Startap Azərbaycan komandası Dövlət Fondunun rəhbərliyi ilə görüşəcək

29-05-2015 / 13:39

Gələn həftə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya  Texnologiyalarının  İnkişafına Dəstək Dövlət Fondunun rəhbrəliyi ilə Startap Azərbaycan komandası üzvlərinin görüşü keçiriləcək.

Bu barədə  Xeberler.az-a  Startap Azərbaycan Təşkilat Komitəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə  milli startapların mövcud vəziyyəti və startaplara  dövlət  dəstəyi məsələsi müzakirə olunacaq. Həmçinin milli startapların inkişaf perspektivlikləri ilə bağlı fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, görüşdə Dövlət  Fondunun icraçı direktoru Elçin Zeynalov,  Fondun rəhbərliyinə daxil olan digər şəxslər və Fondun Müşahidə Şurasının üzvləri iştirak edəcək.

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə