Previous Next
Bağla

Hüquqi şəxslər 20 dəqiqə ərzində dövlət qeydiyyatına alınan biləcək

22-01-2019 13:17
Hüquqi şəxslər 20 dəqiqə ərzində dövlət qeydiyyatına alınan biləcək

Hüquqi şəxslərin dövlət qeydiyyatı 20 dəqiqə ərzində və cəmi 1 prosedurla həyata keçiriləcək.

Xeberler.az  bildirir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hüquqi şəxslərin onlayn dövlət qeydiyyatı sahəsində mühüm islahatların aparılmasına dair bir sıra qanunvericilik aktlarına dəyişiklikləri 2018-ci il 28 dekabr tarixində təsdiq edib. 2019-cu ilin əvvəlindən tətbiq olunan bu dəyişikliklərin mahiyyəti və məqsədləri ilə bağlı yanvarın 22-də Vergilər Nazirliyində kütləvi informasiya vasitələri üçün mətbuat konfransı keçirilib.

Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov yeni onlayn qeydiyyat sistemi barədə məlumat verib. Bildirilib ki, bu islahatlar nəticəsində hüquqi şəxslərin cəmi bir prosedurla onlayn dövlət qeydiyyatına alınması üçün əlverişli şərait yaradılıb. Belə ki, cari ilin əvvəlindən başlayaraq dövlət qeydiyyatının aparılmasının (ƏDV qeydiyyatı və bank hesabının açılması da daxil olmaqla) bir prosedurla tamamlanması mümkündür. Qeydiyyatın həyata keçirilməsi üçün e-ərizənin elektron imza ilə təsdiq edilməsi zərurəti aradan qaldırılıb, eləcə də qeydiyyatla bağlı əvvəllər mövcud olan bütün prosedurlar ləğv olunub.

Nəticədə hüquqi şəxsin qeydiyyatı prosedurlarının sayı 3-dən 1-ə, müddəti isə 20
dəqiqəyə azaldılıb, biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilib. Yeni xidmətdən yararlanmaq istəyən istifadəçilər elektron imza olmadan “İnternet Vergi İdarəsi”nə daxil olaraq elektron qeydiyyat sistemində FİN kodla indentifikasiyadan keçəcəklər. Qeydiyyat ərizəsinin məlumatları sistemə onlayn qaydada daxil ediləcək və bir prosedurla sənədlər təsdiqlənməklə VÖEN (Vergi Ödəyicisinin Eyniləşdimə Nömrəsi) verilmə prosesi yekunlaşacaqdır. Həmin prosedur çərçivəsində avtomatik olaraq əmək müqaviləsi bildirişləri məlumatlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sisteminə göndərilməsi, vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alınması, ona bankda hesab açmaq məqsədilə şəhadətnamə-dublikatın verilməsi təmin ediləcək. Xüsusilə qeyd olunub ki ki, yeni qeydiyyat sisteminə əsasən qeydiyyat sənədləri yalnız vergi ödəyicisinin elektron kabinetinə onlayn qaydada göndəriləcək və bu sənədlərin kağız daşıyıcılarda götürülməsinə zərurət olmayacaqdır. Elektron kabinetə göndərilmiş qeydiyyat sənədləri xüsusi barkodla şifrələnməklə onların rəsmi olaraq bütün dövlət qurumları, banklar, notariuslar və digər təşkilatlarda qəbul edilməsi üçün qanunvericilik bazası və inzibatçılıq da təkmilləşdirilib.

Bu xidmətdən istifadə edənlərə yardım məqsədilə “İnternet Vergi İdarəsi”ndə “Yerli
investisiyalı məhdud məsuliyyətli cəmiyyətin e-qeydiyyatı” (elektron imza olmadan)
Təlimatı yerləşdirilib. Bu addım vergi qanunvericiliyində sahibkarlığın dəstəklənməsi ilə bağlı aparılan son dəyişikliklərin davamıdır və ölkədə biznes mühitinin əlverişliliyinin daha da yaxşılaşdırılmasına xidmət edir. Aparılmış islahat ölkəmizin “Doing Business” hesabatında mövqelərinə də müsbət təsir edəcəkdir. Hazırda “Doing Business 2019” hesabatında Azərbaycan “Biznesə Başlama” indikatoru üzrə 190 ölkə arasında 9-cu yerdədir. Tədbirdə KİV nümayəndələrinin sualları cavablandırılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Hüquqi şəxslərin dövlət qeydiyyatı 20 dəqiqə ərzində həyata keçirilir

16-04-2019

Hüquqi şəxslərin 85,7 faizi e-qeydiyyatdan istifadə edib

26-07-2019

Elektron qeydiyyatdan istifadə edənlərin sayı artır

22-08-2019

2019-cu ildən hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sadələşib

23-07-2019

İslahat İcmalı hüquqi şəxslərin qeydiyyatına həsr olunub

06-02-2019

“SİMA İmza” İnternet Vergi İdarəsi portalına inteqrasiya olunub

15-03-2024

Son aylarda e-qeydiyyatın xüsusi çəkisi artıb

25-11-2019

Elektron qeydiyyata alınan kommersiya qurumlarının sayı artıb

11-09-2019

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa bir sıra dəyişikliklər təsdiq edilib.

08-07-2024

Vergidə yenilik - MMC-ni elektron imzasız yaratmaq olar

01-04-2019

Vergilər Nazirliyi: Fiziki şəxslərin elektron qeydiyyatına başlanılacaq

29-03-2019

“Elektron hökumət” portalında 5 yeni elektron xidmət istifadəyə verilib

09-01-2015

Vergi ödəyicilərinə 270 mindən çox ASAN imza verilib

26-04-2017

Biznes islahatları beynəlxalq qurumlara və QHT-lərə təqdim olundu

30-01-2019

Vergi ödəyiciləri üçün elektron xidmətlər təkmilləşdirilir

25-09-2015

Vergilər nazirliyinin E-qeydiyyat sistemi istifadəyə verilib

01-07-2011

İki elektron xidmət yenidən istifadəyə verildi

12-01-2015

DVX, AMB və KOBİA-nın məlumat bazaları arasında elektron mübadilə olacaq

01-08-2025

“Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı 21 elektron, 3 onlayn xidmət istifadəyə verilib”

23-09-2015

Əcnəbi iş adamlarının elektron qeydiyyatında yeniliklər olacaq

26-09-2018

Şirkətlərin dövlət qeydiyyatı və reyestri qaydaları dəyişdi

05-02-2019

İİKTM Biznesə başlama mövzusunda təlim keçirib

20-09-2019

Dövlət Vergi Xidməti kod-paroldan istifadəni məhdudlaşdıracaq

29-03-2023

Cari ildə 320 minə yaxın “ASAN İmza” sertifikatı verilib

09-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə