500 il tarixi olan simvol

25-10-2010 / 16:54

@” internetin həyatımıza  girişiylə  birlikdə ən sıx istifadə etdiyimiz işarə oldu. Həvəskar istifadəçilər, şirkətlər, məşhurlar, siyasətçilər-az qala hər kəs bir “e-mail” ünvanı açaraq adının arxasına “@” işarəsini yerləşdirdi. Bu simvolun haradasa 500 illik bir tarixi olduğunu bilirdinizmi?

“@”,”e-mail” ünvanının bir parçası olaraq, ilk dəfə 1971-ci ildə Rels Tomlinson tərəfindən istifadə edildi. Kompyuter mühəndisi Tomlinson özünə göndərdiyi ilk elektronik mesajı qısaca ifadə etmək üçün “@” işarəsini seçdi.

Yaxşı, bəs niyə “@”?  “Klaviaturada heç kimin adında istifadə edilməyən və qarışıqlığa gətirib çıxarmayacaq bir işarə axtardım”-deyən Rels Tomlinson “@” işarəsini buna görə istifadə  etdiyini bildirdi.

Bu işarənin yaranma tarixinə gəlincə, dilçilər bu nöqtədə ikiyə ayrılır. Bəzilərinə görə, bu işarə ilk olaraq orta əsrlərin əvvəllərində əlyazmalar üzərində  işləyən keşişlər tərəfindən istifadə edilib. O zaman “@” işarəsi içində, yanında mənalarını ifadə edirmiş. Dilçilərin böyük bir əksəriyyəti
“@”işarəsinin daha yaxın bir tarixə- XVIII əsrə aid olduğunu düşünür. Mütəxəssislərə görə “@” o tarixdə vahid başına verilən qiyməti təmsil edən ticari simvol idi. Ancaq italyan bir tədqiqatçı XIV əsrə aid bəzi ticari Venedik sənədlərində diqqətəçarpan bir şəkildə “@” işarəsinin istiafadə edildiyini ortaya çıxardı. Bu sənədlərdə işarə anfora, ya da kubu simvollaşdıran miqdar ölçüsü kimi istifadə edilirdi. Giorgio Stabila adlı tədqiqatçı isə 1492-ci ildə dərc olunan ispanca  lüğətdə anforanın bir ağırlıq ölçüsü olan arrobaya çevrildiyini kəşf etdi. Bunların nəticəsində “@” işarəsi 1885-ci ildə yazı maşınlarının ilk nümunəsi olan “Underwood”un klaviaturasında yerini aldı. O tarixdən təxminən 80 il sonra kompyuter klaviaturalarına e-mail işarəsi olaraq keçirildi.

www.itv.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə