Google-un loqosu 16 ildə necə dəyişdi?

02-09-2015 / 12:11

1998-ci ildə Sergey Brin tərəfindən yaradılan Google axtarış sisteminin loqosu bir neçə dəfə dəyişilib. 

Xeberler.az bu dəfə Google axtarış sistemində bu günə kimi olan loqo dəyişikliklərini təqdim edir.

1998-ci ildə Larry Page və Sergey Brin ilk dəfə loqonu Stanford universitetinin məzuniyyət layihəsində istifadə edib.

 

1998-ci il avqustun 30-da komanda rəhbərləri ilk Doodle yaratdı.

 

1998-ci ilin sentyabr ayında artıq Google-un beta versiyası təqdim edilir. Hazırda olan loqodan fərqi  “G” hərfinin yaşıl rəngdə olmasıdır.

 

1999-cu ildə Google daha fərqli loqo ilə istifadəçilərə təqdim edilir.Bu dəfəki loqo da digərlərindən fərqli olaraq nida işarəsi diqqəti cəlb edir.

1999-cu ildə Google loqosunu daha incə və kölgəli formada  dəyişib. Amma bu loqotipdə də şirkət mavi, qırmızı, sarı və yaşıl tonlarını saxlayıb. Həmçinin bu loqonun alt hissəsində ölkələrin adları və idman,şəkil kimi bölmələrin adlarına rast gələ bilərdik.

2010-cu ildə loqoda kiçik dəyişikliklər edildi. Bunlardan biri kölgənin ləğv edilməsi, digəri isə “l” hərfinin rənginin dəyişməsi idi.

2013-cü ildə isə loqonun rəngi daha solğun rənglərdən ibarət oldu.

Son loqo dəyişikliyi isə 2015-ci il sentyabrın 1-də olub. Yeni loqo "favicon" adlanır. Google-un yeni loqotipində şriftlərin forması və rənglər əvvəlkindən fərqlidir. Sistem yeni loqosunda yeni yazı tipindən və daha yumşaq rənglərdən istifadə etməyə başlayıb.  Eyni zamanda müxtəlif tətbiqlərdə istifadə olunan kiçik mavi “g” simvolu  4 rəngli “G” ilə əvəzlənib.

 

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə