Previous Next
Bağla

Məktəblilər arasında Google SketchUp müsabiqəsi keçirilib

11-03-2015 12:12
Məktəblilər arasında Google SketchUp  müsabiqəsi keçirilib

Məktəblilər arasında Google SketchUp qrafik redaktorunda ən yaxşı üçölçülü model hazırlamaq üzrə müsabiqə keçirilib.

 Təhsil Nazirliyindən Xəbərlər-ə verillən məlumata görə, builki müsabiqə əvvəlki illərdən bir neçə mühüm cəhətlərinə görə fərqlənib.  Müsabiqə ümumrespublika səviyyəsində keçirilib. Müsabiqədə respublikamızın müxtəlif bölgələrindən 168 şagird iştirak ediib.  Digər mühüm bir yenilik isə iştirakçıların onlayn qeydiyyatdan keçiblər. Hər bir məktəbdən bir şagird olmaqla məktəb informatika müəllimləri informatik.az saytında və Facebook sosial şəbəkəsinin "İnformatika müəllimləri" qrupunda verilmiş xüsusi formanı doldurmaqla iştirak edəcək şagirdləri qeydiyyata salıblar.

Müsabiqənin yerlərdə keçirilməsini təmin etmək məqsədilə bölgələrdə müvafiq mərkəzlər yaradılıb.  Ətraf rayon məktəblərinin şagirdləri bu mərkəzlərə toplaşmışdılar. Mərkəz olaraq Bakı, Gəncə, Göyçay, Qax, Salyan, İsmayıllı, Şamaxı, Göygöl, Mingəçevir, Şirvan, Balakən, Ağcabədi şəhərləri seçilib.

Şərtlərə görə hər bir mərkəz rəhbəri müsabiqədən ən geci yarım saat əvvəl Bakı şəhərindəki mərkəzlə Skype bağlantı yaradıb, Ramin Mahmudzadənin rəhbərlik etdiyi münsiflər heyətinə iştirakçıların sayı, texniki təchizat və digər məsələlərlə bağlı məlumat veriblər.

Şagirdlərə veriləcək tapşırıq müsabiqə günü bir neçə variant arasından püşkatma ilə müəyyən olunub. Münsiflər heyətinin və Təhsil Nazirliyinin məsul şəxslərinin də iştirak etdikləri püşkatma nəticəsində üçölçülü modeli hazırlanacaq obyekt olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin binası müəyyən olunub. Şagirdlər 1,5 saat ərzində bu obyektin modelini hazırlamalı idilər. Bakı və bölgələrdə müsabiqəyə eyni vaxtda - 10.40-da start verilib.

Bakı şəhəri üzrə mərkəz 283 nömrəli tam orta məktəbdə yerləşib. Bura Bakı, Sumqayıt, Xızı şəhərləri, eləcə də Qubadlı, Abşeron rayonlarından 53 şagird iştirak ediib.

 Münsiflər heyətinin böyük sevincinə səbəb olan faktlardan biri də o olub ki, müasir tətbiqi proqramlardan hesab edilən Google SketchUp proqramında respublikamızın bölgələrindən olan şagirdlərin iş səviyyələri heç də şəhər məktəblərində təhsil alan şagirdlərin səviyyəsindən geri qalmırdı. Bu isə informatika fənninin bütün respublikada tədrisinin keyfiyyətinin ilbəil artdığını sübut edib.

Müsabiqədə iştirak edən  163 iş münsiflər heyətinin hər bir üzvü tərəfindən ayrıca qiymətləndirilib.  Sonda reytinq cədvəli qurularaq nəticələr müqayisə və təhlil olunaraq qaliblər müəyyən edilib. Hər bir iştirakçının işinə diqqətlə baxılması vaxt tələb etdiyindən qərara alınıb  ki, müsabiqənin nəticələri 15 gün ərzində elan edilib. Qalibləri təqdim edirik :

 Xəbərlər.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Google SketchUp müsabiqəsinin qalibləri mükafatlandırıldı

14-03-2015

Google SketchUp müsabiqəsinin qalibləri mükafatlandırılacaq

28-04-2017

Google SketchUp müsabiqəsinin qalibləri –Foto

02-05-2017

İnformatika və Alqoritmik düşüncə yarışmasına start verildi!

04-12-2023

Şagirdlər üçün “Bebras” - İnformatika və Alqoritmik düşüncə yarışması keçirilir

01-11-2023

Respublika fənn olimpiadalarının birinci mərhələsinə 27500-dən çox şagird qatılıb

17-01-2016

Məktəblilər arasında fənn müsabiqələri keçirilib

07-11-2015

İnformatika olimpiadasının qalib şagirdləri mükafatlandırılacaq

18-04-2016

IV “Elektron təhsil” və “1 şagird: 1 kompüter” Respublika müsabiqələrinin qalibləri mükafatlandırılıb

26-08-2013

Beynəlxalq olimpiadalara hazırlaşan şagirdlərin seçim turu keçirilib

23-10-2015

Azercell-in dəstəyi ilə daha bir “İnformatika Düşərgəsi” baş tutub

21-12-2024

Respublika fənn olimpiadalarının birinci mərhələsi başlayır

14-01-2016

Məktəblilər arasında informatika olimpiadaları keçirilir

19-11-2015

“Elektron Təhsil” müsabiqəsinin yekunları müzakirə olunub

21-12-2015

İnformatika üzrə fənn olimpiadasının yarımfinal turu keçirilib

14-03-2016

İnformatika üzrə Ümumrespublika Olimpiadasının qalibləri açıqlandı

03-05-2016

Nazirlik: Elektron sistem ilə 57 minə yaxın sorğu yerləşdirilib

23-05-2018

“Elektron Təhsil” müsabiqəsinin qalibləri mükafatlandırıldı

29-12-2015

İnformatika üzrə Ümumrespublika Olimpiadası başa çatır

29-04-2016

Azərbaycanda “Bebras” Həftəsi keçiriləcək

31-10-2025

Olimpiada ilə bağlı seçim turu keçirilib

19-10-2015

İnformatika müəllimləri ən yaxşı videoresurs uğrunda yarışacaq

12-08-2015

Bakı Elm Olimpiadasının I mərhələsinin tarixi açıqlanıb

27-04-2022

Şagirdlər arasında beynəlxalq informatika müsabiqəsi keçirilir

30-11-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə