Previous Next
Bağla

Hökumət internet inhisarçılığı ilə mübarizə apara bilmir?-Ekspert

03-08-2023 14:54
Hökumət  internet inhisarçılığı ilə mübarizə apara bilmir?-Ekspert
Hökumət "bir bina bir provayderindir" prinsipi ilə işləyən MTK-lara hələlik güc göstərə bilməyib. Təbii inhisarçılara gücü çatan Antiinhisarın hələlik "süni inhisarçılara" gücü yetərli olmayıb.
 
Bir il bundan öncə yeni tikilən yaşayış binalarındakı internet inhisarçılığından yazmışdım. Məlumdur ki, əksər MTK-lar yeni bina istifadəyə verilərkən yalnız bir provayderlə sövdələşmə edir, hər internet istifadəçisinə görə provayderdən
2 manat alır və bundan sonra binaya heç bir provayderi yaxın buraxmır.
 
Yəni, vətəndaşlar üçün provayderlərin seçim imkanına şərait yaradılmır, açıq-aşkar inhisarçı bir mühit formalaşdırılır. İndi baxıram ki, hələlik bu sahədə heç nə dəyişməyib. Bildiyim qədər Antiinhisar Dövlət Xidməti bu istiqamətdə bir-iki addım atdı, provayderlərlə görüşdü. Lakin hələlik real nəticə ortada yoxdur.
Səbəbi bəlli deyil.
 
Bəzi yeni yaşayış massivlərindəki provayderlərin vəzifəli şəxslərə, oliqarxlara da bağlı olması haqqında məlumatlar yayılır. Maraqlıdır ki, Aztelekom-un simasında bu təbii inhisar subyektinə qarşı haqlı olaraq ciddi antiinhisar qərarlar qəbul edib özəl provayderləri müdafiə edən Antiinhisar Xidməti MTK -lar və bəzi özəl provayderlərin haqsızlığına qarşı hələlik heç bir ciddi addım ata bilməyib.
 
Necə deyərlər, görünən odur ki, dövlətə məxsus təbii inhisarçıya gücü çatan Antiinhisarın, hələlik "süni inhisarçılara" gücü çatmayıb. Nə hansısa MTK-lara və inhisarçı provayderlərə xəbərdarlıq edilib, nə də qanunvericilikdə dəyişiklik təşəbbüsü edilib.
 
Bildiyim qədər yeni yaradılan tənzimləyici qurum, RİNN-in İnformasiya Kommunikasiya Texnologoyaları Agentliyi də bu istiqamətdə işlərə başlayıb.
İKTA əsasən bununla bağlı qanunvericiliyi dəyişmək üçün, proseslərdə iştirak üçün təkliflər hazırlayır. Düşünürəm ki, problemi həll etmək üçün bu məqam da çox əhəmiyyət kəsb edir.
 
Yeni tikilmiş yaşayış komplekslərində, biznes mərkəzlərində öncədən ən azı 3 provayderin və ya kabel operatorun fəaliyyəti üçün imkanlar yaradılmalıdır. Buradakı infrastruktur bir provayderə məxsus olmalı deyil. Düşünürəm ki, binaların istismara verilməsindən öncə digər kommunal xidmətlərin təhvilində olduğu kimi , digər aidiyyatı qurum, İKTA, Antiinhisar da münasibət bildirməlidir.
 
Ehtiyac var ki, İKTA və Antiinhisar qurum mövcud situasiyanın sağlamlaşdırılması üçün birgə tədbirlər hazırlasınlar. Əks halda böyük yaşayış massivlərində oturuşan provayderlər və MTK-lar heç kimi binaya yaxın buraxmayacaqlar.
Vətəndaşların provayderləri seçim imkanı olmayan yerdə isə keyfiyyətdən və sərfəli qiymətdən danışmağa dəyməz.
 
Ümid edirəm İKTA və Antiinhisar, şəhərsalmaya cavabdeh olanlar yaxın müddətdə sektorda formalaşan yeni inhisarçılığın, haqsız rəqabətin qarşısını almaq üçün real addımlar atacaqlar. Yeri gəlmişkən, düşünürəm ki, İKTA, yeni tikilən müxtəlif təyinatlı binaların daxilində mobil internet xidmətlərinin normal əldə edilməsi üçün də MTK-lar üçün məcburi olan şərtlər hazırlamalıdır.
 
Osman Gündüz,
Azərbaycan İnternet Forumunun prezidenti
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: Bir bina bir provayderindir

22-09-2022

Ekspert: Elə MTK-lar var ki, özləri provayder yaradıblar

30-09-2022

MTK-larda ən azı 3 fərqli provayderin xidmət göstərməsi zəruridir

09-12-2025

30 provayderin saytı yoxdur-Ekspert

21-08-2023

Dövlət operatorlarının cəzalandırması ədalətlidirmi?-RƏY

06-07-2023

Azərbaycanda internet provayderlərin sayı 200-ə çatıb

24-05-2023

Ekspert: Təbii inhisarçı "Aztelekom" internetin minimal tariflərini qaldırıb əhaliyə isə seçim yeri qoymayıb

08-10-2024

Ekspert: Dövlət vəsaitləri almaq uğrunda sanki yarışa giriblər

06-11-2019

İnternet provayderi seçmək hüququnun pozulması ilə bağlı 17 müraciət həllini tapıb

05-06-2025

Antiinhisar Dövlət Xidmətinin qərarı özəl provayderləri sevindirəcək

16-08-2019

“15 Avqust Tarif Şoku” qanunvericiliyin hansı tələblərini pozub? - Ekspert

02-10-2025

Antiinhisar qurumu NRYTN üçün məcburi olan qərar qəbul edib

02-08-2019

İstehlakçıların hüququnu qoruyan qurumun rəhbəri kim olacaq - ekspert rəyi

08-06-2018

Sabah özəl provayderlərlə nazirliyin məhkəməsi başlayır

27-01-2020

Ekspert: Kimlər güclü antiinhisar ekosistemin yaradılmasında maraqlı deyil?

13-05-2020

Nokia bizdə modem satır, Ermənistanda 5G qurur

12-02-2024

Mikayıl Cabbarov haqsız rəqabətin qarşısını ala biləcəkmi ?

24-10-2019

Ekspert: Oliqarxlar 15 il ərzində Rəqabət Məcəlləsinin qəbulunu necə əngəlləyə bilib ?

06-09-2019

Özəl provayderlərə qarşı haqsız rəqabət aparılır

00-00-0000

“Azərbaycan Dəmir Yolları” QSC barəsində iş qaldırılıb.

15-01-2024

Ekspert: "Asan imza" sistemi çöküb

23-02-2023

Ekspert: Dövlət şirkətlərində özəlləşmə olacaqmı ?

07-08-2020

Dövlət Xidməti: “İnternetin keyfiyyətinə biz nəzarət etmirik”

29-07-2022

Hökumətin Antiinhisar qurumu varmı ?

22-07-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə