Previous Next
Bağla

ABŞ Federal Ticarət Komissiyası hesab edir ki, sosial şəbəkələr “geniş nəzarət” aparır

22-09-2024 08:50
ABŞ Federal Ticarət Komissiyası hesab edir ki, sosial şəbəkələr “geniş nəzarət” aparır

ABŞ Federal Ticarət Komissiyası (FTK) hesab edir ki, “Meta”, “Google”, “TikTok” və sosial şəbəkələr və onlayn video ilə məşğul olan digər şirkətlər istifadəçilərə “geniş nəzarət” həyata keçirir.

Xeberler.az xarici mətbuata istinadən bildirir ki, 129 səhifəlik geniş hesabatda FTK sənaye təcrübələri ilə bağlı illər boyu apardığı araşdırmaya yekun vurub. Araşdırmada şirkətlər istifadəçilərin məxfiliyinə “davamlı diqqət” ayırmamaqda, məlumatlardan yeni süni intellekt alətləri yaratmaq üçün geniş istifadə etməkdə və uşaqlar üçün potensial risklərə müqavimət göstərməkdən imtina etməkdə ittiham olunur.

FTK-nın sədri Lina Han bildirib ki, hesabat şirkətlərin "insanların şəxsi həyatını təhlükə altına sala, azadlıqlarını təhdid edə və onları müxtəlif bədbəxtliklərə məruz qoya biləcəyini" göstərir.

"Uşaqların təhlükəsizliyi ilə bağlı nəticələr xüsusilə narahatlıq doğurur", - deyə o, əlavə edib.

2020-ci ildə FTK doqquz sosial şəbəkə və videoyayım provayderindən insanların şəxsi məlumatlarını necə topladıqları, istifadə etdikləri və satdıqları, məhsullarının alqoritmlərlə necə işlədiyi və s. haqqında məlumat vermələrini tələb edib.

Komissiya qanunvericilər və tənzimləyici orqanlar tərəfindən qeyri-şəffaflıq səbəbindən tez-tez tənqid edilən şirkətlərdən məlumat ala bilib. Bunlara “Amazon”, “Meta, “YouTube”, X, “TikTok” “Snap”, “ByteDance”, Discord”, “Reddit” və “WhatsApp” daxildir.

FTK əməkdaşları hesabatda "ümumi nəticələr"in təsvir edildiyini yazıblar, lakin qeyd ediblər ki, hər bir konkret halda hər bir şirkətə qarşı heç də bütün nəticələr tətbiq edilə bilməz. Bununla belə, onlar, istifadəçiləri riskə atan və ya onların məlumatlarının şirkətlər tərəfindən mənfəət əldə etmək üçün necə istifadə edildiyi barədə məlumatlandırmayan modellərin geniş yayıldığını qeyd ediblər.

Şirkətlər bu məlumatlardan süni intellekt məhsullarını işə salmaq üçün getdikcə daha çox istifadə etsələr də, istehlakçılar, bir qayda olaraq, “şəxsi məlumatlarının necə istifadə olunmasına əhəmiyyətli nəzarət edə bilmirlər”.

Tədqiqatın nəticələri “istifadəçi məlumatlarının toplanmasına əsaslanan biznes modelləri və istifadəçilərin özəl həyatının qorunması arasında daxili ziddiyyəti” üzə çıxarıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Böyük Britaniyada “TikTok” və “Reddit”ə qarşı təhqiqat başlanıb

03-03-2025

“WhatsApp”da “İnkoqnito-çat” yaradılıb

14-05-2026

“Meta”, “TikTok” və “YouTube” gənclərdə asılılıq yaratmaqda ittiham olunur

26-01-2026

Face App təhlükə mənbəyidir

18-07-2019

Nigeriya “Meta”nın cəriməsini təsdiqləyib

26-04-2025

“Disney” “YouTube”da uşaqlarla bağlı məlumatların toplanmasına görə 10 milyon dollar ödəyəcək

04-09-2025

Almaniya "DeepSeek"in App Store və Play Store-dan silinməsini tələb edir

30-06-2025

ABŞ-də baş prokurorlar “TikTok”u uşaqların psixikasına zərər verməkdə ittiham edir

09-10-2024

ABŞ “TikTok”u qadağan edir

19-09-2020

Facebook istifadəçi hüquqlarını pozmaqda ittiham olunur

16-10-2015

Tramp TikTok qadağasını yenidən təxirə salıb

08-05-2025

Sosial şəbəkələrdəki problemlər həll olunacaqmı ?

18-07-2019

ABŞ məhkəməsi “TikTok”a qoyulan qadağanı aradan qaldırdı

31-10-2020

Kaspersky 2021-ci il üçün korporativ təhlükəsizlik trendləri haqqında danışır

29-01-2021

Facebook 5 milyard dollar cərimə olundu

13-07-2019

ABŞ Nümayəndələr Palatası əməkdaşlarına "WhatsApp"ı qadağan edib

24-06-2025

Avropa Birliyi Facebook-a qarşı istintaqa start verdi

05-10-2018

Valideynlər uşaqların Shorts-a baxışına nəzarət edə biləcək

15-01-2026

«Facebook» şəxsi məlumatları «yad» adamlardan gizlətməyi öyrədəcək

28-05-2010

Meta və Mıdjourney əməkdaşlığa başlayır

26-08-2025

Mətbuatda şantaj və saxta sızmalara qarşı necə mübarizə aparmalı?

14-12-2022

Aİ-də süni intellektlə bağlı tələb qüvvəyə minib

02-08-2025

Avropa İttifaqı “Meta” şirkətinə qarşı araşdırma başladacaq

04-12-2025

Google istifadəçilərin konfidensial məlumatlarını ötürür

18-05-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə