Previous Next
Bağla

Məktəblərdə telefon və planşetdən istifadə qadağandır?-Açıqlama

19-12-2017 10:53
Məktəblərdə telefon və planşetdən istifadə qadağandır?-Açıqlama

Azərbaycanda təhsil müəssisələrində zərurət olduğu təqdirdə tədris prosesi zamanı mobil texnologiyalardan - mobil telefonlardan, planşetlərdən istifadə edilə bilər və bununla bağlı Təhsil Nazirliyi (TN) tərəfindən heç bir məhdudiyyət qoyulmayıb.

Xeberler.az bildirir ki, bunu TN-nin sektor müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, dərs zamanı mobil texnologiyalardan məlumatların vizuallaşdırılması, hansısa bir təqimatın edilməsi məqsədilə, başqa sözlə mobil texnologiyalar yalnız məqsədli təyinat üzrə istifadə edilə bilər. Digər hallarda isə dərs prosesinə mane olduğu üçün telefon və planşetlərdən istifadə etmək yolverilməzdir.

C.Valehov deyib ki, dərs zamanı məlumatların şagird və tələbələrə mobil texnologiyalardan istifadə etməklə təqdim edilməsi üçün məktəb rəhbərliyinin tabe olduğu qurumlardan, eləcə də TN-dən xüsusi icazə almasına ehtiyac yoxdur.

O qeyd edib ki, hazırda Azərbaycanda onlarla təhsil müəssisəsi - orta və ali məktəblər tədris zamanı mobil texnologiyalardan istifadə edirlər.

Tədris zamanı mobil texnologiyalardan istifadənin bir çox üstünlüklərinin olduğunu deyən C.Valehov əlavə edib ki, yeni texnologiyalardan müvəffəqiyyətlə istifadə etmə tədris prosesini xeyli sadələşdirir, onu dinamik və çevik edir:

"Məktəblərdə mobil texnologiyalar vasitəsilə ağıllı lövhə-lərin bağlantısı qurula və informasiya sinxronluğunun təmini baş verə bilər. Biz çalışırıq ki, tədris zamanı mobil texnologiyalardan daha çox istifadə edilsin. Elektron xidmətin daha geniş şəbəkəsinin qurulması, rəqəmsal mühitin genişləndirilməsi bizim əsas məqsədimizdir. Bununla bağlı biz ciddi platformalar üzərində işləyirik".

Xatıqladaq ki, Qırğızıstan Parlamentinin deputatları ümumtəhsil məktəblərində mobil telefonların qadağan edilməsi təklifi ilə çıxış ediblər. (Trend)

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Məktəblərdə telefondan istifadə məhdudlaşdırıla bilər

Məktəblərdə telefondan istifadə məhdudlaşdırıla bilər

20-08-2019
Promethean texnologiyasından istifadə qaydaları tədris ediləcək

Promethean texnologiyasından istifadə qaydaları tədris ediləcək

16-10-2015
Bakıda tefonlara qadağa

Bakıda tefonlara qadağa

13-03-2013
Belçika məktəblərində mobil telefon qadağan edilib

Belçika məktəblərində mobil telefon qadağan edilib

26-08-2024
Fransa məktəblərində mobil telefon qadağan edilə bilər

Fransa məktəblərində mobil telefon qadağan edilə bilər

01-01-2026
Şagirdlər dərsdə telefondan istifadə edə bilməyəcək

Şagirdlər dərsdə telefondan istifadə edə bilməyəcək

12-09-2025
Təhsil Nazirliyi TV kanal açır

Təhsil Nazirliyi TV kanal açır

19-05-2015
Orta məktəblərdə mobil rabitə vasitələrinin qadağan olunması təklif olunur

Orta məktəblərdə mobil rabitə vasitələrinin qadağan olunması təklif olunur

06-09-2018
Məktəblərdə mobil telefonların qadağası ilə bağlı nəzarət mexanizmləri tətbiq edilir

Məktəblərdə mobil telefonların qadağası ilə bağlı nəzarət mexanizmləri tətbiq edilir

10-06-2026
Təmayül məktəblərdə İnformatika tədris olunacaqmı?

Təmayül məktəblərdə İnformatika tədris olunacaqmı?

04-08-2017
Təhsil sistemində süni intellektin daha fəal istifadəsi planlaşdırılır

Təhsil sistemində süni intellektin daha fəal istifadəsi planlaşdırılır

15-03-2025
İnternet texnologiyaların , sosial servislərin tədris prosesində rolu  mövzusunda  Dəyirmi Masa keçirilib

İnternet texnologiyaların , sosial servislərin tədris prosesində rolu mövzusunda Dəyirmi Masa keçirilib

05-04-2012
Bu gün Azərbaycanda Bilik Günü qeyd edilir

Bu gün Azərbaycanda Bilik Günü qeyd edilir

15-09-2017
Məktəblərdə İKT üzrə direktor müavinləri niyə yoxdur?

Məktəblərdə İKT üzrə direktor müavinləri niyə yoxdur?

22-10-2015
Mobil telefonlardan imtina edilməsi isveçli şagirdlərin xeyrinədir

Mobil telefonlardan imtina edilməsi isveçli şagirdlərin xeyrinədir

13-03-2025
Qadınların əksəriyyəti mobildən istifadə edə bilmir

Qadınların əksəriyyəti mobildən istifadə edə bilmir

09-06-2015
“Elektron Təhsil” Respublika musabiqəsinə start verildi

“Elektron Təhsil” Respublika musabiqəsinə start verildi

12-04-2011
Elektron sistem vasitəsilə I sinfə şagird qəbulu başlayıb

Elektron sistem vasitəsilə I sinfə şagird qəbulu başlayıb

13-03-2019
Tahir Mirkişili: "PUA-larla bağlı icazə sistemi sadələşdiriləcək"

Tahir Mirkişili: "PUA-larla bağlı icazə sistemi sadələşdiriləcək"

23-10-2023
2014-cü il üçün “Elektron Təhsil” müsabiqəsi başlayır

2014-cü il üçün “Elektron Təhsil” müsabiqəsi başlayır

13-05-2014
Bakıda mobil telefondan istifadəni qadağan edən məktəblərin sayı artır

Bakıda mobil telefondan istifadəni qadağan edən məktəblərin sayı artır

25-02-2013
“Elektron Təhsil” Ümumrespublika müsabiqəsinə start verildi

“Elektron Təhsil” Ümumrespublika müsabiqəsinə start verildi

06-04-2010
Britaniya məktəblərində mobil telefondan istifadə qadağan edilib

Britaniya məktəblərində mobil telefondan istifadə qadağan edilib

11-04-2025
PayPal ödənişlərin gələcəyini mobil qurğularda görür

PayPal ödənişlərin gələcəyini mobil qurğularda görür

15-07-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə