5863 nəqliyyat vasitəsinə “Buraxılış kartı” verilib

11-05-2023 / 16:55

Nazirlər Kabineti tərəfindən təsdiqlənən “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları”nın tətbiqindən bir ay ötür.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu vaxta kimi “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı” almaq üçün 934 daşıyıcı 6128 nəqliyyat vasitəsilə müraciət edib. Sənədləri buraxılış qaydalarının şərtlərinə uyğun olan 889 daşıyıcıya “Buraxılış vəsiqəsi” təqdim olunub. “Buraxılış kartı” alan nəqliyyat vasitələrinin sayı isə 5863-dür.

Qaydaların təsdiq edildiyi 2022-ci il 8 aprel tarixindən tətbiqinə başlanıldığı günədək daşıyıcılarla mütəmadi görüşlər keçirilib və onlara beynəlxalq yük daşımalarını həyata keçirmək üçün tələb olunan sənədlər və prosedurlar barədə ətraflı məlumat verilib, sənədləri toplamaları üçün köməklik göstərilib.

Sənədləri buraxılış qaydalarının şərtlərinə uyğun olan daşıyıcılara avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalara “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı” “Bakı KOB evi”ndə təqdim olunur. Hüquqi və fiziki şəxslər buraxılış vəsiqələrini təqdim edərək istənilən “İcazə” blanklarını “KOB evləri”ndə əldə edə bilərlər.

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə