Previous Next
Bağla

50 dərs otağına “ağıllı” lövhə quraşdırılıb

30-09-2013 11:46
50 dərs otağına “ağıllı” lövhə quraşdırılıb
Ölkəmizdə bu ilin “İKT ili” elan olunması bu sahəyə olan diqqəti daha da artırıb.
 
Xəbərlər-in verdiyi məlumata görə, elmi texnoloji yenilikləri ilə seçilən Qafqaz Universiteti də bu sahədə yeniliklərə imza atır. Yeni tədris ilində Suret Eyitim A.Ş tərəfindən universitetin 50 dərs otağına ağıllı lövhə quraşdırılıb. Bu barədə məlumat verən universitetdən bildirilib ki, ağıllı lövhələr bir sıra üstünlüklərə malikdir: “Lövhənin yaddaşına kitablar, videolar və digər dərs vəsaitləri yerləşdirilir. Eyni zamanda internetə bağlanır. Tədris olunan dərslər yaddaşa yazılır, dərsdən sonra istəyən tələbə həmin dərsin videoyazısını özünə götürə bilir”.
 
Ağıllı lövhənin idarə edilməsi ilə bağlı universitetə dəvət olunmuş mütəxəssis Onur Şahin tərəfindən seminar da keçirilib. Mütəxəssis qeyd edib ki, interaktiv lövhələr dərs prosesində interaktiv şəklə çevrilir. Əvvəl lövhələrdən ancaq yazı üçün istifadə olunurdusa, yeni lövhələrdən görüntülü istifadə etmək də mümkündür. İstənilən dərs vəsaitinin, proqramların elektron versiyası yüklənir və dərs prosesində istifadə olunur.
 
Qafqaz Universitetinin ingilis dili müəlliməsi Vüsalə Hüseynovanın sözlərinə görə, interaktiv lövhələrdən istifadə ilk növbədə vaxtdan daha səmərəli istifadə etməyə şərait yaradır: “Eyni zamanda dərslər daha maraqlı və rəngli olur. Xüsusən qrammatika dərslərində lövhənin rəng imkanlarından istifadə etmək tələbələrin dərsi yaxşı mənimsəməsini təmin edir”.
 
Qeyd edək ki, interaktiv lövhə slaydları, videonu göstərməyə, şəkil çəkməyə (adi lövhədəki kimi), real vaxtda əks olunan şəklin üstündə qeydlər etməyə, hər dəyişikliyi daxil etməyə və onları kompüter faylları qismində sonra redaktə etmək üçün yaddaşda saxlamağa, printerdə çap etməyə, faks və yaxud elektron poçt vasitəsilə göndərməyə imkan verir. İstifadəsi olduqca rahat olan elektron lövhənin digər müsbət cəhətlərinə gəlincə, o, animasiya imkanı yaradır, real vaxtda çəkilən şəkillərə baxmaq və mühazirələri yazmaq olur.
 
Bütün interaktiv elektron lövhədə yazılan fikirlər kompüterdə etibarlı saxlanılır və ardıcıllıqla bərpa edilə bilər. Ümumiyyətlə, interaktiv texnologiyalar təhsildə, təbabətdə, biznesdə, siyasətdə və cəmiyyətin digər  fəaliyyət sahələrində öz tətbiqini tapır.
 
 
Xeberler.az
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnteraktiv texnologiya bizə hansı imkanları verir?

06-10-2009

İnteraktiv elektron lövhələrlə bağlı kitab çap edilib

31-03-2016

“Təhsildə İKT kitabı çapdan çıxıb

21-05-2025

Promethean texnologiyasından istifadə qaydaları tədris ediləcək

16-10-2015

Təhsildə İKT-nin tətbiqi genişlənir

31-08-2015

Dərs prosesində sizə yardım edən texnologiyalar

11-09-2015

Milli Təhsil Portalında elektron resursların sayı artırılır

08-04-2013

Təhsildə İKT-nin tətbiqi ilə bağlı təlim keçirilib

11-11-2015

Daha bir Universitetdə təhsil prosesi elektronlaşdırılır

16-09-2015

Samsungun təşəbbüsü ilə Quba məktəbində interaktiv sinif otağı istifadəyə verilib

20-09-2019

Məktəblilərə internet təhlükələri barədə məlumat verilib

31-05-2017

İqtisad Universitetində müasir texnologiyanın tətbiqi genişlənir

04-09-2015

Məktəblərdə telefon və planşetdən istifadə qadağandır?-Açıqlama

19-12-2017

ADİU-nun 4 saylı tədris korpusunda “Wi-Fi” sistemi quraşdırılıb

27-09-2013

Gəncə Dövlət Universitetinə sürətli internet çəkilib

26-09-2016

UNEC-də “Açıq dərs” canlı yayımlanıb- Video

11-03-2016

İqtisad Universitetində İKT-dən necə istifadə olunur?- Reportaj

16-03-2015

Məktublarınız saytlara bənzəyəcək

22-12-2010

Kaspersky gələcəyə dair sualları cavablandıran platformasını istifadəyə verib

12-02-2021

Azərbaycan Texniki Universiteti onlayn dərslərə start verib

31-03-2020

İqtisad Universiteti tam elekronlaşdırılmış jurnal sisteminə keçir

02-09-2015

Müdafiə Nazirliyinin təhsil müəssisələri elektron lövhələrlə təchiz olunurlar

12-02-2009

“Microsoft” interaktiv elektron məktublar hazırlayıb

21-12-2010

Universitetdə İKT-nin vəziyyəti haqqında reportaj

09-02-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə