Uşaqların internetdə təhlükəsizliyi müzakirə olunacaq

29-09-2015 / 10:30

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən sentyabrın 30-da “İnternet təhlükəsizliyi” mövzusunda təlim keçiriləcək.

Bu barədə Xeberler.az -a Komitədən məlumat verilib.

Bildirilib ki, müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) geniş tətbiq olunması və yüksək sürətlə inkişaf etməsi faydalı olduğu qədər də zərərlidir.

İnternetin əsas istifadəçiləri olan uşaq və yeniyetmələr bu təsirə daha çox məruz qalır. Bu baxımdan bu məsələnin aktuallığı nəzərə alınaraq təlimdə ekspertlər mövzu ilə bağlı təqdimatlar edəcək, uşaqlarla qrup işləri, müzakirələr aparılacaq.

Həmçinin, təlimdə internet-onun faydaları, zərəri ilə bağlı müvafiq məlumat və məsləhətlər veriləcək. 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə