Azərbaycanda iki internet provayderi cərimələnib

15-03-2024 / 12:22

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) iki internet provayderini cərimələyib.

Xeberler.az  quruma istinadən xəbər verir ki, uçota alınan operator və provayderlərin fəaliyyətini əks etdirən məlumatların verilməsinə müəyyən edilmiş müddətin bitməsinə baxmayaraq, bir neçə internet provayder həmin məlumatların təqdim edilməsindən yayınır.

Dəfələrlə xəbərdarlıq edilsə də, məlumatların təqdim edilməsindən yayınan “Fibernet” və “ButaTelecom.az” MMC-lərlə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, inzibati xəta haqqında protokolun tərtib edilməsi təmin edilib və baxılması üçün aidiyyəti üzrə müvafiq məhkəməyə göndərilib.

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə