Previous Next
Bağla

30 provayderin saytı yoxdur-Ekspert

21-08-2023 12:54
30 provayderin saytı yoxdur-Ekspert
"İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi son bir neçə ayda 140 provayderi uçota cəlb edə bilib. Bu provayderlərin siyahısı da icta.az -da yerləşdirilib. İKTA-nın bu addımı istehlakçılara dəstək və əlçatanlıq baxımından, ictimai nəzarətin təşkilinə kömək və şəffaflıq baxımından, eyni zamanda istehlakçılarda özəl provayderlərə etimadın yaradılması baxımından çox əhəmiyyətli bir addımdır".
 
Bu fikirləri Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz Facebook səhifəsində paylaşıb.
 
Onun sözlərinə görə, provayderlərin siyahısına nəzər saldıqda isə diqqət cəlb edən bəzi məqamlar ortaya çıxır:
 
"Qəribə də olsa, bu siyahıda 30-dan çox provayderin saytının olmadığı görsənir. İnternet xidmətləri təqdim edən bir şirkətin saytının olmaması xeyli düşündürücüdür. Eyni zamanda bu siyahıda provayderlərin xidmət göstərdiyi ərazinin təqdim edilməməsi, təqdim etdiyi xidmətlər və əlçatanlıqla bağlı yetərli məlumatların olmaması da xoşagəlməz haldır. Düşünürəm ki, yetərincə gəlir götürən , müştərilərinə hörmətlə yanaşan, internet xidməti göstərən provayderin ilk işi məhz özünə sayt yaratmaq olmalıdır".
 
Ekspert xatırladıb ki, İKTA telekommunikasiya xidmətlərinin keyfiyyət standartlarını hazırlayır:
 
"Ümid edirəm İKTA bu standartlarda yuxarıda qeyd olunan məqamları da nəzərə alacaq. Yeri gəlmişkən, müşahidələr göstərir ki, yeni tikilən binalarda MTK ilə sövdələşməklə haqsız rəqabət yaradan, "bir bina bir provayderindir" prinsipi ilə işləyən bəzi provayderlərin adları İKTA siyahısında gözə dəymir. Xatırladıram ki, bir müddət öncə uçotdan yayınan bir provayderi də İKTA cərimələyib. Görünür ki, bu tip provayderlər hələ də var. Ümid edirəm İKTA, Antiinhisar Dövlət Xidməti və Şəhərsalma və Arxitektura Komitəsi yeni yaşayış komplekslərində internet xidmətlərinin təşkili üçün münbit şərait yarada biləcəklər".
 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Hökumət internet inhisarçılığı ilə mübarizə apara bilmir?-Ekspert

03-08-2023

Provayderlərə xəbərdarlıq edildi

28-02-2024

Azərbaycanda 129 operator və internet provayderin uçota alınması təmin edilib

21-07-2023

Bəzi İnternet provayderlər rəqibləri haqqında əsassız məlumatlar yayırlar

04-07-2023

Azərbaycanda internet provayderlərin sayı 200-ə çatıb

24-05-2023

İKTA: İnternet provayderlərin rəsmi saytları olmalıdır

02-04-2026

Azərbaycanda internet provayderlərinin uçotuna başlanılıb

28-03-2023

İKTA: “Premiumnetaz”ın uçotu ləğv edilib

13-01-2026

İKTA-nın müstəqil olmadığı halda bu formada reytinq cədvəlləri təqdim etməsi ədalətli deyil

24-01-2025

İnternet provayderi seçmək hüququnun pozulması ilə bağlı 17 müraciət həllini tapıb

05-06-2025

“Ookla”nın saytında İKTA haqqında məqalə dərc olunub

08-10-2025

Provayderlər barədə məlumat almaq asanlaşdı-Yeni sayt

19-07-2023

Azərbaycanda internet provayderlərinin xidmətinin keyfiyyəti rüblük ölçüləcək

12-07-2023

İKTA operator və provayder əməkdaşları üçün təlim təşkil edib

27-05-2025

Azərbaycanda uçota durmayan internet provayderi cərimələnib

10-08-2023

Ekspert: Bir bina bir provayderindir

22-09-2022

İKTA provayderlərin dekabr üzrə sürət göstəricilərini dərc edib

19-01-2026

İKTA-nın faydalı addımları və onu gözləyən risklər

12-06-2024

CityNet Azərbaycanda ilk dəfə 10 Gbit/s internet sürəti təqdim edir

29-07-2023

İKTA: Çoxmənzilli bina sakinlərinin operator və provayderləri sərbəst seçmək hüququ təmin edilməlidir

20-02-2025

İKTA provayderlərin internet sürət göstəricilərini dərc edib

23-12-2025

İKTA operator və provayderlərə düzgün hesabatlılığın aparılması ilə bağlı təlim keçib

05-02-2024

MTK-larda ən azı 3 fərqli provayderin xidmət göstərməsi zəruridir

09-12-2025

150 provayderi əhatə edən şikayət sistemi effektiv olacaqmı ?

27-11-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə