Startap Azərbaycan komandasının Fond rəhbərliyi ilə görüşü keçirilir-Fotolar

03-06-2015 / 11:20

Xəbər verdiyimiz kimi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya  Texnologiyalarının İnkişafına Dəstək Dövlət Fondunun rəhbərliyi ilə Startap Azərbaycan komandası üzvlərinin görüşü  gözlənilirdi.

Hazırda Startap komandası ilə Dövlət Fondunun görüşü keçirilir.

Xeberler.az-ın məlumatına görə, görüşdə milli startapların mövcud vəziyyəti və startaplara  dövlət  dəstəyi məsələsi müzakirə olunur. Həmçinin milli startapların inkişaf perspektivlikləri ilə bağlı fikir mübadiləsi aparılır.

Görüşdə Dövlət  Fondunun icraçı direktoru Elçin Zeynalov,  Fondun rəhbərliyinə daxil olan digər şəxslər və Fondun Müşahidə Şurasının üzvləri iştirak edirlər.

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə