2-ci qrant müsabiqəsinin nəticələri açıqlanıb

23-01-2015 / 23:03

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

İclasda Fondun elan etdiyi 2-ci qrant müsabiqəsinə yekun vurulub.

İnnovativ İKT xidmətlərinin və məhsullarının hazırlanması (tətbiq sahələri: e-ticarət, e-xidmətlər, mobil həllər, istehsal yönümlü yeni məhsullar və texnologiyalar, xidmətlər) mövzusunda keçirilən 2-ci qrant müsabiqəsi çərçivəsində 129 layihə qəbul olunub.

İlkin və kompleks ekspertizadan keçən 62 layihə Fondun Müşahidə Şurasına təqdim olunub. Müşahidə Şurası tərəfindən 30 layihənin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edilib.

Qalib layihələrin siyahısı aşağıda verilib

 

Layihənin adı

Layihə haqqında qısa məlumat

Ayrılmış qrant məbləği, manat

1

AZE_DataMiner

Layihənin məqsədi IT-infrastrukturun heterogen mənbələrindən toplanmış verilənlərinDataMining texnologiyaları əsasında emal edilməsi üçün proqram təminatının yaradılmasıdır.

10,000

2

“tacirlink.az”

Layihənin məqsədi ölkədə e-ticarət və onlayn ödəniş xidmətlərinin stimullaşdırılması və geniş istifadəsinə nail olmaq üçün biznes subyektlərini və istehlakçıları onlayn rejimdə birləşdirən elektron ticarət şəbəkəsi yaratmaqdır.

10,000

3

SoSmart

SoSmart yerindən və vaxtdan asılı olaraq telefonu avtomatik səssiz və ya vibrasiya rejimlərinə keçirən bir mobil tətbiqdir.

10,000

4

MUZEYCARD

Muzeycard layihəsi Bakıda yerləşən muzeylərin şəbəkəyə birləşdirən bir kart sisteminin və proqram təminatının yaradılmasını və satışını nəzərdə tutur.

10,000

5

Sizinmarket.az – Vahid Elektron Ticarət Mərkəzi

Məqsəd “Sizinmarket.az” adı altında – Vahid Elektron Ticarət Mərkəzinin və Elektron biznes platformasının (aqreqatorun) yaradılmasıdır.

10,000

6

e-Hesabat

Məqsəd hesabatları (maliyyə, statistik, mühasibat, operativ və s. hesabatlar) qəbul və konsolide edən qurumlar (nazirliklər, holdinqlər, konsernlər,ictimayi birliklər, dövlət komitələri və s.) tərəfindən tabeçiliyində olan təşkilatlardan hesabatların elektron şəklində qəbul edilməsi, onların proqram tərəfindən yoxlanılması, lazım olarsa dəyişikliklər edilməsi, təsdiqvə konsolide (icmal) edilməsi, müxtəlif icmal və təfsilatlı hesabatların alınması və təhlillərin aparılmasını təmin edəcək proqram təminatının hazırlanmasıdır.

10,000

7

investbaku.az

investbaku.az – Bakı Şəhərinin İnvestisiya Portalı layihəsi Bakı şəhərinə, yerli və xarici investorların cəlb edilməsi yönündə yerli və xarici investorların hər hansısa bir regionda investisiya mühitinin əlverişliliyi, investisiya imkanları, prioritet sahələr və digər bu kimi mövzulara aid tam dolğun informasiya verərək, Bakı şəhərindəki investisiya imkanlarına aid peşəkar konsultasiya xidmətləri göstərməyi nəzərdə tutan veb portal və həmin portalın mobil tətbiq layihəsidir.

12,000

8

Mobil oyunun hazırlanması

Təqdim edilən layihənin məqsədi mobil platforma ücün Azərbaycan dilində kompyuter oyunun yaradılmasıdır.

10,000

9

Azərbaycanda Virtual server VPS/VDS – Serverlərin icarəsi xidməti

VPS/VDS (Virtual Private Server/ Virtual Dedicatd Server) – fiziki server əsasında bir neçə virtual maşının quraşdırılmasına imkan verən texnologiya əsasında serverlərin icarəsi xidmətinin təşkilidir.

10,000

10

Online Kurs Sistemi

Layihə online tədris və online özünü yoxlama (test) sistemindən ibarət platformadır.

12,000

11

shopera.az

Layihənin məqsədi müştərilər üçün alış-verişi asanlaşdırmaq, Azərbaycanda e-ticarətinin kişafına təkan vermək və nağdsız alış-veriş əməliyyatların daha çox yerinə yetirilməsinə dəstək olmaqdır.

10,000

12

Bakı şəhərinin CİS əsaslı elektron xəritəsinin veb və mobil xidmətılərinin yaradılması

Layihənin əsas məqsədi Bakı şəhərinin CİS (Coğrafi İnformasiya Sistemi ) əsaslı elektron xəritəsinin və məkana bağlı məlumat bazasının hazırlanması, hazırlanmış xəritənin əhalinin rahat və maneəsiz faydalanması üçün internet resursları üzərindən həm veb tətbiq, həm də mobil tətbiq şəklində kütləvi istifadəsinin təmin edilməsindən ibarətdir

10,000

13

Məsafədən idarə olunan çox funksionallı smart qurğu

Layihə çərçivəsində hazırlanacaq “Məsafədən idarə olunan çoxfunksionallısmart qurğu” elm və texnikanın müxtəlif sahələrində həmçinin məişətdə istifadə olunan bir sıra avadanlıqların idarə olunması üçün mobil operatorların GSM şəbəkəsindən yararlanır.

10,000

14

kitab-app

Layihə OS və Android əməliyyat sistemlərində kitab nəşri ilə məşğul olacaq mobil nəşriyyatın qurulması üçün baza yaradılmasını nəzərdə tutur.

10,000

15

“GeoSatLink” proqram təminatının hazırlanması layihəsi

Layihənin məqsədi geostasionar peyk operatorları və peyk xidmətlərindən yararlanan müştərilər üçün geniş istifadə eddilən peyk kanallarının hesablanması və analizi üzrə proqram təminatının hazırlanmasıdır.

10,000

16

D-təhsil

Distant təlim və təhsil layihəsi internet vasitəsiylə təlim və tədris işinin təşkili üçün nəzərdə tutulmuşdur.

11,000

17

StayTuned.az

“StayTuned” mobil əyləncə bələdçisi Azərbaycanın İKT bazarında tam dolğun və mükəmməl əyləncə-informasiya bələdçisi kimi təqdim olunacaq.

10,000

18

Milli tədris resursları portalı

Layihənin əsas məqsədi milli tədris fənləri üzrə elektron resursların, portal və mobil qurğularda istifadəsini təmin edən proqram təminatının yaradılmasıdır.

10,000

19

Whatto

Whatto qarderobun bir yerə toplayan və nə geyinməyi təklif edən mobil tətbiqdir.

10,000

20

Trafikin optimal idarə olunması.

Layihənin məqsədi rəqəmsal informasiya kommunikasiya şəbəkələrində paketlərin kommutasiya qovşaqları arasında translyasiyası prosesinin təkcə qısa marşrutların seçilmə kriterisinə görə deyil, həm də kanalların məşğulluq göstəricisinə görə seçilməsini təmin edən metodikanın işlənməsi ilə şəbəkələrin effektivlik göstəricilərinin yüksəldilməsidir.

10,000

21

SeSViD

Turistlər və vətəndaşlar üçün mobil şəhər bələdçisi platformasıdır. Layihənin məqsədi Azərbaycanın internet və mobil proqramlar bazarında çoxfunksiyalı məlumat platformasının yaradılması, həmçinin turistlərin və vətəndaşların ən çox müraciət edəcək bir informasiya-axtarış məkanına çevirməkdir

11,000

22

Getonline.az

Getonline.az” – internet istifadəçilərinə, müxtəlif təyinatlı ixtisaslaşdırılmış mağaza, kafe, restoran və sair xidmət sektorlarında çalışan ticarət obyektlərinin, xidmətlərindən, bir sayt üzərindən faydalanmaq imkanı verir.

12,000

23

OPERA

Layihəsinin məqsədi Azərbaycanda fəaliyyət göstərən kiçik və orta müəssisələr üçün istehsal və ticarətin dövriyyəsinin uçotunu həyata keçirən proqram məhsulunun yaradılmasından ibarətdir.

10,000

24

EduPort

duport layihəsinin məqsədi Azərbaycan Respublikasının tədris müəssisələrində dərs cədvəlinin tərtib olunmasının sadələşdirməsi və avtomatlaşdırılmasıdır.

10,000

25

Yolçu

Eyni istiqamətdə hərəkət edən yol hərəkəti iştirakçılarının (sərnişin və nəqliyyat vasitəsi) rastlaşdığı veb və mobil tətbiqin yaradılması.

11,000

26

İ.İ.S. İnteqrasiya İnformasiya Sistemi

Layihədə E-hökumət konsepsiyasına uyğun olaraq dövlət orqanları ilə təsərrüfat subyektləri və vətəndaşlar arasında zəruri informasiya ilə təmin olunması məqsədilə veb interfeysinin yaradılması nəzərdə tutulur.

10,000

27

Xərcim.az

Xərcim.az layihəsi hal-hazırda bazarda mövcud olan bütün endirim, bonus, kupon proqramlarını bir yerdə toplayaraq, həmin proqramların, istifadəçilərə verdiyi üstünlüklər, qənaət etmə yolları və onların partnyorları haqqında məlumat bazasından ibarət mobil tətbiq və proqram təminatıdır.

10,000

28

AzeriTour Soft

AZERİTOUR SOFT turizm şirkətinin işini avtomatlaşdıran mükəmməl bir sistemidir. Layihənin məqsədi Azərbaycanın turizm bazarında işin avtomatlaşdırılmasını təşkil edəcək xüsusi innovativ texnoloji həllin hazırlanması və onun bazara çıxarılmasıdır.

10,000

29

Findout”

Təqdim olunan layihə çərçivəsində Azərbaycanda daim təkmilləşdirilən, geniş məlumat bazasını əhatə edən İnteraktiv Məlumat-Naviqasiya sisteminin yaradılmasını nəzərdə tutulur.

12,000

30

HavaNet

HavaNet abunə biznes modeldən istifadə etməklə şirkətlər üçün verilənlərin analizi və emalı xidmətidir. Bu xidmət şirkətlərin öz müştəri bazalarını daha mükəmməl idarəetməsini təmin etmək və təhlili hesabatların alınmasına yardımçı olacaq, həmçinin mövcud CRM sistemləri üçün bir əlavə olacaqdır.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə