SİMA-nın “KYC” (Müştərini tanı) rəqəmsal həlli “Bakcell” müştəri xidmətlərində tətbiq olunmağa başlayıb.
Artıq “Bakcell” əməliyyatlarında təhlükəsizlik yoxlaması tələb olunan hallarda müştərilərin şəxsiyyətinin təsdiqi “SİMA KYC”nin üztanıma texnologiyası ilə həyata keçirilir. Bu yenilik sayəsində rəsmi satış nöqtələrində həyata keçirilən nömrə və cihaz satışı, nömrənin addan ada keçirilməsi, eləcə də nömrənin dublikatı xidmətinə dair əməliyyatlar zamanı müştərilərin identifikasiyası rəqəmsal və daha sürətli şəkildə aparılır.
İnteqrasiyanın əsas hədəfi rəqəmsal təhlükəsizliyi gücləndirmək, müştərilərə daha sürətli və etibarlı xidmət təqdim etmək, kağızsız sənəd dövriyyəsi sayəsində xidmət müddətini qısaldaraq müştəri təcrübəsini optimallaşdırmaqdır.
“SİMA KYC” (Know Your Customer – Müştərini tanı) rəqəmsal həlli AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən 2023-cü ildə yaradılıb. Bu həll üz cizgiləri əsasında biometrik identifikasiya apararaq istifadəçinin kimliyini müəyyən edir. “SİMA KYC” şəxsiyyətin təsdiqlənməsi üçün lazım olan bütün proseslərdə istifadə oluna bilər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları