İKT-nin inkişafı ilə əlaqədar olaraq bir çox məişət cihazını internet vasitəsilə idarə etmək mümkünləşib.
Luna adlandırılan və ağıllı döşək kimi təqdim edilən məhsul isə yuxunuzun keyfiyyətini, müddətini və hətta yataq istiliyini belə ölçməyə imkan verir.
Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, poliefirdən hazırlanan məhsul üzərindəki sensorlarla yuxu dərinliyini ölçərək sizi oyandıracaq ən normal anı müəyyənləşdirir.
Luna mobil tətbiq vasitəsilə çalışır. Bu məhsuldan istifadə edərkən ağıllı yatağınıza mobil tətbiqlə nəzarət edə bilərsiniz.
Elektrikli adyal sistemi vasitəsilə yataqlarınızın istiliyini müəyyən edə bilərsiniz.
Qeyd edək ki, ağıllı yataq istifadəçilərinin yuxu vərdişlərini də öyrənir.
Luna üzərindəki mikrofon və sensorlarla istiliyi, ürək döyüntünüzü, işığı, nəmi və nəfəs alıb-verməyi izləyir.
Hazırda 235 dollar dəyərində olan məhsul bu günə qədər 5000-dən çox satılıb.
Ötən ay alınan sifarişlər isə 2016-cı ilin fevralında istifadəçilərə təqdim ediləcək.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri