Məlumat verdiyimiz kimi, bu il Azərbaycanda 5-ci dəfə məktəblilər arasında Google SketchUp qrafik redaktorunda ən yaxşı üçölçülü model hazırlamaq üzrə müsabiqə keçirilib.
Xeberler.az-ın məlumatına görə, müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Belə ki, Bakı Modern Təhsil Kompleksində baş tutan tədbirdə Təhsil Nazirliyi , Təhsil sisteminin informasiyalaşdırılması idarəsi, Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universiteti, Bakı Nəşriyyat evi, Step İT Akademy-nin rəsmiləri iştirak edib.
Mərasimə tanınmış İnformatika müəllimləri də qatılıb.
Qeyd edək ki, builki iştirakçıların hazırlıqları bundan əvvəlki şagirdlərə nisbətən daha yüksək olub.
İştirakçılar Google Sketch Up proqramında öz modellərini qurduqdan sonra müsabiqə yekunlaşdırılıb. Toplanmış ballara əsasən qaliblər müəyyən olunub.
Bütün iştirakçılar sertifikatlarla mükafatlandırılıb. Müsabiqənin qaliblərinə isə eyni zamanda diplom, medal və hədiyyələr təqdim edilib.
Qaliblərin siyahısı:
Müsabiqədə 1-ci yer tutan Şaiq Süleymanlının hazırladığı model :
Qeyd edək ki, müsabiqə ümumrespublika səviyyəsində keçirilir.
Builki yarışda respublikanın 16 rayonundan 102 şagird iştirak edib. 13 müsabiqə mərkəzi yaradılıb.
Şagirdlər 2 saat ərzində verilmiş obyektin (fotoşəkilləri verilir) 3D modelini hazırlayıb. Bakı və bölgələrdə müsabiqəyə eyni vaxtda - 11.00-da start verilib. Tapşırıq isə Azərbaycan Milli Kitabxana binası olub.
Müsabiqənin nəticələri də açıqlanıb. Bu barədə daha ətraflı informatik.az saytından məlumat əldə edə bilərsiniz.
2011-ci ildə 7-ci sinif "İnformatika" dərsliyinə daxil edilən Google SketchUp proqramı şagirdlərin çox böyük həvəslə işlədikləri tətbiqi proqramlardandır. Google SketchUp proqramı obyektlərin üçölçülü modellərini yaratmaq üçün nəzərdə tutulan müasirproqramlardandır.
Autodesk Maya, 3D Max, AutoCAD kimi mükəmməl və mürəkkəb proqramlarda işləmək üçün Google SketchUp proqramı çox uğurlu başlanğıcdır.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri