüsal Qasımlı “Enterprise Azerbaijan” portalının Azərbaycanın innovasiya və sahibkarlıq ekosisteminin inkişafına yönəlmiş sistemli fəaliyyətinin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, portal innovativ ideyaların biznes təşəbbüslərinə çevrilməsi, startapların inkişafı, investorlarla əlaqələrin qurulması, maliyyə və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi üçün mühüm platforma rolunu oynayır. “Startup School” proqramları vasitəsilə formalaşdırılan beynəlxalq tərəfdaşlıq şəbəkəsi, dünyanın müxtəlif ölkələrindən ekspertlərin, mentorların, investisiya qurumlarının və innovasiya təşkilatlarının prosesə cəlb edilməsi Azərbaycan startaplarının bilik və təcrübə mübadiləsinə, rəqabətqabiliyyətli məhsulların hazırlanmasına və beynəlxalq bazarlara çıxışına şərait yaradır. Vüsal Qasımlı “Enterprise Azerbaijan” portalının bu istiqamətdə həyata keçirdiyi təşəbbüslərin ölkədə innovativ sahibkarlıq mədəniyyətinin möhkəmlənməsinə, yeni biznes imkanlarının yaranmasına və Azərbaycanın beynəlxalq innovasiya əməkdaşlığında daha fəal iştirakına töhfə verdiyini bildirib.

Sonra Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Azər Bayramov, Milli Məclisin İqtisadi siyasət,sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev, “Founder Club” şirkətinin direktoru Ruslan Dəmirov, Maltanın “Deep Tech Foundry” şirkətinin nümayəndəsi Qonca Kara, Türkiyədən “Fonangels” şirkətinin direktoru Yavuz Kuş, Qazaxıstanın “KIT” Beynəlxalq Sahibkarlar Birliyinin təsisçisi Dauren Bimov çıxış ediblər.

“Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov "Startup School" proqramlarının innovasiya və startap ekosisteminə verdiyi töhfəyə dair təqdimatla çıxış edib.

Mərasimdə “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə dövlət və özəl sektor nümayəndələri, eləcə də beynəlxalq tərəfdaşlar arasında altı əməkdaşlıq memorandumu imzalanıb. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Maltanın “Deep Tech Foundry” təşkilatı, Qərbi Kaspi Universiteti ilə “Deep Tech Foundry”, eləcə də “Founder Club” ilə Maltanın “ECONOMIQ” şirkəti arasında imzalanan memorandumlar elmi tədqiqatların kommersiyalaşdırılması, texnoloji innovasiyaların inkişafı, Azərbaycan–Malta biznes əlaqələrinin genişləndirilməsi və investisiya əməkdaşlığının təşviqini nəzərdə tutur. Bundan əlavə, “Founder Club” ilə “KIT” Beynəlxalq Sahibkarlar Birliyi arasında Azərbaycan–Qazaxıstan biznes əlaqələrinin və investisiya əməkdaşlığının inkişafı, “Enterprise Azerbaijan” portalı ilə “Fonangels” şirkəti arasında əməkdaşlığın genişləndirilməsi, “CLARSEN” ilə “BMG INTERNATIONAL” arasında isə kriptotexnologiyalar üzrə təlim və sertifikatlaşdırma sahəsində əməkdaşlıq haqqında memorandumlar imzalanıb.

Tədbirdə həmçinin “Startup School 4” proqramının məzunlarından olan “Atmospheric Water Generator” komandası öz layihəsini təqdim edib.

Sonda qaliblər mükafatlandırılıb. Üçüncü yerə “AI Pets for Kids”, ikinci yerə “TenEd” və “FitNest”, birinci yerə isə “Hogga”startapı layiq görülüb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
"Enterprise Azerbaijan" Özbəkistan Ticarət və Sənaye Palatasında təqdim olunub

"Enterprise Azerbaijan" Özbəkistan Ticarət və Sənaye Palatasında təqdim olunub

05-06-2026
"Startup School 3" layihəsinin açılış mərasimi  keçirilib

"Startup School 3" layihəsinin açılış mərasimi keçirilib

08-08-2025
İİTKM nümayəndələri Qətərin investisiya şirkəti ilə görüşüb

İİTKM nümayəndələri Qətərin investisiya şirkəti ilə görüşüb

15-08-2025
“Enterprise Azerbaijan” və “Astana Hub” arasında əməkdaşlıq qurulur

“Enterprise Azerbaijan” və “Astana Hub” arasında əməkdaşlıq qurulur

04-06-2026
“Enterprise Azerbaijan” portalının “Startup School” layihəsinin qalibləri məlum olub

“Enterprise Azerbaijan” portalının “Startup School” layihəsinin qalibləri məlum olub

19-05-2023
“Türk dünyası startap ekosistemi”nin formalaşdırılması müzakirə olunub

“Türk dünyası startap ekosistemi”nin formalaşdırılması müzakirə olunub

19-06-2026
“Startup School 2” layihəsinin final mərhələsi keçiriləcək

“Startup School 2” layihəsinin final mərhələsi keçiriləcək

05-12-2024
“StartUp School 2 – AI for Green Solidarity” layihəsinin “Məzun Günü” keçirilib

“StartUp School 2 – AI for Green Solidarity” layihəsinin “Məzun Günü” keçirilib

06-12-2024
“Startup School 3” layihəsi müzakirə edilib

“Startup School 3” layihəsi müzakirə edilib

27-02-2025
ADPU-da “Startup School 4” layihəsi təqdim edilib

ADPU-da “Startup School 4” layihəsi təqdim edilib

16-04-2026
“Startup School 3” çərçivəsində memorandum imzalanıb

“Startup School 3” çərçivəsində memorandum imzalanıb

21-06-2025
“Enterprise Azerbaijan” beynəlxalq əməkdaşlıq görüşündə təmsil olunub

“Enterprise Azerbaijan” beynəlxalq əməkdaşlıq görüşündə təmsil olunub

28-01-2026
Kankəndidə “Startup School” keçirilib

Kankəndidə “Startup School” keçirilib

03-03-2026
Startap məktəbinin xarici mentorları ilə görüş keçirilib

Startap məktəbinin xarici mentorları ilə görüş keçirilib

09-02-2023
“Startup School 3” finalının münsiflər heyəti elan olundu

“Startup School 3” finalının münsiflər heyəti elan olundu

17-11-2025
“Startup School 3” çərçivəsində beynəlxalq təlimlərə start verilib

“Startup School 3” çərçivəsində beynəlxalq təlimlərə start verilib

05-08-2025
“Startup School”un açılış mərasimi keçirilib

“Startup School”un açılış mərasimi keçirilib

04-04-2023
Vüsal Qasımlı: "10 startapdan 1-i inkişaf edə bilir"

Vüsal Qasımlı: "10 startapdan 1-i inkişaf edə bilir"

19-05-2023
“Enterprise Azerbaijan” “IDDA Awards 2025” müsabiqəsində iştirak edir

“Enterprise Azerbaijan” “IDDA Awards 2025” müsabiqəsində iştirak edir

04-11-2025
Enterprise Azerbaijan və Özmen Sahibkarlıq Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb

Enterprise Azerbaijan və Özmen Sahibkarlıq Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb

26-07-2022
İİTKM “Startup School 3” layihəsinə start verir

İİTKM “Startup School 3” layihəsinə start verir

16-04-2025
“Startup School 3” layihəsinə 125 layihə seçilib

“Startup School 3” layihəsinə 125 layihə seçilib

01-08-2025
Milli Aviasiya Akademiyasında “StartUp School” layihəsi təqdim olunub

Milli Aviasiya Akademiyasında “StartUp School” layihəsi təqdim olunub

06-03-2023
“Startup School 3” layihəsinin ekspert heyəti təqdim olunub

“Startup School 3” layihəsinin ekspert heyəti təqdim olunub

25-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə