Ölkəmizdə idmanın inkişafına ardıcıl kömək göstərən ABB bu istiqamətdə daha bir addım atıb. Korporativ sosial məsuliyyət siyasəti çərçivəsində Bank “Qarabağ” Futbol Klubunun rəsmi tərəfdaşı olub. ABB Klubun fəaliyyətini dəstəkləyəcək, onun daha böyük uğurlar qazanmasına töhfə verəcək.
Tərəfdaşlıq razılaşması ölkəmizdə uşaq futbolunun inkişafına qarşılıqlı köməyi, o cümlədən uşaqlar üçün futbol məktəbinin yaradılması kimi birgə layihələri də əhatə edir. Klubla tərəfdaşlıq ABB brendinin, Bankın məhsul və xidmətlərinin daha da tanınmasına müsbət təsir göstərəcək.
“Qarabağ” Futbol Klubu ötən əsrin 50-ci illərindən fəaliyyətdədir. Bu illər ərzində Klub Azərbaycana parlaq qələbələr qazandıraraq futbol tariximizdə bir çox ilklərə imza atıb.
Qeyd edək ki, ABB “Qarabağ” Futbol Klubundan başqa, Azərbaycan Boks Federasiyasının, Azərbaycan Voleybol Federasiyasının, Azərbaycan Basketbol Federasiyasının da rəsmi tərəfdaşıdır.
ABB-nin öz korporativ sosial məsuliyyət siyasətində idmana xüsusi yer verməsində əsas məqsəd ölkəmizdə idmanın populyarlaşması və kütləviləşməsidir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları