Previous Next
Bağla

İnteraktiv elektron lövhələrlə bağlı kitab çap edilib

31-03-2016 12:50
İnteraktiv elektron lövhələrlə bağlı kitab çap edilib

 “İdrak” liseyində liseyin təsisçisi, pedaqoji elmlər doktoru, professor Mönsüm Alışov “Tədris prosesində elektron lövhə və elektron laborator proqramlarından istifadə” adlı dərs vəsaiti təqdim edib.

Xeberler.az olaraq yeni kitab barədə Mönsüm Alışovla ətraflı söhbət etdik.

Müəllif kitabın yazılma səbəbləri və faydaları haqqında məlumat verib.

Mönsüm Alışovun bilidirib ki, kitabda ümumtəhsil məktəblərinin fizika ,kimya-biologiya və s. fənnləri üzrə əksər laboratoriya mövzularını virtual şəkildə, interaktiv lövhədə müvəffəqiyyətlə nümayiş etdirmək qaydaları verilib. Onun sözlərinə görə,  dərs vəsaiti tam orta ümumtəhsil məktəb müəllimləri (eləcə də şagirdləri) üçün nəzərdə tutulub.

Lakin kitabdan ali və orta ixtisas məktəblərinin tələbələri və müəllimləri də istifadə edə bilər:

“Bu gün müxtəlif sahələrdə mütəxəssislərin informasiya və kommunikasiya texnologiyaları ilə işləmək və onlardan düzgün istifadə etmək bacarığına çox böyük önəm verilir. Bu isə informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində biliklərə yiyələnməyi zəruri edir. Bunun ən yaxşı yolu orta məktəbdən başlamaq lazımdır. Orta məktəbdən İKT-nin tədrisini başlamaq, bu biliyə mükəmməl yiyələnməyin ən yaxşı yolu hesab edilə bilər. Bu vəsaiti yazmaqda məqsədimiz ilk növbədə müəllimlərimizi maarifləndirməkdir. Dünyanın əksər ölkələrinin təhsil sistemində informasiya texnologiyalarının tətbiqi xeyli yeniliklərə yol açsa da, məktəblərin informasiyalaşdırılmasında həlli çətin problemlərlə qarşılaşmaqda davam edirik”.

Onun sözlərinə görə, tədris prosesində interaktiv lövhə və virtual laborator proqramlarından istifadə edilməsi təlimin əsas prinsiplərindən  birini - əyaniliyini təmin edir. Elektron lövhənin sensorlu (yəni hissiyyatlı səthə xüsusi qələmlə və ya barmaqla  toxunmaqla), üzərində kompüterdə mümkün olan bütün əməliyyatları interaktiv rejimdə aparmaq olar:

“Elektron lövhə, kompüterə qoşulan mikroskop, skaner, rəqəmli fotoaparat, videokamera və s. qurğulardan alınan təsvirləri böyüdülmüş forma da ekranda əks etdirir. Şagirdlər istənilən kimyəvi reaksiyanın, fiziki, bioloji, coğrafi proseslərin izahını virtual laboratoriya proqramı vasitəsi ilə izləyə bilərlər. Bu isə şagirdlərin nəzərimetodoloji biliklərini, praktiki bacarıq və təcrübələrini inteqrasiya etməklə tədrisi xeyli canlandırır, şagirdlərin yaradıcı yanaşma, düşünmə, təşəbbüskarlıq, tədris materialını dərindən dərk etmə qabiliyyətini artırır.

 

İnteraktiv lövhənin bir üstün cəhəti də onun üzərində aparılan bütün əməliyyatları video formatda yadda saxlamaq və dəfələrlə istifadə etməyin mümkün olmasıdır. Belə imkanlar müxtəlif səbəbdən dərsləri buraxan şagirdlər və ya təlimdən geri qalan uşaqlar üçün xüsusi əhəmiyyətə malikdir. Şagird iştirak edə bilmədiyi dərsi və ya təlimdən geri qaldığı materialı tam qavrayana kimi təkrar-təkrar kompüterdə izləyə bilərlər. Elektron tədris prosesində şagirdlər hamısı lövhəyə çıxıb müəllimin bütün tapşırıqlarını yerinə yetirməkdə həvəsli olurlar. İnteraktiv rejimdə keçilən (tədris olunan) dərslər bütün şagirdlər, o cümlədən passiv, utancaq, müəyyən fiziki və ya psixoloji qüsuru olanların dərs prosesinə aktiv qoşulmasına şərait yaradır”.

Müəllif  elektron lövhələrin üstünlüklərindən danışıb:

“İnteraktiv elektron lövhələrin tətbiq edilməsi təhsilin keyfiyyətini yüksəldir, didaktikanın əsas prinsipini əyaniliyi təmin edir. İnteraktiv lövhələr kompüterə qoşulur. Bu məqsədlə həm masaüstü, həm də dizüstü kompüterlərdən istifadə etmək olar. Daha sonra proyektor lövhənin üst hissəsinə yerləşdirilir. Proyektor işığı istifadəçinin gözünə düşmür və lövhədə kölgə yaratmır. Elektron lövhələrin əsas üstünlüyü şagirdlərin təlimdəki roludur. Belə ki lövhəylə işləməzdən əvvəl kompüter savadı zəif olan şagirdlər belə lövhədə işləməyi tez öyrənirlər. Lövhə dərsin tempini artırmağa və bütün sinfin diqqətini dərsə cəlb etməyə imkan yaradır”.

Onun sözlərinə görə, lövhə şagirdlərdə düşünmə qabiliyyətini, yaradıcılığı artırır, mənimsəməyə imkan verir:

“ Lövhənin digər cəhəti də odur ki, lövhə üzərində aparılan əməliyyatları, dərsin gedişini , hazırlanmış model və şablonları kompüterin yaddaşında saxlamaq, redaktə etmək, dəfələrlə istifadə etmək olur. Şagird dərsdən geri qaldıqda mövzunun elektron variantı ilə tanış olur və həmin materialı tam qavrayana qədər kompüterdən izləyə bilir. Elektron lövhələr 55 min materialı yaddaşda saxlamaq ünavanına malikdir”.

Kitabın elektron versiyasını “İdrak” liseyinin saytından əldə etmək mümkün olacaq. 

Məltəm Talıbzadə

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

50 dərs otağına “ağıllı” lövhə quraşdırılıb

30-09-2013

İnteraktiv texnologiya bizə hansı imkanları verir?

06-10-2009

“Təhsildə İKT kitabı çapdan çıxıb

21-05-2025

Təhsildə İKT-nin tətbiqi genişlənir

20-05-2015

Promethean texnologiyasından istifadə qaydaları tədris ediləcək

16-10-2015

4 mindən çox müəllim İKT təlimlərində qiymətləndirilib

27-11-2015

Təhsil müəssisələrinə 2480 noutbuk verilib

22-09-2016

Samsungun təşəbbüsü ilə Quba məktəbində interaktiv sinif otağı istifadəyə verilib

20-09-2019

Naxçıvandakı yeni STEAM Təlim-Tədris Mərkəzi-FOTO

07-03-2023

Müdafiə Nazirliyinin təhsil müəssisələri elektron lövhələrlə təchiz olunurlar

12-02-2009

Təhsildə İKT-nin tətbiqi genişlənir

31-08-2015

Valideynlər uşaqlara onlayn nəzarət edirlər - Reportaj

04-05-2015

Məktəblərdə telefon və planşetdən istifadə qadağandır?-Açıqlama

19-12-2017

“Elektron məktəb” layihəsinə qoşulan növbəti məktəbdən - Reportaj

27-05-2015

“İnformatika dərsində texnologiya olaraq mobil telefonlardan da istifadə etmək olar”

10-04-2015

Dərs prosesində sizə yardım edən texnologiyalar

11-09-2015

ADPU-nun İnnovativ tədris auditoriyasının açılışı olub

15-10-2019

“Elektron müəllim, elektron şagird, elektron valideyn”- Məktəbdən reportaj

24-04-2015

“Elektron təhsil” respublika müsabiqəsi keçiriləcək

24-08-2015

Təhsildə İKT-nin tətbiqi ilə bağlı təlim keçirilib

11-11-2015

“Məktəblərin kompüterlərlə təchiz edilməsi müvəffəqiyyət dərəcəsini artırmır”

22-09-2015

Təhsil müəssisələrinə nə qədər yeni İKT avadanlıq verilib?

07-12-2017

Təhsil müəssisələri İKT avadanlığı ilə təmin edilir

05-08-2015

“Elektron təhsil” respublika müsabiqəsi başlayır

15-09-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə