Qanlı Yanvar hadisələrinin 25-ci ildönümü ərəfəsində “1905.az studio” “20 Yanvar. Əsrin dörddə biri keçdi...” adlı proqram hazırlayıb.
1905.az portalının direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayevdən aldığımız məlumata görə proqram, 12 dildə fəaliyyət göstərən saytın eyni adlı diskussiya klubunda keçirilmiş növbəti müzakirə zamanı çəkilib.
Publisist, “Şəhidlər” kitabının müəllifi Rafiq Səməndərin, şəhid Ülvi Bünyadzadənin yaxını, jurnalist Almaz Ülvinin, jurnalist-fotoqraf, 20 Yanvar hadisələrini bilavasitə lentə köçürən Fərid Xayrulinin, 20 Yanvar mövzusunda bir sıra rəngkarlıq əsərlərinin müəllifi, rəssam Nadir Bayrışovun və siyasi elmlər doktoru, professor Ramiz Sevdimalıyevin iştirak etdikləri müzakirədə Qara Yanvarın Azərbaycan tarixində oynadığı rol təhlil edilib. Müzakirə iştirakçıları öz xatirələrini bölüşüblər.
Disk şəklində də buraxılmış “20 Yanvar. Əsrin dörddə biri keçdi...” proqramına 1905.az portalında baxmaq mümkündür.
Qeyd edək ki, 1905.az portalı Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCIYA) ermənilərin azərbaycanlılara qarşı apardıqları soyqırım siyasətinin 110 illiyi ilə bağlı layihəsinin tərkib hissəsidir.
Portal AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə ötən ilin martında yaradılıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri