Previous Next
Bağla

Son aylarda e-qeydiyyatın xüsusi çəkisi artıb

25-11-2019 18:13
Son aylarda e-qeydiyyatın xüsusi çəkisi artıb

Azərbaycanda əlverişli biznes mühitinin yaradılması, özəl sektorun inkişafına, yerli və xarici iş adamlarının fəaliyyətinə göstərilən geniş dövlət dəstəyi sahibkarlıq mühitinin inkişafına yeni təkan verib. Biznesə başlama ilə bağlı prosedurların sadələşdirilməsi, yeni qeydiyyat sistemlərinin tətbiqi sahibkarların fəaliyyətinin genişləndirilməsinə və vergi ödəyicilərinin sayının artmasına imkan verib.

Xeberler.az bildirir ki, 2019-cu il noyabrın 1-i tarixinə ölkə üzrə uçotda olan 1.051.624 vergi ödəyicisinin 13,2 faizi hüquqi şəxs və digər təşkilatların payına düşür. Hüquqi qurum şəklində uçotda olan vergi ödəyicilərinin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz artıb və bunun 99,3 faizi kommersiya qurumlarının sayının artması hesabına baş verib.

Cari ilin oktyabr ayında 1.832 kommersiya qurumu qeydiyyata alınıb və bu da ötən ilin oktyabr ayına nisbətən 65,5 faiz çoxdur. Kommersiya qurumlarının 71,3 faizi elektron qeydiyyata alınıb. Hazırda qeydiyyatda olan kommersiya qurumlarının 84,8 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,5 faizi isə səhmdar cəmiyyəti formasında təşkil olunub.

Hesabat dövründə 67.380 kommersiya qurumunun və ya ümumi kommersiya qurumlarının 54,7 faizinin vəziyyəti aktiv olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz artım deməkdir. 2018-ci ilin 10 ayı ilə müqayisədə kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 35,5 faiz artaraq 32.820 təşkil edib və aktiv ƏDV ödəyicilərinin sayı 19.744-ə çatıb. Aktiv ƏDV ödəyicilərinin sayı müqayisə edilən dövrdə 36,5 faiz artıb və onların xüsusi çəkisi 2,6 faiz çox olub.

Hüquqi şəxslərin dövlət qeydiyyatının mütərəqqi üsullarla aparılması məqsədilə son illər ərzində həyata keçirilən islahatlar nəticəsində bu gün ölkədə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatının böyük əksəriyyəti elektron üsulla aparılır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş son dəyişikliklər ölkəmizdə sahibkarlıq subyektlərinin qeydiyyatı sahəsində yeni əlverişli mühitin formalaşmasına müsbət təsir göstərib və cari ilin 10 ayı ərzində hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində sürətli artım dinamikası müşahidə olunub.

Həmin dövrdə qeydiyyata alınmış hüquqi şəxslərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 31,3 faiz artıb, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 81,9 faizdən 88,7 faizədək yüksəlib. Cari ilin son beş ayında isə e-qeydiyyatın xüsusi çəkisi 90 faizdən çox olub. Bu ilin əvvəlindən tətbiq edilən yeni qeydiyyat üsulu (finkod+mobil nömrə) e-qeydiyyatın xüsusi çəkisini daha da artırıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron qeydiyyata alınan kommersiya qurumlarının sayı artıb

11-09-2019

Kommersiya qurumlarının 85 faizdən çoxu elektron qeydiyyata alınıb

11-06-2025

Bu il Azərbaycanda yaradılan şirkətlərin sayı 34 faiz artıb

14-11-2022

Naxçıvanda kommersiya qurumlarının 83 faizi elektron qaydada qeydiyyata alınıb

15-01-2025

Hüquqi şəxslərin 85,7 faizi e-qeydiyyatdan istifadə edib

26-07-2019

2019-cu ildən hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sadələşib

23-07-2019

Sahibkarlar kütləvi şəkildə VÖEN açır

14-02-2019

Elektron qeydiyyatdan istifadə edənlərin sayı artır

22-08-2019

Hüquqi şəxslərin dövlət qeydiyyatı 20 dəqiqə ərzində həyata keçirilir

16-04-2019

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı açıqlanıb

15-02-2023

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa bir sıra dəyişikliklər təsdiq edilib.

08-07-2024

Hüquqi şəxslər 20 dəqiqə ərzində dövlət qeydiyyatına alınan biləcək

22-01-2019

Nazirliyin Çağrı Mərkəzinə daxil olan müraciətlərin sayı açıqlanıb

02-05-2016

Azərbaycan domenində saytların sayı artıb

07-01-2018

Nazirliyin Çağrı mərkəzinə daxil olan müraciətlərin sayı hesablanıb

06-10-2015

Türk Hava Yolları rekord göstərici əldə edib

12-06-2018

“SİMA İmza” İnternet Vergi İdarəsi portalına inteqrasiya olunub

15-03-2024

Nar 2019-cu ilin birinci rübünün nəticələrini açıqlayıb

26-04-2019

Azərbaycanda dövriyyədə olan bankomat və POS-terminalların sayı açıqlanıb

10-03-2025

Beynəlxalq avtomobil daşımaları bazarında Azərbaycan daşıyıcılarının payı artıb

11-08-2022

İnformasiya və rabitə xidmətlərinin həcmi 7,9 faiz artıb

22-02-2016

İnformasiya və rabitə xidmətlərinin həcmi artıb

16-09-2015

Elektron ticarətin həcmi 1,7 dəfə artıb

20-04-2015

İnformasiya və rabitə xidmətlərinin həcmi 8,1 faiz artıb

18-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə