Previous Next
Bağla

“Uyğunluq sertifikatının verilməsi” xidməti rəqəmsallaşdırıldı

28-12-2022 13:09
 “Uyğunluq sertifikatının verilməsi” xidməti rəqəmsallaşdırıldı

“AzInTelecom”a məxsus “Uyğunluq sertifikatının verilməsi” xidməti
rəqəmsallaşdırıldı

Xeberler.az bildirir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların elektron xidmətlərinin bir sistem üzərindən əldə edilməsi məqsədilə hazırlanan Vahid Elektron Xidmətlər Portalında yeni xidmət istifadəyə verilib.

“AzInTelecom” MMC-nin telekommunikasiya vasitələri və qurğularının (TVQ)
sertifikatlaşdırılması məqsədilə təqdim etdiyi “Uyğunluq sertifikatının verilməsi” xidməti tam rəqəmsallaşdırılıb və Vahid Elektron Xidmətlər Portalı üzərindən istifadəyə verilib.

Bu günədək vətəndaşlar TVQ-lərin uyğunluq sertifikatını əldə etmək üçün zəruri
sənədləri kağız daşıyıcıda təqdim etməli idilər. İndi isə istifadəçilər portala daxil olaraq daha sürətli formada müraciət edə bilərlər.

Xidmətin rəqəmsallaşdırılması onun əldə edilməsini daha əlçatan etməklə yanaşı, bu
işə sərf olunan vaxtı da minimuma endirir. Bu xidmətdən istifadə üçün portalda elektron qeydiyyat tələb olunmur.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müxtəlif internet resursları üzərindən
vətəndaşlara təqdim etdiyi rəqəmsal xidmətlər indi vahid portalda toplanılır. 21 xidmət artıq portala inteqrasiya edilib.

Portalda təqdim edilən qeydiyyatlı elektron xidmətlər üçün vətəndaşlar “ASAN Login”
vasitəsilə qeydiyyatdan keçərək yararlana bilərlər.

Qeyd edək ki, portalın yaradılmasında məqsəd vətəndaş məmnunluğunun artırılması
ilə yanaşı, resurslardan effektiv istifadə yolu ilə keyfiyyətli, təhlükəsiz və səmərəli
elektron xidmətlər təqdim etməkdir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə
vətəndaşlar arasında portal üzərindən birbaşa ünsiyyətin yaranması nəticəsində xidmət keyfiyyətinin artırılması və tələbata uyğun yeni xidmətlərin yaradılması mümkün olacaq.

Həmçinin portalın yaradılması elektron xidmətlərdən istifadənin genişlənməsinə, eləcə də elektron hökumətin inkişafına müsbət təsir edəcək, səmərəliliyin, şəffaflığın və interaktivliyin daha da artırılmasına təkan verəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Vahid Elektron Xidmətlər Portalında yenilik

21-10-2022

“Radiomaneələrlə bağlı müraciət” xidməti elektronlaşdırıldı

17-09-2022

RİNN-in bütün elektron xidmətləri vahid portalda

13-05-2022

Vahid Elektron Xidmətlər Portalına daha 2 xidmət əlavə edildi

12-09-2022

RİNN-in Vahid Elektron Xidmətlər Portalına daha 3 xidmət inteqrasiya edilib

01-08-2022

Vahid Elektron Xidmətlər Portalına daha iki xidmət inteqrasiya edilib

20-06-2022

Vahid Elektron Xidmətlər Portalına daha 3 xidmət əlavə edildi

31-08-2022

“IMEI.az” xidmətləri Vahid Elektron Xidmətlər Portalı üzərindən təqdim ediləcək

24-06-2022

Sertifikatlaşdırma üçün e-müraciət qaydası dəyişdi

28-09-2017

RİNN-in bütün elektron xidmətləri "mygov"a inteqrasiya edilib

12-02-2025

Fövqəladə Hallar Nazirliyinin elektron xidmətlər portalı yenilənib

11-03-2025

ADY-nin elektron xidmətlər portalı “digital.login”ə inteqrasiya edilib

16-05-2025

“Asan Login” üzərindən göstərilən dövlət xidmətləri SİMA ilə daha əlçatan oldu  

16-05-2022

Əmlak Məsələləri Dövlət Xidmətinin portalı ləğv edilir

14-04-2025

Nəqliyyat sahəsi üzrə bu xidmətlərə “mygov”dan müraciət etmək mümkündür

16-05-2026

“Fərqlənmə nişanı”nın verilməsi üçün onlayn xidmət fəaliyyətə başlayır

31-01-2022

"Azərsu" ASC "e-su.az" portalını istifadəyə verib

24-09-2020

SİMA ilə mobil cihazlarda “ASAN Login”ə giriş mümkün oldu

12-10-2022

Portala vergi ilə bağlı 7 yeni e-xidmət inteqrasiya edildi

07-04-2017

Banklar “Elektron hökumət” portalı üzərindən xidmət göstərəcək

10-01-2016

FHN-in mobil tətbiqi istifadəyə verilib

18-02-2026

Azərbaycanda “İcazə” blanklarının alınması üçün onlayn xidmət istifadəyə verilib

07-06-2023

E-taxes.gov.az portalına SİMA Token ilə daxil olmaq mümkün olacaq

10-09-2023

Elektron hərrac portalı istifadəyə verilib

03-12-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə