Previous Next
Bağla

Hüquqi şəxslərin dövlət qeydiyyatı 20 dəqiqə ərzində həyata keçirilir

16-04-2019 12:14
Hüquqi şəxslərin dövlət qeydiyyatı 20 dəqiqə ərzində həyata keçirilir

Aprelin 16-da Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Vergilər Nazirliyinin nümayəndələrinin iştirakı ilə hüquqi şəxslərin dövlət qeydiyyatı prosedurunun mahiyyəti və üstünlüklərinə həsr edilmiş mətbuat konfransı keçirilib.

Xeberler.az  bildirir ki, İİTKM-in analitiki Nərmin Kazımlı KPMG, PwC, EY, Ekvita, Dentons kimi iri konsaltinq şirkətlərinin də iştirak etdiyi konfransda bildirib ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə başlama, vergi və hesabatlılıq” işçi qrupu ilə yanaşı digər işçi qruplarının nümayəndələrinin də iştirakı ilə silsilə mətbuat konfranslarının keçirilməsi nəzərdə tutulub. Ardıcıl keçiriləcək mətbuat konfranslarında kompleks biznes islahatlarının icrası istiqamətində görülən işlər və son statistik göstəricilər barədə məlumat veriləcək.

Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov yeni onlayn qeydiyyat sistemi barədə KİV nümayəndələrinə məlumat verib. Bildirilib ki, bu islahatlar nəticəsində hüquqi şəxslərin cəmi bir prosedurla onlayn dövlət qeydiyyatına alınması üçün əlverişli şərait yaradılıb. Yeni onlayn qeydiyyat sisteminin həyata keçirilməsində əsas məqsəd kimi biznesə başlama prosedurlarının sadələşdirilməsi, vaxta qənaət, əlverişli biznes mühiti, şəffaflığın təmin olunması, minumum məmur-sahibkar ünsiyyəti və vətəndaş məmnunluğunun artırılması vurğulanıb.

Xüsusilə qeyd olunub ki, yeni qeydiyyat sisteminə əsasən qeydiyyat sənədləri yalnız vergi ödəyicisinin elektron kabinetinə onlayn qaydada göndərilir və bu sənədlərin kağız daşıyıcılarda götürülməsinə zərurət olmur. Elektron kabinetə göndərilmiş qeydiyyat sənədləri xüsusi barkodla şifrələnməklə onların rəsmi olaraq bütün dövlət qurumları, banklar, notariuslar və digər təşkilatlarda qəbul edilməsi üçün qanunvericilik bazası vəinzibatçılıq da təkmilləşdirilib. Bu xidmətdən istifadə edənlərə yardım məqsədilə “İnternet Vergi İdarəsi”ndə “Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin e-qeydiyyatı” (elektron imza olmadan) Təlimatı yerləşdirilib.

Bildirilib ki, yeni xidmətdən yararlanmaq istəyən istifadəçilər elektron imza olmadan “İnternet Vergi İdarəsi”nə daxil olaraq elektron qeydiyyat sistemində FİN kodla indentifikasiyadan keçirlər. Qeydiyyat ərizəsinin məlumatları sistemə onlayn qaydada daxil edilir və bir prosedurla sənədlər təsdiqlənməklə VÖEN (Vergi Ödəyicisinin Eyniləşdimə Nömrəsi) verilmə prosesi yekunlaşır. Həmin prosedur çərçivəsində avtomatik olaraq əmək müqaviləsi bildirişləri məlumatlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sisteminə göndərilməsi, vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alınması, ona bankda hesab açmaq məqsədilə şəhadətnamə-dublikatın verilməsi təmin edilir.

Statistik rəqəmləri diqqətə çatdıran Ə.Məmmədovun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 1-ci rübündə qeydiyyata alınmış hüquqi şəxslərin sayı 8,1%, fiziki şəxslərin sayı isə 28,5%, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyatı 11,3% artıb. Cari ilin mart ayında yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyatının xüsusi çəkisi 87,8% təşkil edib.

Xatırladırıq ki, cari ilin əvvəlindən başlayaraq dövlət qeydiyyatının aparılmasının (ƏDV qeydiyyatı və bank hesabının açılması da daxil olmaqla) bir prosedurla tamamlanması mümkündür. Qeydiyyatın həyata keçirilməsi üçün e-ərizənin elektron imza ilə təsdiq edilməsi zərurəti aradan qaldırılıb, eləcə də qeydiyyatla bağlı əvvəllər mövcud olan bütün prosedurlar ləğv olunub. Nəticədə hüquqi şəxsin qeydiyyatı prosedurlarının sayı 3-dən 1-ə, müddəti isə 20 dəqiqəyə azaldılmış, biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilib.

Bu addım vergi qanunvericiliyində sahibkarlığın dəstəklənməsi ilə bağlı aparılan dəyişikliklərin davamıdır və ölkədə biznes mühitinin əlverişliliyinin daha da yaxşılaşdırılmasına xidmət edir. Aparılmış islahat ölkəmizin “Doing Business” hesabatında mövqelərinə də müsbət təsir edəcəkdir. Hazırda “Doing Business 2019” hesabatında Azərbaycan “Biznesə Başlama” indikatoru üzrə 190 ölkə arasında 9-cu yerdədir. Konfransda KİV nümayəndələrinin sualları cavablandırılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Hüquqi şəxslər 20 dəqiqə ərzində dövlət qeydiyyatına alınan biləcək

22-01-2019

Hüquqi şəxslərin 85,7 faizi e-qeydiyyatdan istifadə edib

26-07-2019

Elektron qeydiyyatdan istifadə edənlərin sayı artır

22-08-2019

2019-cu ildən hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sadələşib

23-07-2019

İslahat İcmalı hüquqi şəxslərin qeydiyyatına həsr olunub

06-02-2019

Son aylarda e-qeydiyyatın xüsusi çəkisi artıb

25-11-2019

Elektron qeydiyyata alınan kommersiya qurumlarının sayı artıb

11-09-2019

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa bir sıra dəyişikliklər təsdiq edilib.

08-07-2024

“SİMA İmza” İnternet Vergi İdarəsi portalına inteqrasiya olunub

15-03-2024

İİKTM Biznesə başlama mövzusunda təlim keçirib

20-09-2019

Kommersiya qurumlarının 85 faizdən çoxu elektron qeydiyyata alınıb

11-06-2025

Vergidə yenilik - MMC-ni elektron imzasız yaratmaq olar

01-04-2019

Vergi ödəyiciləri üçün elektron xidmətlər təkmilləşdirilir

25-09-2015

Vergi ödəyicilərinə 270 mindən çox ASAN imza verilib

26-04-2017

Vergilər nazirliyinin E-qeydiyyat sistemi istifadəyə verilib

01-07-2011

Əcnəbi iş adamlarının elektron qeydiyyatında yeniliklər olacaq

26-09-2018

Biznes islahatları beynəlxalq qurumlara və QHT-lərə təqdim olundu

30-01-2019

Azərbaycanın Doing Business hesabatında yenidən irəliləməsi gözlənilir

20-02-2019

Vergilər Nazirliyi: Fiziki şəxslərin elektron qeydiyyatına başlanılacaq

29-03-2019

Biznesə başlama üzrə İcra və Kommunikasiya Planı müzakirə olunub

23-08-2019

Dövlət Vergi Xidmətində yeni rəqəmsal xidmətlərlə bağlı dəyirmi masa keçirilib

03-12-2024

“Elektron hökumət” portalında 5 yeni elektron xidmət istifadəyə verilib

09-01-2015

DVX, AMB və KOBİA-nın məlumat bazaları arasında elektron mübadilə olacaq

01-08-2025

Şirkətlərin dövlət qeydiyyatı və reyestri qaydaları dəyişdi

05-02-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə