Previous Next
Bağla

“Ticarət informasiya portalı” gələn ildın tam fəaliyyətə başlayacaq

27-12-2024 13:12
“Ticarət informasiya portalı” gələn ildın tam fəaliyyətə başlayacaq

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Beynəlxalq ticarət” işçi qrupunun video-konfrans formatında iclası keçirilib.

Xeberler.az məlumat verir ki, İşçi qrupun rəhbəri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri Vüsal Şıxəliyev və Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması altqrupunun rəhbəri, Dövlət Gömrük Komitəsinin sədr müavini Natiq Şirinov, aidiyyəti dövlət qurumlarının və özəl sektor nümayəndələrinin iştirakı ilə keçirilən iclasda cari il ərzində görülmüş işlərə dair müzakirələr aparılıb.

İclasda Yol xəritəsində nəzərdə tutulan bəndlərin, “Business Ready” hesabatının “Beynəlxalq ticarət” indikatoru ilə bağlı İntensiv Kommunikasiya Planının icra vəziyyətinə dair təqdimatlar dinlənilib. Həmçinin hazırda yaradılmaqda olan “ticarət informasiya portalı” barədə iclas iştirakçılarına məlumat verilib. Portalda beynəlxalq ticarət prosedurları və qaydalarına dair ardıcıl məlumatlar, xarici ölkələrin idxala dair tələbləri, gömrük prosedurları və digər məlumatlar öz əksini tapacaqdır. Portalın 2025-ci ilin 2-ci yarısında tam fəaliyyətə başlaması planlaşdırılır.

Daha sonra “B-Ready” sorğusunun növbəti il üzrə qiymətləndirməsinə dair məlumatlar və 2025-ci il üzrə Yol xəritəsinə daxil ediləcək tapşırıqlara dair müzakirələr aparılıb və müvafiq tövsiyələr verilib.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması altqrupunun iclası keçirilib

25-09-2024

“İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunun iclası keçirilib

28-01-2025

Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupunun iclası keçirilib

11-07-2025

“Qlobal İnnovasiya İndeksi 2024”də “Fiziki infrastruktur”la bağlı göstəricilər müzakirə olunub

02-10-2024

Azərbaycanın Qlobal İnnovasiya İndeksindəki mövqeyi ilə bağlı görülən tədbirlər nəzərdən keçirilib

20-05-2026

Azərbaycanda avtomobil icarəsi ilə bağlı portal yaradıla bilər

24-09-2024

Fiziki infrastruktur üzrə işçi qrupunun növbəti iclası keçirilib

24-09-2021

“İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunun iclası keçirilib

30-06-2025

“Texnologiya və innovasiyalar” işçi qrupunun birinci yarımil üzrə fəaliyyətə dair növbəti iclası keçirilib

21-07-2024

“İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunun növbəti iclası keçirilib

15-05-2026

Biznes sahəsi üzrə ikinci yarımillik üçün planlar hazırlanıb

18-07-2019

“Qlobal İnnovasiya İndeksi - 2024” hesabatında Azərbaycan üzrə göstəricilər müzakirə olunub

30-09-2024

İnternetə qoşulma və internet infrastrukturu müzakirə edilib

02-08-2023

“Texnologiya və innovasiyalar” İşçi qrupunun iclası keçirilib

10-06-2025

"ESG üzrə vahid rəqəmsal platforma” konsepsiyasının təqdimatı keçirilib

20-09-2024

“Qlobal İnnovasiya İndeksi 2024”də texnologiya və innovasiyalarla bağlı göstəricilər ətraflı təhlil olunub

08-10-2024

“İnternetə qoşulma və internet infrastrukturu” işçi qrupunun iclası keçirilib

25-07-2024

Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupunun növbəti iclası keçirilib

23-10-2024

Dövlət Xidmətlərinin Elektron Reyestri üzrə təkmilləşmə aparılıb

17-10-2024

2022 – 2023-cü illər üzrə Yol Xəritəsinin təqdimatı keçirilib

10-10-2022

Qlobal İnnovasiya İndeksinə cavabdeh işçi qrupların birgə iclası keçirilib

11-10-2023

“Biznes mühiti üzrə islahatların və elektron dövlət xidmətləri barədə məlumatların kommunikasiyası” mövzusunda görüş keçirilib

25-10-2024

İİTKM yeni internet portalını təqdim edib

05-04-2019

Eelektron kargüzarlıq sisteminin tətbiqi ilə bağlı təlim keçirilib

29-05-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə