Previous Next
Bağla

Samsungun təşəbbüsü ilə Quba məktəbində interaktiv sinif otağı istifadəyə verilib

20-09-2019 17:46
Samsungun təşəbbüsü ilə Quba məktəbində interaktiv sinif otağı istifadəyə verilib

Quba məktəblərinin birində şagirdləri “Samsung” tərəfindən yeni dərs ilinə xüsusi olaraq təqdim olunmuş interaktiv sinif otağı qarşılayıb.

Xeberler.az bildirir ki, “Technological Embrace” layihəsi çərçivəsində, “Nargis” Fondunun dəstəyi ilə ərsəyə gətirilmiş bu texnoloji otaq, Samsung şirkətinin məhsulları ilə təchiz olunub və şagirdlərin istifadəsinə təhvil verilib.

Qeyd edilən otaqda, buna misal olaraq, interaktiv lövhə və virtual reallıq kabinələri kimi bir çox innovativ məhsuldan istifadə edilib. Belə ki, xüsusi Flip Board lövhəsi, adi yazı taxtası kimi istifadə edilə bilir və üzərində smartfon və kompyuterdə qeyd edilən məlumatları əks etdirmək bacarığına malikdir.  Flip Board - “böyük həcmli” planşeti xatırladaraq, touchscreen üzərindən işləyir və bir çox əlavə funksiyanı dəstəkləyir.  

Sözü gedən virtual reallıq kabinələri isə şagirdlərə dinozavrlar dövrünə səyahət etməyə, vulkan püskürməsinə şahid olmağa və digər maraqlı simulyasiyaları öz gözləri ilə görməyə imkan yaradacaq. Stollarda yerləşdirilmiş planşetlər, rəqəmsal materialları öyrənməyə və təhsil prossesi zamanı kollektiv iş aparılmasının imkanını yaradırlar. 

Həmçinin, şagirdlərin rahatlıqla tədris materiallarını mənimsəmələri və sənədli və  maarifləndirici filmlərdən faydalanmaları üçün kabinet “Samsung” televizoru ilə təchiz olunub.

Qeyd edək ki, bu otaq sayəsində şagirdlər rəqəmsal texnologiyalar ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəklər. Texnoloji sinfin təntənəli açılış mərasimi Sentyabr ayının 16-da baş tutub. 

Ətraflı məlumatı Samsung Azərbaycanın Facebook və İnstagram səhifələrindən əldə edə bilərsiniz

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nargis Fondu və Samsung irimiqyaslı layihəyə imza atır

04-09-2019

Müdafiə Nazirliyinin təhsil müəssisələri elektron lövhələrlə təchiz olunurlar

12-02-2009

“Samsung” korporasiyası qatlanan smartfon istehsalını azaldacaq

24-12-2024

“Samsung” sentyabrda yeni məhsullarını təqdim edəcək

22-07-2020

İnteraktiv elektron lövhələrlə bağlı kitab çap edilib

31-03-2016

Nar-ın stendində virtual reallıqla səyahət etmək imkanı

30-11-2016

Azercell-dən 6 ay Limitsiz İnternet paketi hədiyyə qazan

07-03-2019

Samsunglara VR dəstəyi

11-05-2015

"Samsung" "Blu-ray" pleyeri üzərində işləyir

30-12-2010

Məktəblilərə internet təhlükələri barədə məlumat verilib

31-05-2017

Samsung i7110 modelinin çıxmasına az qalıb

07-10-2008

Ən nazik pleyer hazırlanır

02-01-2010

Virtual reallıq funksiyasına malik ilk kinoteatr

18-02-2017

Virtual Reallıq texnologiyalarının innovativ sahibkarlıqda tətbiqi mövzusunda təlim keçirilib

22-02-2019

Samsung Galaxy Tab S6 təqdim edilib

01-08-2019

Samsung i7500-in adını Samsung Galaxy oldu!

23-05-2009

İnteraktiv texnologiya bizə hansı imkanları verir?

06-10-2009

Azercell Xəzər Universitetində “E-learning” otağı yaradıb

27-12-2011

50 dərs otağına “ağıllı” lövhə quraşdırılıb

30-09-2013

Galaxy Note 8 təqdim edildi

24-08-2017

Samsung Tobi: Həm əylənin, həm də təhlükəsizliyinizi qoruyun!

10-12-2008

Samsung Galaxy S8 necə olacaq?

17-03-2017

Samsung monitorlarında yeni texnologiya

27-07-2015

Naxçıvandakı yeni STEAM Təlim-Tədris Mərkəzi-FOTO

07-03-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə