Previous Next
Bağla

10 il sonra yaşadığımız evlər necə olacaq?

14-01-2017 10:43
10 il sonra yaşadığımız evlər necə olacaq?

Ötən əsrin insanları gələcəyin evlərini necə görürdü? XXI əsr insanını öz sahiblərinin əmrlərini itaətkarlıqla yerinə yetirən insanabənzər robotlar əhatə etməli idi. Lakin sadəlövh futurizm konsepsiyaları reallaşdırılmadı.

Müasir tendensiyalar və reallıqdan uzaqlaşmadan ən yaxın gələcəyə – qarşıdakı 10-20 ilə baş çəkək. Ağıllı evlər əlçatan olacaqmı? Onların sizdən də yan keçməyəcəyinə inanmaq üçün əsaslar varmı?

Qadcet-ev

Artıq təəccüblü deyil ki, bizi əhatə edən adi əşyalar da ağıllanaraq smart-qurğulara çevriləcək. Mənzillərimiz tezliklə böyük qadcet qurğu funksiyasını yerinə yetirəcək. Əminliklə demək olar ki, 10 il bundan sonra biz ev alanda və ya kirayələndə, ilk növbədə onun əməliyyat sistemi ilə maraqlanacağıq. Biz evimizin təkcə idarə edilməsini istəmirik, həm də istəyirik ki, ev gündəlik adət və istəklərimizi anlasın və bizim üçün rahat mühit yaratsın.

Xeberler.az İnformasiya Texnologiyalar İnistutuna istinadən məlumat verir ki, yaxın onillikdə evlər İnternetə çıxışı olan smart-ütü, smart-qəhvə üyüdən, smart-soyuducu və digər ağıllı qurğularla dolu olacaq. Onlar şəbəkə vasitəsilə lazımi məlumatları əldə edərək evi məsafədən – səs, jest və əmrlərlə idarə edəcəklər. Məsələn, soyuducuda problem yarandıqda o, səbəbi özü müəyyən edərək bu haqda xidmət mərkəzinə məlumat verəcək. Beləliklə, Əşyaların İnterneti reallıq olacaq.

Bu sahədə lokomotiv şirkətlərdən olan, dünya üzrə prosessorların aparıcı istehsalçısı Intel şirkəti CES 2017 sərgisində Əşyaların İnterneti sferasında yenilik təqdim edib. Compute Card modul hesablama platforması bank kartları ölçüsündədir. Qurğu tamqiymətli sistem blokdur və istənilən ağıllı qurğunun beyni ola bilər. Artıq hər hansı qurğu xarab olanda onun yenisini almaq məcburiyyətində qalmayacaqsınız, sadəcə onun ağıllı içliyini dəyişdirəcəksiniz. Bu, adi mobil telefonun akkumlyatorunu dəyişdirmək qədər asan olacaq.

Gələcəkdə siz “həmişə evdə olacaqsınız”. Giriş qapıları videokamera, mikrofon və dinamiklə təchiz ediləcək. Siz evdə olmadıqda smartfonunuzun ekranında qapının zəngini kimin basdığını görəcəksiniz.  Kuryer sizə bağlama gətirib və siz 5 dəqiqəlik çörək almağa getmisinizsə, ona artıq evə yaxınlaşmaqda olduğunuzu xəbər verə biləcəksiniz.

Ağıllı mebel

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları sahəsində baş verən dəyişikliklər mebellərdən yan keçə bilməz. Məsələn, ağıllı Sleep Number 360 ikinəfərlik çarpayısı zahirən oxşar mebellərdən heç də fərqlənmir. Onun “ağıllı” içliyi mebelin daxilində gizlədilmişdir. Mütəxəssislərin bildirdiyinə görə, gələcəyin mebeli heç kəsi texnoloji dizayn baxımından təəccübləndirməməlidir.

Olduqca rahat Sleep Number 360 çarpayısı döşəyin sərtliyini insana görə nizamlayacaq, ayaq zonasını qızdıracaq və onu lazım olan vaxtda oyadacaq. Bundan başqa, istehsalçıların sözlərinə görə, çarpayı insanı xoruldamaqdan da qurtaracaq.

Çarpayı yuxu haqqında informasiyanı toplayan hər cür sensor və tənzimləyicilərlə təchiz edilmişdir. Əgər səhərlər yuxudan ayılmaqda çətinlik çəkirsinizsə, onda ağıllı çarpayı, yatmaq və oyanmaq qrafikinizi təhlil edərək sizi yuxudan doyduğunuzda oyadacaq. Qurğunun satışlarına cari ilin birinci yarısında start veriləcək.

Tam qənaət

Əgər bu gün ağıllı ev böyük xərc tələb edən bahalı və rahat “oyuncaq”dırsa, bir neçə ildən sonra artıq hamı üçün əlçatan ehtiyac olacaq.  Nəzərə alsaq ki, yaxın 10-20 ildə kommunal xərclər əhəmiyyətli dərəcədə artacaq, bu o deməkdir ki, enerji resurslarlarından qənaətli istifadə hər kəsin vəzifəsi olacaq.

Mənzilin isidilməsi – qış mövsümündə ən əhəmiyyətli məsələdir. Lakin əgər siz gündüz evdə deyilsinizsə, mənzili boş yerə isitməyə dəyərmi? İsitmə cihazlarını işə salaraq, yalnız evdə adam olduğu təqdirdə mənzildə lazımi istiliyi təmin etmək mümkün olacaq. Və ya ev hərəkət tənzimləyicilərindən istifadə edərək özü sakinlərin mənzildə olub olmadığını müəyyənləşdirəcək.

İşdən tez qayıtmağa qərar vermisiniz və soyuq evə daxil olmaq istəmirsiniz? Smartfonu götürün və istilik sisteminin qrafikində dəyişikliklər edin. Evdən nə qədər uzaqda olsanız belə, siz istilik sistemlərinizi İnternet vasitəsilə idarə edə biləcəksiniz.

Evdə mərkəzi yeri hansı əşya tutacaq?

Hər evdə adətən mərkəzi yeri tutan elektronika və ya məişət texnikası olur: bütün ailəni ətrafına toplayan televizor, kompüter və ya soyuducu. Yaxın gələcəkdə isə, xüsusən Amazon şirkəti Echo danışan qurğuların proqram əsasını təqdim etdikdən sonra evlərdə mərkəzi yerlər Amazon Echo və Google Home kimi səs köməkçilərinə aid olacaq.

Builki CES sərgisi Amazon Alex əsasında hazırlanmış bir qurğu ilə hər kəsi sevindirdi. Səkkiz mikrofonla təchiz edilmiş ağıllı Lenovo Smart Assistant köməkçisi səsi 5 metr məsafədən tanıyır. Qurğu küçədə hava haqqında danışacaq, İnternetdə informasiyanı tapacaq və sizin istəyinizlə musiqini təkrar canlandıra biləcək. Əlbəttə, o, həm də “ağıllı” ev sisteminə inteqrasiya edilmək imkanına malikdir.

Bəs sonra nə baş verəcək?

2027-2037-ci illərə baş çəksək,  nə görərik? Gecə evdə yatdığınız və elə onun vasitəsilə səhər çörək almağa gedə biləcəyiniz çarpayı.

CES 2017-də Cənubi Koreyanın Hyundai şirkəti öz  ağıllı ev konseptini təqdim etdi. Onların fikirinə görə, gələcəyin evi belə çarpayılarla yanaşı, həm də avtomobil üçün xüsusi slotla təmin ediləcək. Belə ki, nəqliyyat vasitəsini qarajda saxlamaq lazım gəlməyəcək. Siz ondan düzgün təyinat üzrə istifadə etmədikdə avtomobil evinizin yaşayış sahəsinin bir hissəsi olacaq.

Avtomobil vasitəsilə evin elektrik sistemini qidalandırmaq mükün olacaq, onun salonu gecə yatmaq və ya dostlarla vaxt keçirmək üçün rahat bir yerə çevriləcək. Avtomobilin multimedia kompleksi evdə əyləncə üçün lazım olacaq, iqlim-nəzarət sistemi isə otaqda normal temperaturu təmin edəcək.

Ekspertlərin proqnozlarına görə, artıq beş il sonra ev təsərrüfatının avtomatlaşdırılması sistemləri bazarının həcmi 78 milyard dollara qədər artacaq. Bu sahənin illik artımı isə 13% təşkil edəcək.

 

Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Amazon yeni çatdırılma xidmətini istifadəyə verib

26-10-2017

Ağıllı skamyalar

03-10-2017

Ağıllı soyuducu istehsal ediləсək

05-09-2016

“4 il sonra hər evdə 50-dən çox əşya internetə qoşulacaq”

29-11-2016

Məişət cihazlarına telefonla nəzarət ediləcək

02-09-2015

Gələcəyin mətbəxləri belə olacaq

22-04-2015

Ağıllı məişət avadanlıqlarının sayı artır

23-09-2015

Avtomobil və qapı zəngini birləşdirən sistem hazırlanıb-Video

10-09-2016

CES 2024 texnologiyalar sərgisinin əsas mövzusu süni intellekt olacaq

09-01-2024

CES 2017-də təqdim olunan əsas texnoloji yeniliklər

10-01-2017

Ağıllı eynəklər smartfonları əvəz edəcək

11-12-2019

Samsung ağıllı ev sistemi yaradıb

07-09-2015

Ağıllı televizor almaq məsləhətdirmi ?

02-02-2016

Ağıllı lampalar rəngini dəyişəcək və smartfonla idarə olunacaq

03-11-2015

Azercell Əşyaların İnterneti ilə rabitənin yeni sərhədlərini açır

04-12-2018

Bakutel-2019 sərgisində Əşyaların interneti həlləri təqdim olunacaq

02-12-2019

Ağıllı döşək sizi yuxudan oyandıracaq

01-10-2015

Ubtech Lynx- şəxsi ev köməkçisi

09-01-2017

Ağıllı geyim beynəlxalq sərginin əsas yeniliyi olacaq

15-12-2015

“Hyundai Genesis” və “Kia Soul” avtomobilləri "Android" əməliyyat sistemi ilə idarə edilə biləcək

27-10-2013

Azercell “Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyalarının tətbiqinə artıq hazırdır

16-03-2021

5 ən qeyri-adi ağıllı qurğu

23-07-2015

Ağıllı saatlar avtomobilləri də idarə edəcək

06-03-2015

Ağıllı dərman qutusu xəstələri müalicə edəcək

01-08-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə