Previous Next
Bağla

“Yarışların sonuna qədər yüksək telekommunikasiya xidməti göstəriləcək”

23-06-2015 11:48
“Yarışların sonuna qədər  yüksək  telekommunikasiya xidməti göstəriləcək”

İlk Avropa Oyunları ilə əlaqədar təşkil olunan bütün yarışlarda telekommunikasiya xidmətləri ilə təminat yüksək səviyyədədir.

Xeberler.az RYTN-ın rəsmi saytına istinadən məlumat verir ki, bu barədə "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş direktor müavini Xankişi Kişiyev bildirib. O, hazırda Oyunların davam etdiyini vurğulayaraq sona qədər eyni səviyyədə telekommunikasiya  xidmətlərinin göstəriləcəyini söyləyib.
 
Oyunlar zamanı beynəlxalq yayımda, informasiyaların ötürülməsində və qəbul edilməsində hər hansı bir fasilə, donma, dayanma, yubanma hallarının yaşanmadığını önə çəkən X.Kişiyev Oyunların son gününə qədər sadalanan halların yaşanmayacağına əminliyini ifadə edib.
 
Buna səbəb kimi sözügedən istiqamətdə düşünülmüş və hərtərəfli, kompleks tədbirlərin həyata keçirildiyini göstərən baş direktorun müavininin sözlərinə görə, digər sahələrdə olduğu kimi, telekommunikasiya sahəsində də atılan addımlar təkcə ölkə ictimaiyyəti tərəfindən deyil, eyni zamanda Avropa Oyunları ilə əlaqədar Bakıya gələn qonaqlar da öz razılıqlarını bildiriblər.
 
"Həm Atletlər kəndində, həm də Oyunların keçirildiyi idman mərkəzlərində yaradılan telekommunikasiya infrastrukturu hər bir qonaq tərəfindən yüksək qiymətləndirilib. Ölkəmizə təşrif buyuranlar çox asanlıqla telekommunikasiya xidmətləri vasitəsi ilə istədikləri əməliyyatları həyata keçirə biliblər. Üstəlik, yaradılan infrastruktur onlara daha tez və əlverişli şəkildə informasiya almaq, ötürmək imkanı verib. Bu nüansı xüsusi qiymətləndirən qonaqlar ölkədə İKT istiqamətində görülən işlərdən tam şəkildə razı qalıblar. Bu günə qədər qonaqlarla qurulan ünsiyyətdən bir daha aydın oldu ki, telekommunikasiya infrastrukturu tələbi tam şəkildə qarşılaya bilib" – deyə  X.Kişiyev söyləyib.

Xeberler.az

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Avropa Oyunlarının İKT təminatına görə nazirə təşəkkür

30-06-2015

BTRİB-in Baş direktor müavini işdən çıxarılıb

07-03-2016

NRYTN “AVRO-2020” çempionatı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır

11-06-2021

“TransEvroKom” Avropa Oyunlarının telekommunikasiya təminatında iştirak edir

12-06-2015

Əli Abbasov: “Bakı 2015-ə tam hazırıq”

16-05-2015

I Avropa Oyunlarına hazırlıqla bağlı RYTN-də iclas keçirilib

29-05-2015

Əli Abbasov: “Avropa Oyunlarına radiotexniki xidmətin verilməsi üçün sistemlər tam hazırdır”

29-05-2015

RYTN Formula 1 yarışlarına hazırlıq işlərini başa çatdırıb

17-06-2016

Avropa Oyunları Yaponiyanın İnternet televiziyasında

09-06-2015

IV İslam Həmrəyliyi Oyunları ərəfəsində bizi heç bir problem gözləmir

08-10-2015

Oyunların kibertəhlükəsizliyinə ciddi nəzarət olunur

16-06-2015

Formula 1 yarışları üçün yaradılan İT mühit-Fotolar

20-06-2017

“Baktelecom”: Qısa zamanda “Azeurotel”in telekommunikasiya xidmətləri bərpa ediləcək

10-07-2021

I Avropa Oyunlarının effektiv radiorabitə sistemi qurulub

12-06-2015

Mingəçevir Telekommunikasiya Qovşağı I Avropa Oyunlarına hazırdır

09-06-2015

“Azerspace-1” peyki Bakı-2015 I Avropa Oyunlarını dünyada yayımı üçün cəlb olunan 4 peykdən biri kimi seçilib”

24-04-2015

İlk Avropa Oyunlarının texnoloji infrastrukturu necə olacaq?

05-06-2015

IV İslam Həmrəyliyi Oyunları ilə bağlı qərargah yaradılıb

31-10-2015

Oyunların İnternet təminatına yerli və xarici mütəxəssislər nəzarət edir

15-06-2015

RİTN-in strukturuna daxil olmayan qurumlar - SİYAHI

04-05-2011

Bakının mərkəzində sakinlər telefonsuz qalıb

09-07-2011

Avropa Oyunlarında BULUD texnologiyalarından istifadə edilib

12-06-2015

Bakı rabitə operatoru telefon danışıqları üçün vaxt hesabı ilə ödəmə sisteminin tətbiqinə hazırdır

26-01-2011

“Bakı 2015 - I Avropa Oyunları”na hazırlıq üzrə RYTN-də Rəhbər Komitənin iclası keçirilib

29-04-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə