Previous Next
Bağla

Elektron qeydiyyata alınan kommersiya qurumlarının sayı artıb

11-09-2019 11:34
Elektron qeydiyyata alınan kommersiya qurumlarının sayı artıb

Xeberler.az bildirir ki, 2019-cu il 1 sentyabr tarixinə respublika üzrə uçotda olan 1.031.164 vergi ödəyicisinin 13,1 faizi hüquqi şəxs və digər təşkilatların payına düşür. Hüquqi qurum şəklində uçotda olan vergi ödəyicilərinin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,5 faiz artıb və bunun 99,2 faizi kommersiya qurumlarının sayının artması hesabına baş verib.

Cari ilin avqust ayında 1.372 kommersiya qurumu qeydiyyata alınıb və bu da ötən ilin avqust ayına nisbətən 47 faiz çoxdur. Kommersiya qurumlarının 72,1 faizi elektron qeydiyyata alınıb. Hazırda qeydiyyatda olan kommersiya qurumlarının 84,4 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,6 faizi isə səhmdar cəmiyyət formasında təşkil olunub.

Hesabat dövründə 64.329 kommersiya qurumunun və ya ümumi kommersiya qurumlarının 53,7 faizinin vəziyyəti aktiv olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,6 faiz artım deməkdir. 2018-ci ilin 8 ayı ilə müqayisədə kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 22 faiz artaraq 31.946 təşkil edir və aktiv ƏDV ödəyicilərinin sayı 18.622 vahidə çatıb. Aktiv ƏDV ödəyicilərinin sayı müqayisə edilən dövrdə 33,1 faiz artıb və onların xüsusi çəkisi 2,2 faiz çox olub.

Hüquqi şəxslərin dövlət qeydiyyatının mütərəqqi üsullarla aparılması məqsədilə son illər ərzində həyata keçirilən islahatlar nəticəsində bu gün ölkədə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatının böyük əksəriyyəti elektron üsulla aparılır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş son dəyişikliklər ölkəmizdə sahibkarlıq subyektlərinin qeydiyyatı sahəsində yeni əlverişli mühitin formalaşmasına müsbət təsir göstərib və cari ilin 8 ayı ərzində hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində sürətli artım dinamikası müşahidə olunub.

Həmin dövrdə qeydiyyata alınmış hüquqi şəxslərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 26,3 faiz artıb, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 80,9 faizdən 87,3 faizədək yüksəlib. Cari ilin son üç ayında isə e-qeydiyyatın xüsusi çəkisi 90 faizdən çox olub. Cari ilin əvvəlindən tətbiq edilən yeni qeydiyyat üsulu (finkod+mobil nömrə) e-qeydiyyatın xüsusi çəkisini daha da artırıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Son aylarda e-qeydiyyatın xüsusi çəkisi artıb

25-11-2019

Kommersiya qurumlarının 85 faizdən çoxu elektron qeydiyyata alınıb

11-06-2025

Bu il Azərbaycanda yaradılan şirkətlərin sayı 34 faiz artıb

14-11-2022

Naxçıvanda kommersiya qurumlarının 83 faizi elektron qaydada qeydiyyata alınıb

15-01-2025

Hüquqi şəxslərin 85,7 faizi e-qeydiyyatdan istifadə edib

26-07-2019

Sahibkarlar kütləvi şəkildə VÖEN açır

14-02-2019

2019-cu ildən hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sadələşib

23-07-2019

Elektron qeydiyyatdan istifadə edənlərin sayı artır

22-08-2019

Hüquqi şəxslərin dövlət qeydiyyatı 20 dəqiqə ərzində həyata keçirilir

16-04-2019

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı açıqlanıb

15-02-2023

Nazirliyin Çağrı mərkəzinə daxil olan müraciətlərin sayı hesablanıb

06-10-2015

Nazirliyin Çağrı Mərkəzinə daxil olan müraciətlərin sayı açıqlanıb

02-05-2016

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa bir sıra dəyişikliklər təsdiq edilib.

08-07-2024

Azərbaycan domenində saytların sayı artıb

07-01-2018

Azərbaycanda elektron imza sahiblərinin sayı 35 faiz artıb

19-01-2016

Nazirliyin Çağrı mərkəzi 9 min müraciəti cavablandırıb

02-09-2015

İnformasiya və rabitə xidmətlərinin həcmi artıb

16-09-2015

Azərbaycanda informasiya təhlükəsizliyinin səviyyəsi artıb

12-01-2015

Azərbaycanda dövriyyədə olan bankomat və POS-terminalların sayı açıqlanıb

10-03-2025

Türk Hava Yolları rekord göstərici əldə edib

12-06-2018

Hüquqi şəxslər 20 dəqiqə ərzində dövlət qeydiyyatına alınan biləcək

22-01-2019

İnformasiya və rabitə xidmətlərinin həcmi 7,9 faiz artıb

22-02-2016

Kart vasitəsilə edilən ölkədaxili nağdsız ödənişlərin həcmi artıb

25-02-2025

“Tesla”nın mənfəəti artıb

23-04-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə