Facebook istifadəçi hüquqlarını pozmaqda ittiham olunur

16-10-2015 / 20:40

Facebook şirkəti Avropada istifadəçi məlumatlarının məxfiliyinin mühafizəsi haqda mövcud qanunları pozmaqda ittiham edilir.

Almaniya və İspaniya daxil olmaqla artıq bir neçə ölkənin tənzimləyici orqanı Facebook-la bağlı şikayət edib. Şəxsi həyatın qorunması üzrə Belçika Komissiyasının təşəbbüsü ilə başlanılmış araşdırma daha geniş vüsət alıb.

Xeberler.az AzərTac-a istinadən xəbər verir ki, tənzimləyici orqan Facebook-dan sosial şəbəkənin təşkili sxemini dəyişdirməyi tələb edir və hüquq pozuntusuna görə hər gün üçün 250 min avro cərimə tələb edir. Facebook-un nümayəndəsi isə bildirib ki, əgər bu tələbləri təmin etsək, şəbəkədə belçikalı istifadəçilərin işi xeyli dərəcədə çətinləşəcək: onlar daha mürəkkəb identifikasiya prosedurundan keçməli olacaqlar.

Facebook-un mövqeyi ondan ibarət idi ki, yalnız İrlandiyanın tənzimləyici orqanlarına tabe olmalıdır və başqa Avropa ölkələrinin tənzimləyici orqanları heç bir yurisdiksiyaya malik deyil. İndi şirkət regiondakı problemləri həll etmək üçün hakimiyyətdən kömək istəyib.

Qeyd edək ki, Avropada Facebook istifadəçilərinin sayı yüz milyonlarla hesablanır və ötən il şirkətin bu regionda gəliri 3 milyard dolları ötüb.

Cari ilin yayında Almaniyada tənzimləyici orqanlar Facebook sosial şəbəkəsindən tələb ediblər ki, istifadəçilərə öz həqiqi adlarını təxəllüslə əvəzləməyə icazə verərək qeydiyyat qaydalarını dəyişdirsin. Şirkət bu tələbə qarşı etiraz edərək bildirib ki, istifadəçilərin təhlükəsizliyi və məxfiliyi o halda təmin edilə bilər ki, informasiyanın kiminlə bölüşüldüyü məlum olsun. Müvafiq məhkəmə işləri İspaniya, Hollandiya, Fransada aparılır.

Belçikada tənzimləyici orqanlar ondan narazıdırlar ki, Facebook yalnız öz istifadəçilərinin fəaliyyəti haqda deyil, həm də bu sosial şəbəkədə qeydiyyatdan keçməmiş və ondan istifadə etməyən insanlar haqda məlumat toplayır. Facebook istifadəçilər haqda məlumat topladığını etiraf edib, amma şirkət iddia edir ki, bu məlumatlar yalnız botların aşkar edilməsində istifadə olunur.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə